Icma.az
close
up
RU
Beynəlxalq siyasi nizam pozulub

Beynəlxalq siyasi nizam pozulub

Icma.az, Xalqcebhesi portalına istinadən məlumat verir.

BMT-nın 80-cı sessiyası qlobal təhlükəsizliyə təhdid və çağırışları fonunda keçirilir. Hazırda BMT İkinc dünya müharibəsindən sonra, qurulmuş siyasi nizama uyğun fəaliyyət göstərir. Halbuki, dünyada yeni siyasi siyasi nizamın yaradılması istiqamətində çağırışlar və fəaliyyətlər baslayir.

Bunu "Xalq Cəbhəsi"nə politoloq Məhəmməd Əsədullazadə deyib.

"Qeyd edim ki, Azərbaycanın 2020-ci ildə Ermənistanın işğalında olan öz ərazilərini azad etməklə, Cənubi Qafqazda yaratdığı yeni siyasi nizam beynəlxalq proseslərdə yeni siyasi dinamika yaratdi. Halbuki BMT-nin Təhlükəsizlik Şurasının məlum qətnamələri fonunda münaqişə ədalətli həllini tapmalı idi. Amma, BMT öz fəaliyyətində zəiflik nümayiş etdirmiş oldu" - politoloq deyib.

O, qeyd edib ki, BMT fəaliyyətsizliyi və Təhlükəsizlik Şurasının beş daimi üzvünün geosiyasi rəqabət aparması beynəlxalq tarazlıqda tektonik hərəkətlilik yaratdı. Xüsusilə, Rusiyanın Ukraynaya üzərindən Qərbə qarşı başlatdığı ekzesitenial müharibə yeni dünya siyasi nizamına keçidi özündə ehtiva etdi. Çünki, Rusiya birqütbülü dünyanı qəbul etmir, iki və çox qütbülü dünyanın qurulmasını tələb edir. Ona görə də beynəlxalq siyasi nizam pozulub və Çində öz hərbi qüdrətini paradla nümayiş etdirdi. Artıq dünyada BMT qanunları deyil, gücün qanunları işləyir:

"Demək olar ki, BMT-nin funksiyası isə işləmir, yalnız ildə bir dəfə dünya liderlərinin çıxışı üçün beynəlxalq platforma rolunu oynayır. Halbuki, yeni dünya siyasi nizamında BMT-də struktur islahatlar labüddür.

Xüsusilə, BMT Mənzil Qərargahı ABŞ deyil, Afrikaya köçürülməlidir. Çünki, ABŞ BMT-nin işinə mane olur. Məhz ABŞ Fələstin lideri M. Abbasın BMT Baş Assambleyasında iştirakı üçün gəlməsinə viza verməyib. Bundan əlavə, BMT bir çox məsələlərinə qadağalar tətbiq edir. Göründüyü kimi, BMT bir dövlətin müəyyən inhisarında olursa, öz təsir funksiyasını itirmiş olur.

Yaxın perspektivdə BMT islahatlar gözlənilmir. Çünki, yeni qaydalar qurulması üçün münaqişələr qaçılmaz görünür. Yaxın 10 il ərzində BMT eyni funksiya ilə fəaliyyətini davam etdirəcək.

BMT Təhlükəsizlik Şurasınin daimi üzvlülərinin sayı artmalı və islahatlar keçirilməlidir. Yeni dünyada siyasi nizam qurulduqdan sonra, BMT islahatlar aparılması istisna deyil. BMT yalnız humanitar məsələlərin həllində öz funksiyasını yerinə yetirə bilər. Digər, siyasi və təhlükəsizlik məsələlərində BMT qərar vermək imkanı əlindən alınıb".

Cavid

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:149
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 26 Sentyabr 2025 14:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see569

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see302

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see292

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see286

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see280

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see280

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see273

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see252

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see247

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see240

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see239

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see231

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see226

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see226

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see226

Azərbaycanda istehsal olunan dərmanlar SİYAHI

24 Oktyabr 2026 17:56see221

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see220

Restoran biznesi çökür 700 minlik iddia

24 Oktyabr 2026 14:11see219

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see218

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri