Beynəlxalq sistem çürüməyə məhkumdur Ərdoğan
Axar.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan BMT Təhlükəsizlik Şurasında islahatların aparılmasının zəruri olduğunu bildirib.
Axar.az xəbər verir ki, Rəcəb Tayyib Ərdoğan BMT Baş Assambleyasındakı çıxışında Təhlükəsizlik Şurasının beş daimi üzvün qərarlarından asılı olmasını tənqid edib.
“Beş ölkənin iradəsindən asılı olan bir strukturun nə ədalətli olduğunu, nə də tam mənada etimad yarada biləcəyini qəbul etməliyik. Təhlükəsizlik Şurasında “dünya beşdən böyükdür” prinsipi əsasında mütləq islahatlar aparılmalıdır”, – deyə Türkiyə Prezidenti vurğulayıb.
Rəcəb Tayyib Ərdoğan beynəlxalq hüququn güclü və zəif dövlətlərə fərqli şəkildə tətbiq edildiyi mövcud yanaşmanın dəyişdirilməli olduğunu qeyd edib:
“Əməllərin cəzasız qaldığı, üstəlik cəzasızlığın adiləşdiyi beynəlxalq sistem çürüməyə məhkumdur”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:18
Bu xəbər 23 Sentyabr 2026 06:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















