Icma.az
close
up
RU
Beynimin damarı

Beynimin damarı

Reyting.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.


Akif ABBASOV
(lətifəvari hekayə)
Şura hökuməti vaxtları idi. Əli Bayramlıya gedən avtobusların bəziləri Azneftin bir küncündə dayanar, sərnişin yığardılar. Rasim qardaşı Vasiflə yola düşməyə hazırlaşan bir avtobusa yaxınlaşdı. Rasim sürücüdən soruşdu:

- Tez qalxacaqsan?
Sürücü cavab verdi:
- Bir-iki nəfər də gəlsin...
Vasif yavaşca Rasimə dedi:
- O bir-iki nəfəri tapınca mən ayaqyoluna dəyim.
- Yaxşı, amma bir az tez gəl.
Vasif getdi. Amma ləngidi. Avtobus dolmuşdu. Sürücü pulları yığıb qurtardı:
- Allah, Məhəmməd, ya Əli. Qalxaq. Yolçu yolda gərək. Hamı yerindədir?
Rasim ətrafa boylanaraq:
- Bir az ləngi. Qardaşım da gəlsin.
Sürücü deyindi:
- Bu rayon əhlində bu nə xasiyyətdir, bilmirəm. Əvvəl səni tələsdirirlər: “Nə vaxt qalxırsan? Nə oldu bəs?” Elə ki, sükanın arxasına keçirsən. Biri deyir, yanımdakı mağazaya nəsə almağa getdi. O biri deyir, ərim siqaret dalınca gedib...
Rasim:
- Yaxşı, sən də az deyin, - dedi. -Dünya dağılmadı ki... Gəlir də. Düşüb çağıraram.
Rasim özünü ayaqyoluna çatdırıb qardaşını səslədi:
- Vasif, tez ol. Avtobus qalxır.
Vasifdən səs çıxmadı.
Rasim artıq əsəbiləşirdi. Bir də çağırdı. Vasif şalvarını çəkə-çəkə, qanıqara çölə çıxdı:
- Mən getmirəm.
Rasim özündən çıxdı:
- Necə yəni getmirəm? Avtobusu saxlatdırmışam. Bayaqdan səni gözləyirik.
Vasif də öz növbəsində ona çımxırdı:
- Əclafın biri. Məni tələsdirdin. Güc vurdum, beynimin damarı qırıldı.
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:159
embedMənbə:https://reyting.az
archiveBu xəbər 23 May 2025 12:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

26 Noyabr 2026 22:05see338

Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? təfərrüat (Video)

26 Noyabr 2026 22:31see329

57 yaşlı Cennifer Lopez belə formada qalır

26 Noyabr 2026 17:27see326

Azərbaycan və Aİ Orta Dəhlizin inkişafı ilə bağlı razılığa gəldi

26 Noyabr 2026 19:36see314

AZAL ın ötənilki qazancı açıqlandı 1,2 milyard manat!

26 Noyabr 2026 22:21see312

Azərbaycan Ermənistan dialoqunda yeni mərhələ: 6 komitə yaradılır

26 Noyabr 2026 19:50see301

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

26 Noyabr 2026 18:52see301

ADU Çinin Sincan Maliyyə və İqtisad Universiteti ilə Anlaşma Memorandumu imzaladı FOTO

26 Noyabr 2026 17:46see293

Gündə 5 ədədi qanda şəkəri sala bilər

26 Noyabr 2026 20:41see273

İncəsənət məktəblərinə 199 yeni müəllim qəbul olunub

26 Noyabr 2026 18:16see269

Kəmalə Qaramollayeva Heydər Əliyev Sarayında möhtəşəm konsert proqramı ilə çıxış etdi FOTO

26 Noyabr 2026 21:06see268

Göbələkdən düzəltdiyi qayıqla okeana çıxdı

26 Noyabr 2026 18:03see266

Lavrov ABŞ ı Avropaya nümunə göstərdi: “Siyasi yetkinlik nümayiş etdirirlər” Video

26 Noyabr 2026 21:58see264

“Milan“ səfərdə “Olimpiakos“a qalib gəlib

27 Noyabr 2026 00:14see261

Şöhrətin zirvəsindən uçuruma: Hər şeyini itirən məşhurlar haqqında 7 film

26 Noyabr 2026 18:26see259

Bu şokolad apteklərdə reseptlə veriləcək YE, ARIQLA

26 Noyabr 2026 20:35see255

İçində partlayıcı olan deserti yeyən kişi öldü

26 Noyabr 2026 22:26see252

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see233

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see220

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see206
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri