Beynəlxalq Valyuta Fondu Ukraynada yeni EFF proqramının hazırlanmasına başlayıb
Icma.az bildirir, Azertag portalına istinadən.
Bakı, 17 noyabr, AZƏRTAC
Beynəlxalq Valyuta Fondunun (BVF) missiyası bu gün Ukraynada hökumət nümayəndələri ilə birlikdə yeni Genişləndirilmiş Fond Mexanizmi (EFF) proqramının hazırlanması üzrə işə başlayıb.
AZƏRTAC Ukraynanın Ukrinform agentliyinə istinadla xəbər verir ki, bu barədə BVF-nin Ukraynadakı rezident nümayəndəliyi məlumat yayıb. BVF-nin Ukraynadakı rezident nümayəndəsi Prişila Tofano bildirib ki, missiyanın əsas diqqət mərkəzində hökumətin iqtisadi siyasətinin qiymətləndirilməsi, idarəetmənin gücləndirilməsi, korrupsiya ilə mübarizə və iqtisadi artımı dəstəkləyən struktur islahatlarının nəzərdən keçirilməsi dayanacaq.
Qeyd olunub ki, Ukrayna hökuməti sentyabr ayında BVF-yə yeni maliyyələşdirmə proqramına başlamaq üçün rəsmi müraciət göndərib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:32
Bu xəbər 17 Noyabr 2025 15:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















