Beynəlxalq Türk Akademiyası ilə TÜBA arasında əməkdaşlıq perspektivləri müzakirə olunub AZƏRTAC
Icma.az, Azertag portalına istinadən məlumat verir.
Bakı, 22 yanvar, AZƏRTAC
Beynəlxalq Türk Akademiyasının (BTA) prezidenti akademik Şahin Mustafayevlə Türkiyə Elmlər Akademiyasının (TÜBA) prezidenti professor Müzəffər Şəkər arasında görüş keçirilib.
BTA-dan AZƏRTAC-a bildirilib ki, görüşdə Türk Dünyası Milli Elmlər Akademiyaları Birliyinin (TDUBAB) Prezidentlər Şurasının əvvəlki iclasında qəbul edilmiş qərarların icra vəziyyəti müzakirə olunub. TDUBAB-nin 7-ci iclasında imzalanmış protokolda yer alan “Əməkdaşlıq təklifləri” və “Türkdilli dövlətlər arasında elmi tədqiqatlar üzrə əməkdaşlıq strategiya proqramı”na xüsusi diqqət yetirilib.
Bundan əlavə, Beynəlxalq Türk Akademiyası və TÜBA-nın birgə səyləri ilə ənənəvi olaraq keçirilən yay məktəbləri də müzakirə edilib.
Görüşün sonunda iki akademiya arasında davamlı səmərəli əməkdaşlığın və qarşılıqlı bilik mübadiləsinin rəmzi olaraq kitab mübadiləsi aparılıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:80
Bu xəbər 22 Yanvar 2025 10:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















