Icma.az
close
up
RU
Beynəlxalq Valyuta Fondu: Azərbaycanın kifayət qədər maliyyə ehtiyatları olduğu üçün BVF in kredit proqramına ehtiyac duymur MÜSAHİBƏ

Beynəlxalq Valyuta Fondu: Azərbaycanın kifayət qədər maliyyə ehtiyatları olduğu üçün BVF in kredit proqramına ehtiyac duymur MÜSAHİBƏ

Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bakı, 22 may, Tamilla Məmmədova, AZƏRTAC

AZƏRTAC Beynəlxalq Valyuta Fondunun (BVF) Azərbaycandakı missiyasının rəhbəri Anna Rouz Bordon ilə müsahibəni təqdim edir.

- BVF Azərbaycanın hazırkı iqtisadi vəziyyətini necə qiymətləndirir?

- 2023-cü ildəki yavaşlamadan sonra Azərbaycanın real ÜDM-i 2024-cü ildə 1,4 faizdən 4,1 faizə qədər artıb. Bu artım əsasən qeyri-neft sektorunun fəal inkişafı hesabına təmin olunub. Ötən ilin ikinci yarısında inflyasiya artmağa başlayıb, bu da tənzimlənən qiymətlərin düzəldilməsi ilə bağlı idi və ilin sonuna 4,9 faizə çatıb. Orta müddətli dövrdə iqtisadi artımın potensial imkanlara uyğun olaraq təxminən 2,5 faiz səviyyəsində olacağı gözlənilir. Eyni zamanda, BVF-in fikrincə, əgər dünya bazarlarında ərzaq və enerji qiymətləri sabit qalarsa, inflyasiya Azərbaycan Mərkəzi Bankının 4±2% hədəf intervalında qalacaq.

- Hazırda BVF ilə Azərbaycan arasında əməkdaşlığın əsas prioritet istiqamətləri hansılardır? Məsələn, IV maddə, SMP və ya EFF çərçivəsində yeni əməkdaşlıq və ya monitorinq proqramı planlaşdırılırmı?

- Bu ilin mart ayında BVF IV maddə üzrə məsləhətləşmə missiyasını başa çatdırıb. Bu məsləhətləşmələr zamanı fiskal konsolidasiya zərurəti, pul-kredit siyasətinin təkmilləşdirilməsi və iqtisadiyyatın şaxələndirilməsi, davamlı artımın təmin edilməsi məqsədilə struktur islahatlarının aparılması xüsusi vurğulanıb. Məsləhətləşmə missiyasından əlavə, BVF Azərbaycan hakimiyyətinə daimi əsasda texniki yardım göstərir. Bu dəstək dövlət maliyyəsinin idarə olunmasının səmərəliliyinin artırılması, gəlirlərin idarə olunmasının təkmilləşdirilməsi, pul-kredit siyasəti çərçivəsinin gücləndirilməsi və maliyyə sektorunun dayanıqlılığının artırılmasını əhatə edir. Xüsusilə qeyd olunur ki, Azərbaycan BVF-nin kredit proqramına ehtiyac duymur, çünki ölkənin kifayət qədər maliyyə ehtiyatları mövcuddur.

- BVF Azərbaycan hökumətinin neft-qaz sektoru xaricində iqtisadiyyatın şaxələndirilməsi sahəsindəki səylərini necə qiymətləndirir?

- Şaxələndirmə Azərbaycanın qarşısında duran ən ciddi çağırış olaraq qalır. Bu, həm ölkənin məhdud karbohidrogen ehtiyatları ilə, həm də davam edən qlobal enerji keçidi ilə bağlıdır. BVF hesab edir ki, hökumət özəl investisiyaların cəlbini davam etdirməli, fiskal riskləri azaltmalı və əsas islahatlara daha fəal yanaşmalıdır. Bu, xüsusilə dövlət müəssisələrinin effektivliyinin artırılması, dövlət idarəetmə sisteminin möhkəmləndirilməsi və özəl sektorun maliyyəyə çıxış imkanlarının genişləndirilməsi istiqamətlərində vacibdir.

- BVF Azərbaycanın bank sektorunun islahatı və dövlət maliyyə şəffaflığının artırılması sahəsindəki səylərini necə qiymətləndirir?

