Bəzən yollar niyə təhlükəli oyun meydanı na çevrilir?
Icma.az, Baku.ws portalına istinadən məlumat yayır.
Baku TV-nin "Necə olmalıdır?" rubrikasının budəfəki buraxılışında paytaxtın Şəfayət Mehdiyev küçəsində yol hərəkətinin təşkili ilə bağlı problemlərə diqqət çəkilib.
Bildirilib ki, əhalinin sıx məskunlaşdığı hissədə səki problemi ciddi xarakter alıb. Səki üçün nəzərdə tutulan ərazilərin bir qismi parklanma yerlərinə çevrilib, bəziləri müxtəlif obyektlər tərəfindən zəbt olunub, bəzi hissələr isə yararsız vəziyyətdədir.
Qeyd edilib ki, məhəllə girişlərində piyada keçidləri yoxdur, bəzi yerlərdə isə işıq dirəkləri səkilərdən istifadəni çətinləşdirir. Bu vəziyyət xüsusilə uşaq və əlil arabası ilə hərəkət edənlər üçün ciddi maneə yaradır.
Əlavə edilib ki, avtobus dayanacaqlarında gözləmə sahəsinin azlığı isə vətəndaşları yolun hərəkət hissəsində dayanmağa məcbur edir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:124
Bu xəbər 24 Aprel 2026 20:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















