Icma.az
close
up
RU
Beynəlxalq Xalça Festivalını daha da rəngarəng edən rəsmi tərəfdaşları

Beynəlxalq Xalça Festivalını daha da rəngarəng edən rəsmi tərəfdaşları

Icma.az, Azertag saytına istinadən bildirir.

Bakı, 8 may, AZƏRTAC

İçərişəhərdə Beynəlxalq Xalça Festivalı uğurla başa çatıb. “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi və “Azərxalça” ASC-nin təşkilatçılığı, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi və Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin – AZPROMO-nun dəstəyi ilə keçirilən festivalın əsas məqsədi Azərbaycan xalçaçılıq sənətini dünya müstəvisində tanıtmaq, onun zəngin irsini və gələcək inkişaf perspektivlərini nümayiş etdirmək, dünya xalçaçılarının təcrübə və bacarıqlarından bəhrələnmək idi.

“Azərxalça” ASC-dən AZƏRTAC-a bildirilib ki, Beynəlxalq Xalça Forumu ilə işə başlayan festival iki gün ərzində İçərişəhərin tarixi küçələrində davam edib.

Rusiya, Türkiyə, Latviya, İran, Pakistan, Özbəkistan, Türkmənistan, Tacikistan, Qazaxıstan və Gürcüstan kimi ölkələrin nümayəndələrinin iştirak etdiyi Beynəlxalq Xalça Festivalı Azərbaycan xalçalarının gözəlliyini, özünəməxsusluğunu və zənginliyini nümayiş etdirə bilib. Festival zamanı yalnız İçərişəhərin bəzədilməsinə “Azərxalça” ASC-nin 400-dən artıq xalçasından istifadə olunub, minlərlə insan 2 gün ərzində festivalda iştirak edib.

Festivalın əsas təşkilatçıları ilə yanaşı, bu möhtəşəm tədbirdə rəsmi tərəfdaşlarımız da iştirak edib. “Bakı Şəhər Halqası”, “Baku Steel Company”, “Kontakt”, “Gəncə Avtomobil Zavodu” festivalın ümumi konseptinə uyğun guşələri ilə tədbiri daha da rəngli ediblər.

“Bakı Şəhər Halqası” guşəsində sərgilənən ekspozisiyada təqdim olunan orijinal Formula 1 bolidinin dizaynı, Azərbaycan xalçaçılıq sənətinin zəngin ənənələri ilə müasir texnologiyanı və avtomobil idmanının dinamikasını bir araya gətirən uğurlu bir sintezi təcəssüm etdirib. Bolidin üzərində əks olunan naxışlar qədim xalçaçılıq irsimizi yeni və yaradıcı bir formatda təqdim edərək, onu milli mədəniyyətimizin bənzərsiz vizual ifadəsinə çevirib. İstifadə olunan ornamentlər “Xan Qarabağ” tipli xalçalarda rast gəlinən sadə, lakin dərin mənalar daşıyan motivlərə əsaslanıb. Bu motivlər Günəş, Hərəkət, Əbədiyyət və Əzəmət anlayışlarını simvolizə edirdi. Fırlanan və dinamik quruluşları bolidin sürət və gücünü vizual şəkildə vurğulayır, sənət ilə texnologiyanın harmonik vəhdətini əks etdirən təsirli bir obraz yaradırdı. Bu dizayn 2024-cü ildə keçirilmiş Formula 1 Azərbaycan Qran-Prisinin rəsmi tərtibatı çərçivəsində də istifadə olunub. Bundan əlavə, festival boyunca Formula 1 stendinin ətrafında DJ insanları əyləndirmiş, uşaqlar isə onlar üçün təşkil olunmuş güşədə simulyatorlarda Bakı trassını sürərək özlərini əsl Formula 1 pilotu kimi hiss ediblər.

Festivalın sponsorlarından biri "Kontakt" mağazalar şəbəkəsi maraqlı stendi ilə tədbirə rəng qatıb. Şəbəkənin stendlərində rəssam əl işi olan milli ornamentli tozsoranlar nümayiş olunub. Bununla yanaşı, festival boyu xalçaçılıq ilə bağlı müxtəlif oyunlar təşkil olunmuş və iştirakçılara hədiyyələr təqdim edilib.

Festivalın böyükdən-kiçiyə ən çox maraq cəlb edən güşələrindən biri “Gəncə Avtomobil Zavodu”nun təqdim etdiyi və “Azərxalça” ASC-nin yaradıcı qrupu tərəfindən milli xalça ornamentlərinə uyğun bəzədilmiş traktor olub.

Traktorun üzərində “Butalı Gəncə” və “Çıraqlı Gəncə” xalçalarının naxışlarından istifadə olunub. “Butalı Gəncə” xalçasındakı “buta” elementi bütün şərqdə, o cümlədən Azərbaycan xalçalarında ən geniş yayılmış naxışlardan sayılır. “Buta” çox geniş əşya və naxış elementlərini təmsil etməklə təbiətin canlı və cansız, o cümlədən insan, heyvan, bitki və s. cismlərinin təsviridir. “Çıraqlı” xalçasında rast gəlinən “qarmaqlı” elementi türk xalqlarında qədim zamanlardan səma, yer, təbiət, bolluq və bərəkət rəmzi kimi qəbul edilib.

“Baku Steel Company” isə festivalda Azərbaycan xalçaçılıq ənənələri ilə müasir metal sənətinin vəhdətini əks etdirən üç kompozisiya ilə təmsil olunub. Bunlar “Baku Steel Art 2024” beynəlxalq simpoziumu çərçivəsində Türkiyəni təmsil edən heykəltəraş Nilhan Sesalanın müəllifi olduğu “Köklərim üçün fidan”, azərbaycanlı heykəltəraş Müşfiq Heydərovun yaratdığı “Dəmir irs” və bu festival üçün xüsusi hazırlanmış, yerli heykəltəraş Jalə Əliyevanın müəllifi olduğu “İki ömrün şahidi” əsərləri idi.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:91
embedMənbə:https://azertag.az
archiveBu xəbər 08 May 2025 13:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Əfsanəvi əqrəb qurtarışı təkrarlandı VİDEO

21 Dekabr 2025 23:53see164

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see164

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see162

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see161

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see153

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see151

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see148

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see141

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see140

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see138

Oxumağa gəlmişdilər, Donbasda həyatlarına son qoydular...

22 Dekabr 2025 01:19see134

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see133

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see132

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see131

Azərbaycan konsulluqları nə üçün vətəndaşların hərbi qeydiyyatını aparmır?

22 Dekabr 2025 11:59see130

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see129

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see127

Rus general evinin qarşısında partlayışla öldürüldü

22 Dekabr 2025 12:58see127

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see126

Bu dünyaya Seyid kimi gəlib Seyid olaraq yaşamaq

22 Dekabr 2025 15:08see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri