Beyonsun konsert klipi Stormizi ilhamlandırıb
Britaniyalı hip-hop musiqiçisi Stormizi etiraf edib ki, Beyonsun “Homecoming: A Film by Beyonce” (2018) adlı konsert filmi onu səhnədə yorulmamaq üçün fiziki sağlamlığına diqqət yetirməyə sövq edib.
Reyting.az xarici mediaya istinadla xəbər verir ki, həmin filmdə 2018-ci ildə “Coachella”da göstərilən şou-konsert sənədləşdirilib.
Filmdə sənətçinin öz pəhrizindən danışdığı bir epizod var. Bu, Stormizi dietoloqa ehtiyacı olduğu qənaətinə gətirib.
V. QULİYEV
Baxış sayı:84
Mənbə:https://reyting.az