Icma.az
close
up
RU
“Bəzən deyirlər, gecə yatdım, səhər qızdırmam qalxdı” Çöldə 42 dirsə, evdə 18?

“Bəzən deyirlər, gecə yatdım, səhər qızdırmam qalxdı” Çöldə 42 dirsə, evdə 18?

Icma.az, Yenisabah portalına istinadən məlumat yayır.

"Hər birimizin bədənində termorequlyasiya prosesi gedir. Bu, bədən istiliyinin tənzimlənməsi deməkdir. Təbii ki, ya maşında, ya evdə kondisenerlə yaradılan çox soyuq havdan isti havaya çıxma orqanizmdə termorequlyasiya pozğunluğuna gətirib çıxarır".

Bunu “Yeni Sabah”a həkim-terapevt Şahvələd Məmmədov deyib.

Onun sözlərinə görə, bu ilin yay ayları çox isti keçir: pizza sifarişi

"Əksəriyyət imkan daxilində kondisionerdən istifadə etməyə məcbur olub. Kondisionerdən istifadə qaydası isə bir az fərqlidir. Bəziləri elə bilir ki, çöldəki havanın temperaturu 42-yə çatanda kondisionerin dərəcəsini 18-19-a qoymaq gərəkdir. Amma belə deyil, minimum 24 dərəcə qoyulmalıdır. Gecə saatlarında onu 25-26-ya qədər çoxaltmaq olar. Ancaq daha yaxşısı gecə saatlarında kondisioneri söndürməkdir".

Ş. Məmmədov əlavə edib: "Bəzən deyirlər ki, gecə yatdım, səhər qızdırmam qalxdı və sonra kəskin olaraq 35 dərəcəyə düşdü. Bu artıq o deməkdir ki, orqanizmdə termorequlyasiya pozğunluğu baş verib. Yəni immunitet düşür və virus orqanizmə müdaxilə edir.

Orqanizmi gücləndirməklə bağlı tövsiyələr veririk. Ancaq bu o demək deyil ki, daima soyuq kondisioner havası altında qalmaq olar. Artıq avqust ayının sonlarındayıq. Havanın temperaturu getdikcə düşür. Buna görə də məsləhət görərdim ki, kondisionerlərdən çox istifadə edilməsin”.

Terapevt Məlahət Abbasova isə vurğulayıb ki, çöl və ev temperaturu arasındakı fərq 10 dərəcədən artıq olmamalıdır:

“Çöl havası ilə içəridəki temperaturun fərqli olması halında, yəni insan soyuqdan istiyə çıxanda 1 saat ərzində adaptasiya periodu gedir. Həmin periodu hər orqanizm normal qəbul etmir. Yəni, sağlam orqanizmdən fərqli olaraq xəstə və zəif immun sisteminə malik insanların bədənində bu proses normal keçmir.

Fikir vermisinizsə, yay aylarında sürücülər ən çox böyrək ağrılarından şikayət edir. Çünki kondisioner onların həmin orqanlarına birbaşa təsir edir. Böyrək də daxildən piy qatı ilə əhatə olunmayan, dəri qatının altında yerləşən bir orqandır. Buna görə də soyuğu özünə daha tez çəkir. Bundan başqa, xroniki ağciyər xəstəliklərindən əziyyət çəkən şəxslərdə də narahatlıqlar meydana gələ bilər.

Otaq və çöl temperaturu arasında fərq olan zaman bu cür problemlərlə rastlaşmaq qaçılmazdır. Əgər belə hallarla qarşılaşmaq istəmiriksə, o zaman temperatur arasında fərqi azaltmaq, 10 dərəcə olaraq balanslamaq lazımdır. Məsələn, çöldə 30 dərəcə isti varsa, kondisioneri 20 dərəcə olaraq tənzimləmək məqbuldur”.

Aytac Əliyeva 


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:171
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 22 Avqust 2025 11:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see548

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see472

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see432

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see298

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

01 Noyabr 2026 10:59see297

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see296

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see289

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see283

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

01 Noyabr 2026 11:24see277

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see270

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see262

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see249

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see240

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see232

Azərbaycanda avtomobil bazarı kökündən dəyişəcək

01 Noyabr 2026 10:15see223

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see220

Tənhalığın çox asan müalicəsi

01 Noyabr 2026 22:04see218

Azərbaycanda rayonların özünümaliyyələşdirmə dövrü başlayır

01 Noyabr 2026 11:03see211

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

02 Noyabr 2026 15:11see195

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

02 Noyabr 2026 16:14see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri