Icma.az
close
up
RU
Jota Oliveyra: Bəlkə də karyeramın ən yaxşı qolu idi

Jota Oliveyra: Bəlkə də karyeramın ən yaxşı qolu idi

Idman.biz saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Misli Premyer Liqasının səkkizinci turunda “Şamaxı” doğma meydanda “Şəfa” üzərində 3:2 hesablı qələbə qazanıb. İki top fərqi ilə geri düşən meydan sahibləri geridönüş etməyi bacarıblar. Görüşün 65-ci dəqiqəsində “Şamaxı”nın sol cinah müdafiəçisi Jota Oliveyra baxımlı qola imza atıb.

İdman.Biz fanat.az-a istinadən xəbər verir ki, portuqaliyalı futbolçu vurduğu qol, komandasının çıxışı və qarşıdakı oyunla bağlı sualları cavablandırıb.

– 0:2 hesabından sonra geridönüşə inanırdınız? Oyunun nəticəsini dəyişə biləcəyinizə əmin idiniz?

– İlk növbədə, matçda ən yaxşı tərəfimizi göstərmədiyimizi bilirdik. Xüsusilə birinci hissədə bəzi səhvlər etdik və rəqibə həddindən artıq boşluq verdik. İkinci hissədə isə bu problemləri aradan qaldırmağa, oyunumuzu yaxşılaşdırmağa və meydanda fərqli yanaşma nümayiş etdirməyə nail olduq. Düşünürəm ki, bu komandanın gücünü və ən çətin anlarda belə sonadək inanmaq bacarığını göstərdik. Həm komanda birliyi, həm də özümüzə inam görüşün nəticəsini dəyişməyimizə imkan verdi. Azarkeşlərimizə də dəstəklərinə görə təşəkkür etmək istəyirəm. Onların ruhlandırıcı dəstəyi bizim üçün çox önəmlidir və son fitə qədər mübarizə aparmaqda bizə əlavə motivasiya verir.

– Komanda ardıcıl yeddi oyundur məğlub olmur. “Şamaxı”nın imkanlarını nəzərə alsaq, avrokuboklara vəsiqə qazanmağı real hədəf hesab edirsiniz?

– Çempionat çox rəqabətlidir və üzərində işləməli, inkişaf etdirməli olduğumuz bir çox məqamlar var. Bizim yanaşmamız hər oyuna ayrıca köklənmək, ayaqlarımızı yerdən üzməmək və hər gün daha da yaxşılaşmağa çalışmaqdır. Həmişə daha artığını istəyirik, lakin inkişafın gərgin əmək və ardıcıllıq sayəsində mümkün olduğunu anlayırıq. Bu yolda bizə dəstək olan azarkeşlərimizə minnətdarıq. Onlar bu proses boyunca bizim üçün çox önəmli olublar. Mövsümün sonunda turnir cədvəlində hansı mövqedə olacağımızı və nəyə nail ola biləcəyimizi görəcəyik.

– Son oyunda möhtəşəm qol vurdunuz. Həmin qol haqqında nə deyə bilərsiniz?

– Fərqləndiyim üçün çox xoşbəxtəm. Xüsusilə də bu, çempionatda ilk qolum idi və belə bir qolla yadda qaldı. Bəlkə də indiyədək karyeramın ən yaxşı qolu idi. Amma ən əsası, komandama üç xal qazanmaqda kömək etdiyim üçün sevinirəm. Hər zaman ən vacib olan budur. Belə qalibiyyətlər futbolçulardan tutmuş bütün məşqçi və texniki heyətə qədər hər kəsin böyük kollektiv əməyi sayəsində mümkün olur. Onlar hər gün məqsədlərimizə çatmağımız üçün çalışırlar.

– Növbəti rəqibiniz “İmişli”dir. Bu oyunla bağlı gözləntiləriniz nələrdir və məğlubiyyətsizlik seriyasını davam etdirmək üçün nə etməlisiniz?

– Bizi çətin oyun gözləyir, çünki bu çempionatda bütün matçlar çətindir. Həftə ərzində çalışmağa davam etməli, son oyunda buraxdığımız səhvləri təhlil edib aradan qaldırmalı və onların təkrarlanmasına imkan verməməliyik. Oyuna yüksək konsentrasiya, mübarizə əzmi və ən yaxşı performansımızla çıxmaq vacib olacaq. Azarkeşlərimizin dəstəyi bu dəfə də həlledici rol oynayacaq. Onların köməyi meydanda bizə əlavə güc və enerji verir. Ümid edirik ki, azarkeşlərimiz yanımızda olacaqlar və birlikdə əlimizdən gələnin ən yaxşısını edərək uğurlu seriyamızı davam etdirəcəyik.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:94
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 20 Oktyabr 2026 20:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see324

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see292

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see292

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see282

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see281

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see273

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see272

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see269

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see264

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see257

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see242

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see240

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see232

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see225

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see223

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see223

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see221

Gecə tərləmələri hansı hallarda ciddi xəstəliyin əlaməti ola bilər? HƏKİM AÇIQLADI

30 Oktyabr 2026 12:14see208

Qışda sağlam qalmaq üçün bunlara diqqət EDİN

30 Oktyabr 2026 10:18see207

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see206
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri