Icma.az
close
up
RU
“Bəzən lazımsız ajiotaj yaradırıq” Abbasov

“Bəzən lazımsız ajiotaj yaradırıq” Abbasov

futbolpress-az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Misli Premyer Liqasının XXIX turunun “Şamaxı” – “Kəpəz” oyunundan (2:0) sonra meydan sahibi komandanın baş məşqçisi Ayxan Abbasov jurnalistlərin suallarını cavablandırıb.

Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşüb:

– Bizim üçün xoş qələbə oldu. Çoxdan idi, azarkeşlərimizin önündə qalibiyyətimiz yox idi. Bu gün iki komanda da uduzmaq istəmirdi. Oyun sürətli başladı, qol epizodları yaratdıq. İkinci hissəyə yaxşı start vermədik, sonrasında isə toparlana bildik. Komandanı, azarkeşləri təbrik edirəm.

– “Kəpəz”ə burda 1:4 hesabıyla məğlub olmuşunuz. Bu, oyuna necə təsir göstərdi?
– Üzücü məğlubiyyətlərimiz olub. Bəzi matçlardan təcrübə qazanmışıq. Çox epizod yaratsaq da, istifadə edə bilmirik. “Kəpəz”in aqressiv oynayacağını gözləyirdik. Dünən “Qəbələ” – “Araz-Naxçıvan” oyununa da baxdıq, sanki bir final idi…

– Rəhbərlik yeni baş məşqçi ilə bağlı sizinlə danışıb?
– Bu haqda söhbət olmayıb, qərar rəhbərliyindir. Mövsüm hələ başa çatmayıb. Futbolçuları son oyuna qədər kökləmək istəyirik. İndi nəsə müzakirə etsək, qeyri-peşəkar olar.

– Elvin Cəfərquliyevin durumu millinin baş məşqçisi kimi sizi narahat edir?
– Ümumilikdə, milliyə namizəd hər futbolçu məni narahat edir. Həqiqətən, yaxşı durumda deyilik, potensiallı futbolçularımız azdır. Onları itirə bilmərik. Klubların öz qərarları var. Tək Elvin yox, digər legioner oyunçularımızdan oynamayanlar olur. Yaxşı hal deyil. Yayda hazırlaşmaq üçün vaxtımız olacaq.

– Futbolçular oyunlara hansı motivasiya ilə çıxır?
– Çempionatda 6 komanda var ki, hədəfləri liqada qalmaqdır. İki ildir, bunu bacarırıq. Kubokda şanslarımız var idi, amma alınmadı. Çempionatda bəzi vaxtlar oldu ki, qələbə qazanıb, “dördlüy”ə cəhd edə bilərdik, o da olmadı. Qışdan daha rahat oynayırıq. Çempionat başlayandan autsayderlər qrupunda olmamışıq. Bəzi şeylər büdcəyə bağlıdır. Geniş heyət olmalıdır, avrokuboklara vəsiqə uğrunda mübarizə aparırsansa, keyfiyyət də artmalıdır. Amma ümumi baxsaq, futbolçular gözləntilərdən daha yaxşısını etdi.

– AFFA rəhbərliyi ilə söhbətlərinizdə çempionatdakı hakim səhvlərini müzakirə edirsiniz?
– Cahangir müəllimlə söhbətlərimizdə bütün mövzulara toxunuruq. Hakimlik də bunlar arasındadır. Federasiya da səhvlərin az olmasını istəyir. Lakin həqiqəti demək lazımdır, burda medianın, AFFA-nın, klubların da günahı var. Bəzən lazımsız ajiotaj yaradırıq, futbolumuzu sanki şouya çeviririk. Türkiyəyə baxıb, müəyyən hərəkətlər edirik. Bəzi gənc hakimlər də səhvləri üzərlərindən ata bilmirlər. Mənimlə razılaşmaya bilərsiz, bu gün səhvsiz yer yoxdur. Hər şeyi də hakimlərin üzərinə atmaq olmaz. Klubların haqqına da girilib, bunu demək lazımdır. Amma çıxış yolu hakimləri silmək deyil. Onlar da təcrübə qazanmalıdır, üzərlərinə bu qədər getmək olmaz. Səhvləri müzakirə edəndə artıq hakimlərin bəziləri qorxur. Futbolun inkişafı sistemlidir – uşaq futbolu, Premyer Liqa, hakimlər… Hakimlər Komitəsinin sədri deyiləm, suallara açığam, amma hakimlərin təhlili mənim işim deyil.

Şahin Cəfərov

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:187
embedMənbə:https://futbolpress.az
archiveBu xəbər 26 Aprel 2026 19:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see487

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see438

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see338

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see288

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see279

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see275

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see270

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see263

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see245

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see237

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see229

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see223

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see221

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see217

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see212

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see208

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see207

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see195

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see187

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri