Icma.az
close
up
RU
Beynəxalq Xankəndi Ulturamarafon yarışının iştirakçıları NƏ DÜŞÜNÜR? SORĞU

Beynəxalq Xankəndi Ulturamarafon yarışının iştirakçıları NƏ DÜŞÜNÜR? SORĞU

Sia Az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Qəbələ şəhərində start götürən Beynəxalq Xankəndi Ulturamarafon yarışı keçirilir. 83 nəfərin mübarizə apardığı ultura marafon yarışında Türkiyə, Ukrayna, Rusiya, Moldova və Gürcüstan atletləri də var. Gənclər və İdman Nazirliyi, Bakı Şəhər Halqası və Atletika Federasiyasının təşkilatçılığı ilə keçirilən marafonda iştirakçılar 192 km məsafəni qət edərək Xankəndidə finişə çatacaqlar. İdmançılar Qəbələ - Ağdaş (55 km), Ağdaş - Bərdə (65 km), Bərdə - Ağdam (44 km), Ağdam - Xankəndi (28 km) mərhələləri üzrə yarışacaqlar. Hər mərhələnin qalibləri ayrıca təltif ediləcək, ultramarafonun ümumi qalibləri isə baş mükafata layiq görüləcəklər. SİA mövzu ilə əlaqədar olaraq yarış iştirakçıları arasında sorğu keçirib.

İştirakçı Samir Heybətov: “69 yaşım var. Ötən ildə Xankəndidə keçirilən ulturamarafon yarışında iştirak etmişdim. Sadəcə dizimdəki zədədən dolayı əziyyət çəkmişdim. Amma 4-cü yerə çıxmışdım. İndidə çox böyük ümidlərlə bu yarışda iştirak edəcəm. İnanıram ki, qalib olacam. Gənc yaşlarımdan bu idman növü ilə məşğul oluram. İdman sağlamlıqdır. Sağlam bədəndə, sağlam ruh olur prinsipi ilə yaşayıram. Hamıya uğurlar arzulayıram. Güclü olan qalib gəlsin. Bizə bu cür şərait yaratdıqlarına görə bütün təşkilatçılara təşəkkür edirəm”.

İştirakçı Tapdıq Dadaşov: “İlk dəfədir ki, bu yarışda iştirak edirəm. İnanıram ki, qalib gələ biləcəm. Özümə çox güvənirəm. Bu yarışa uzun müddətdir ki, hazırlaşırdım. Yarış iştirakçılarının sayı olduqca çoxdur. Təbii ki, mübarizəmiz çətin olacaq. Asan heçnə yoxdur. Məsafə çox olsa da, əlimdən gələni edib, qalib olmağa çalışacam. Bu yarışların ölkəmizdə keçirilməsi təqdirəlayiq bir hadisədir. Gənclərimizin idmana olan marağının artmasına səbəb olur. Həmçinin qaçış idman növünün populyarlaşmasına səbəb olur”.

İştirakçı Elşad Nəsibov: “İlk dəfədir ki, ulturamarafon yarışında iştirak edirəm. Mən Daxili İşlər Nazirliyinin üzvü kimi burada çıxış edəcəm. Polis əməkdaşları daim idmanla məşğul olur. Ona görə mənə bu idman növü yad deyil. İnanıram ki, yaxşı nəticə qazanacam. Bununla yanaşı üzgüçülük və atıcılıqda da yaxşı nəticələrim olub. Bu cür yarışlarımız davamlı olaraq keçirilməlidir. Həm sağlamlıq cəhətdən, həm də insanların idmana olan marağının artması baxımından belə yarışlar çox olmalıdır. Yarışın da 4 mərhələdən ibarət olması daha yaxşıdır. Çünki bu zaman adam rahat şəkildə mübarizə apara bilir. Çox adam iştirak edir. İnanıram ki, qalib olacam”.

İştirakçı Fərqanə Sadıqova: “Artıq ikinci dəfədir ki, bu yarışda mübarizə aparacam. Qaçışla peşəkar şəkildə məşğul oluram. Qələbə qazana bilsəm bunu Vətənimizin dəyanətli, şücaətli şəhidlərinə həsr edəcəm. Bundan öncəki iştiraklarımda da yolu sonadək qət edə bilmişəm. Məsafəmiz çox olsa da, bacarmalıyıq. Bütün idman növlərində qaçışa ehtiyac var. O baxımdan düşünürəm ki, hər kəs bu idman növü ilə məşğul olmalıdır”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:74
embedMənbə:https://sia.az
archiveBu xəbər 10 Aprel 2025 11:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see270

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see204

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see204

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see186

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see166

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see159

Xərçəng riskini azaldan sadə vərdişlər Həkimdən vacib açıqlama

24 Yanvar 2026 09:58see158

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see157

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see157

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see156

Donald Trampdan İlham Əliyevlə bağlı təşəkkür paylaşımı

24 Yanvar 2026 06:04see151

Azərbaycan Trampın yaratdığı Sülh Şurasında qərar verən qlobal aktora çevrilir

24 Yanvar 2026 02:53see148

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see145

NATO Cənubi Qafqaza Bakıdan baxır

24 Yanvar 2026 01:15see145

Bu problemi olanlar, yumurta sarısına “yox” desin

23 Yanvar 2026 22:23see144

Soyuq günlərdə həyat qurtaran 8 ədviyyat: Qışın şəfa mənbələri

23 Yanvar 2026 22:56see143

Aqrar sahənin xarici əlaqələri: uğurlar, perspektivlər

24 Yanvar 2026 01:47see141

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see137

Yaşayış minimumuna keçid aztəminatlı əhalinin sosial müdafiəsini gücləndirəcək

24 Yanvar 2026 12:20see137

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri