Tramp beynəlxalq hüquqa məhəl qoymur, yeni siyasi nizam qurulur ŞƏRH
Icma.az, Redaktor.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
ABŞ Prezidenti Donald Tramp hesab edir ki, ona Nobel sülh mükafatı verilmədiyinə görə artıq dünyanı düşünmək öhdəliyi yoxdur və indi yalnız ABŞ-nin maraqlarını nəzərə ala bilər.
Bu barədə ABŞ liderinin Norveçin Baş naziri Yonas Qar Stereyə yazdığı məktubdan məlum olub.
Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında siyasi şərhçi Məhəmməd Əsədullazadə bildirdi ki, Tramp xarici siyasətində artıq beynəlxalq hüququn nəzərə alınmadığını açıq şəkildə görsədir.
Onun sözlərinə görə, "Amerikaya hamı hörmət etməlidir, Amerika güclü olmalıdır” yanaşması bu siyasətin əsas şüarına çevrilib və məhz bu müstəvidə hərəkət edilir:
"Nəticədə beynəlxalq münasibətlər sistemində yeni bir siyasi nizam formalaşır və Tramp administrasiyası öz xarici siyasətini bu istiqamətdə həyata keçirir. Çin üzərində təzyiqlərin artırılması, avtoritar sistemlərə yanaşma və xüsusilə ABŞ ilə münasibətləri problemli olan ölkələrə qarşı təzyiq mexanizmlərinin işə salınması bu siyasətin tərkib hissəsidir".
Müsahibimizin fikrincə, Amerika Birləşmiş Ştatları getdikcə daha çox təzyiq siyasətinə üstünlük verir:
"Bu təzyiq həm hərbi, həm də iqtisadi xarakter daşıyır və bütün bu addımlar Amerikanın gücləndirilməsi məqsədinə xidmət edir. Mən hesab edirəm ki, ABŞ yeni bir dünya siyasi qütbü formalaşdırmaq niyyətindədir və bu qütbdə Rusiya və Çinə də müəyyən rol ayrılacaq. Lakin əsas tənzimləyici funksiya yenə də ABŞ-nin öz əlində cəmləşəcək və beynəlxalq nizam daha çox Amerikanın maraqları çərçivəsində formalaşdırılacaq".
Xədicə BAXIŞLI
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:51
Bu xəbər 19 Yanvar 2026 19:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