- BVF Azərbaycanın bank sektorunu gücləndirməyə yönəlmiş cari səylərini müsbət qiymətləndirir. BVF-nin fikrincə, Azərbaycan Mərkəzi Bankının maliyyə sektorunun tənzimlənməsinin təkmilləşdirilməsi, prudensial nəzarətin gücləndirilməsi, korporativ idarəetmənin və risklərin idarə olunması standartlarının yaxşılaşdırılması istiqamətində atdığı addımlar nəticəsində ölkənin bank sektoru ümumilikdə dayanıqlı olaraq qalır. BVF, həmçinin dövlət maliyyələrinin şəffaflığının artırılması istiqamətində atılan addımları alqışlayır. Bu addımlara fiskal risklərin monitorinqi və qiymətləndirilməsinin təkmilləşdirilməsi, eləcə də büdcə qanunvericiliyi və fiskal qaydaların daha da təkmilləşdirilməsi daxildir. Şəffaflığın artırılması 2023-cü il üzrə Açıq Büdcə Tədqiqatında da əksini tapıb. Bu tədqiqatda Azərbaycan büdcə prosesinin şəffaflığı baxımından 125 ölkə arasında 23-cü yeri tutub.

- BVF üçün Azərbaycanın iqtisadiyyatının rəqəmsallaşdırılması nə dərəcədə vacibdir və siz hansı konkret təşəbbüsləri dəstəkləyirsiniz?

- Rəqəmsallaşdırma institusional bazanın möhkəmləndirilməsi üçün əsas alət hesab olunur. BVF vergi inzibatçılığı və dövlət satınalmaları kimi sahələrdə rəqəmsal həllərin genişləndirilməsini tövsiyə edir, çünki bu, fiskal şəffaflığın artırılmasına xidmət edir. Eyni zamanda, açıq bankçılıq və fintex təşəbbüsləri kimi rəqəmsal maliyyə xidmətlərinin inkişafı da vacib istiqamət kimi qiymətləndirilir. Bu, xüsusən kiçik və orta biznes üçün maliyyə əlçatanlığını genişləndirir və rəqabətin artmasına töhfə verir.

- BVF Azərbaycanın “yaşıl” inkişafını və iqlim dəyişikliyinə dayanıqlılığını dəstəkləmək üçün hansı alətləri təklif edir?

- BVF-in mandatı makroiqtisadi sabitliyin təmin edilməsindən ibarətdir. Bu isə davamlı inkişaf və iş yerlərinin yaradılması üçün əsas şərtdir. İqlim siyasəti makroiqtisadi siyasətlə kəsişdiyi hallarda BVF dəstək göstərməyə hazırdır. Biz üzv ölkələrə iqlim dəyişikliyi ilə bağlı çağırışların öhdəsindən gəlməyə (əgər fiskal, maliyyə və makroiqtisadi siyasət bu çağırışlara adekvat cavabın əsas elementləridirsə) yardım edirik.

- BVF davamlı inkişaf sahəsində təşəbbüslər çərçivəsində Azərbaycanla əməkdaşlığı genişləndirməyi planlaşdırırmı?

- BVF-in rolu makroiqtisadi sabitliyin təmin edilməsindən ibarətdir, bu isə davamlı iqtisadi artım və iş yerlərinin yaradılması üçün əsas şərtdir. Bizim vəzifəmiz hökumətə Dayanıqlı İnkişaf Məqsədləri kimi hədəflərə nail olmaq üçün zəruri olan fiskal məkanın yaradılması sahəsində məsləhətlər verməkdir. Bu, vergi-büdcə siyasətinin səmərəliliyinin artırılmasına yönəlmiş tədbirləri, o cümlədən gəlirlərin toplanmasının yaxşılaşdırılmasını və dövlət xərclərinin daha səmərəli istifadə olunmasını əhatə edir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:127
embedMənbə:https://azertag.az
archiveBu xəbər 22 May 2025 11:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see769

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see210

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see202

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see175

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see164

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see158

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see152

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see151

“Bir kişi ilə görüşə gedəndə “Gizli Xidmət”ə məlumat verirəm” Trampın nəvəsi Fotolar

08 Yanvar 2026 06:11see150

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see149

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see148

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see145

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see140

Axios: Tramp Qəzza üzrə “Sülh Şurası”nın yaradıldığını elan edə bilər

08 Yanvar 2026 04:37see138

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see136

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see133

Arsenal 19 yaşlı istedad üçün külli miqdarda pul ödəməyə hazırdır

08 Yanvar 2026 09:43see132

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see132

Biznes rəhbərlərinin təchizat zəncirini yaxşılaşdırmaq üçün 6 üsul

08 Yanvar 2026 07:03see131

“Gələcəyə iti baxış: eynək istifadəçiləri üçün sevindirici xəbər“ CNN

08 Yanvar 2026 23:03see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri