Icma.az
close
up
RU
BEYNƏLXALQ SÜLH VƏ RİFAH MARŞRUTU TƏHLİL

BEYNƏLXALQ SÜLH VƏ RİFAH MARŞRUTU TƏHLİL

Sia Az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

ABŞ lideri Donald Tramp bildirib ki, Ermənistan və Azərbaycan tərəfi Ağ Evdə sülh sazişi imzalayacaq. Avqustun 8-də Ağ Evdə Ermənistan və Azərbaycan arasında sülh sazişinin imzalanacağını Amerika lideri özünün “Truth Social” sosial şəbəkəsində yazıb. Onun sözlərinə görə, Vaşinqton İrəvan və Bakı ilə uzunmüddətli danışıqlar aparıb və indi Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan ABŞ-da keçiriləcək sülh sammitində iştirak edəcək.

"Mən bu cəsarətli liderlərlə fəxr edirəm ki, Ermənistan və Azərbaycanın böyük xalqı üçün düzgün seçimlər etdilər", deyə Donald Tramp yazıb. ABŞ prezidenti hətta bu günün tarixi bir gün olacağını qeyd edib. O, həmçinin xüsusilə qeyd edib ki, "iqtisadi imkanları birgə inkişaf etdirmək" üçün ABŞ tərəflərin hər biri ilə ikitərəfli sazişlər imzalayacaq. Görünür elə buna görə də Amerika lideri məhz beynəlxalq sülh və rifah marşrutu qənaətindədir və buna əmin olması da bu səbəbdən başadüşüləndir.

Diqqətə çatdıraq ki, artıq avqustun 7-də “Reuters” ölkələrin sülhə dair çərçivə sazişi imzalamağa razılaşdığını bildirib. Bu nəşrin timsalında bir sıra dünyaca məşhur mətbuat səhifələrinin məlumatına görə, sənəd Azərbaycanın əsas ərazisilə onun Türkiyə ilə həmsərhəd olan Naxçıvan arasında tranzit məsələsinin həllini nəzərdə tutur. Deməli, mahiyyət etibarı ilə məhz dəhliz məsələsi dünya ictimaiyyətinin heç də diqqətindən yayınmayıb. Heç Donald Tramp özü də bununla bağlı nəyi isə unutmaq niyyətində olmayıbmış. Çünki, dəhliz məsələsinin mütləş şəkildə olacağına bütün dünyanın belə zərrə qədər də şübhəsi yoxdur.

Məsələ burasındadır ki, əsas element, əsas şərt olaraq, Ermənistan ərazisindən keçməklə TRIPP (Trump Route for International Peace and Prosperity) adlandırılan, tərcümədə Beynəlxalq Sülh və Rifah üçün Tramp marşrutu kimi başa düşülən nəqliyyat dəhlizinin yaradılması nəzərdə tutulmaqdadır. Layihəyə əsasən, dəhliz ilk baxışdan Ermənistanın yurisdiksiyası çərçivəsində fəaliyyət göstərəcək kimi görünə bilər, lakin infrastrukturun yaradılması və idarə olunması üçün Amerika konsorsiumuna subicarəyə veriləcəyi bildirilirsə, deməli, yenə də Azərbaycanın maraqlarına uyğun olacağı gözlənilir.

İstənilən halda, Azərbaycan qalib ölkədir və ölkəmizin maraqlarına uyğun olmayan məqamlar rəsmi Bakı üçün qəbul edilən sayılmır. Xüsuslə qeyd etmək lazımdır ki, bu məqamı elə ABŞ tərəfi də, məhz Donald Trampın özü də yaxşı başa düşür. Hətta istər-istəməz qəbul da edir. Belə olan halda, hansısa uyğun olmayan, milli maraqlarımıza düz gəlməyən danışıqlardan söhbət belə gedə bilməz. Azərbaycan üçün istənilən platformada, istənilən məkanda olan danışıqlar yalnız öz maraqları daxilində ola bilər.

Diqqətə çatdırmaq yerinə düşərdi ki, rəsmi Bakı hər zaman sülh, əmin-amanlıq və rifah tərəfdarı olub. Bütün dövrlərdə ölkəmiz məhz sülhün, rifahın tərəfində olduğunu bəyan edib. Hər zaman olduğu kimi, hətta müharibə bitdikdən sonra da, öz ərazilərini işğaldan azad etdikdən, qalib olduqdan sonra da Azərbaycan məhz eyni şəkildə, eyni ənənə, eyni yanaşma ilə çıxış edib. Hər zaman bəyan etmişik ki, biz sülhün tərəfdarıyıq. Bəyan etmişik ki, biz əmin-amanlığın, rifahın yüksək olmasına çalışırıq. Deməli, hazırda ABŞ lideri Donald Trampın məhz beynəlxalq sülh və rifah marşrutu kimi bəyan etdiyi lap əvvəldən Azərbaycanın qarşıya qoyduğu məsələ olub və bu gün Amerika tərəfinin, həmin ölkə liderinin məhz bu nöqteyi-nəzərdən çıxış etməsi təsadüfi deyil.

Sözsüz ki, prezidentlər arasında yüksəksəviyyəli danışıqlarda siyasi, iqtisadi və təhlükəsizlik sahələrində əməkdaşlığın genişləndirilməsi, enerji və nəqliyyat layihələri üzrə strateji tərəfdaşlığın möhkəmləndirilməsi kimi məsələlərin müzakirə olunacağı gözlənilir. Bu fonda məhz səfər çərçivəsində Azərbaycanla Ermənistan arasında davam edən sülh gündəliyinin müzakirəsi də diqqət mərkəzindədir. Son zamanlar Azərbaycan ilə Birləşmiş Ştatlar arasında münasibətlərin təkcə ənənəvi diplomatik əməkdaşlıq çərçivəsində inkişaf etməklə kifayətlənmədiyini, eyni zamanda, keyfiyyətcə yeni - strateji müttəfiqlik səviyyəsinə yüksəlməkdə olduğunu nəzərə alsaq, müzakirələrdən nikbin gözləntilər tamamilə məntiqidir. Hər halda, cənab İlham Əliyev və Tramp arasında olan telefon danışıqları və məktublar da bu məntiqin əsaslı olduğunu təsdiqləyir. Unutmaq lazım deyil ki, Donald Tramp sələfi Baydendən fərqli olaraq, cənab Prezident İlham Əliyevin liderliyi ilə irəli sürülən konstruktiv təşəbbüslərə özünün dəstəyi ilə seçilir.

Etiraf edək ki, Amerika lideri Donald Tramp Cənubi Qafqazda gedən proseslərdə fəal iştirak edir və uzunmüddətli münaqişənin həllinin tapılması üçün Azərbaycana və Ermənistana dəstək göstərmək niyyətində olduğunu ən azından bəyan edir. Sözsüz ki, ABŞ liderinin vasitəçiliyi təkcə Azərbaycanla Ermənistan arasında sabitliyə deyil, eyni zamanda regional əməkdaşlığın formalaşmasına da xidmət edir. Bunları nəzərə alsaq, Trampın təşəbbüsləri Cənubi Qafqazda sülhün təmin olunması istiqamətində tarixi rol oynaya bilər. Xüsusən də, cənab İlham Əliyevin Vaşinqtona səfərinin məhz Azərbaycan diplomatiyasının yeni zirvəyə yüksəldiyi bir məqam kimi tarixə düşəcəyinə zərrə qədər də şübhə ola bilməz.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:185
embedMənbə:https://sia.az
archiveBu xəbər 08 Avqust 2025 15:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see434

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see372

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see290

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see276

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see258

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see251

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see248

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see237

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see230

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see226

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see222

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see220

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see218

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see218

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see211

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see210

Makronun siyasi sonu yaxınlaşır? Fransada etirazlar böyüyür

20 Oktyabr 2026 22:35see208

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see207

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see202

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see200
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri