Icma.az
close
up
RU
Bəzi adamların “Əli Kərimli həbs olundu, biz artıq Türkmənistanıq” tezisi çürükdür ŞƏRH

Bəzi adamların “Əli Kərimli həbs olundu, biz artıq Türkmənistanıq” tezisi çürükdür ŞƏRH

Icma.az, Gununsesi portalına istinadən məlumat yayır.

Azərbaycan heç vaxt Türkmənistan olmayacaq, narahat olmayın, birincisi, Azərbaycanın tarixi, ADR-i, ənənələri var, ikincisi, Türkmənistan olmaq çox bahalı layihədir”.

Gununsesi.info bildirir ki, bunu REAL Partiyasının sədri ,iqtisadçı ekspert Natiq Cəfərli deyib.

Onun sözlərinə görə, Türkmənistanda hakimiyyət xalqın bir çox hüquqlarını əlindən alıb:

“Amma, əvəzində minimum əmək haqqı (qeyd: bütün rəqəmlər Azərbaycan manatı ilədir) 581 manatdır, benzin 71 qəpikdir, elektrik enerjisinin 35 kilovatt/saat pulsuzdur, limiti keçəndə 1000 kilovatt/saat 12 manat 13 qəpikdir, təbii qazın 1000 m3-i cəmi 13 manat 60 qəpikdir, amma, hər ay 50 m3 pulsuz qaz da verilir. 2024-cü ildə Türkmənistanda adambaşına düşən ÜDM 9166 dollar, Azərbaycanda isə 7284 dollar olub.

Yəni, Türkmənistan olmaq üçün Azərbaycan hökuməti indikindən 50% çox büdcə, indikindən 30% çox ÜDM təmin etməli, daha səmərəli və ədalətli sosial siyasət (uşaq pulu, kommunal xidmətlərin ucuzlaşması, benzinin 70 qəpik olması və s.) həyata keçirilməlidir. Bu mümkün deyil, mümkün olmayacaq da – Körfəz ölkələrinin də təcrübəsi onu deməyə əsas verir ki, hakimiyyət haqqları alanda, əvəzinə nəsə verir, hüquqları məhdudlaşdırıb, əvəzində heç nə verməyəndə sosial və siyasi narazılıq pik həddə çatır.

Ona görə də, bəzi adamların, kiçik qrupların, “Əli Kərimli həbs olundu, biz artıq Türkmənistanıq”, tezisi çürükdür, əsassızdır, xalqa, topluma, tariximizə hörmətsizlikdir. Hə, hökumət “ucuz qiymətə” bunu etmək istədrdi, amma, edə bilməz, dediyim kimi, bu bahalı layihədir və toplum buna imkan verməz. Ona görə də, ADR-ın genlərimizə vurduğu “peyvəndlə” əsl Respublika uğrunda çalışmağa davam etmək lazımdır, bu yolla da gedəcəyik.

Azərbaycanda bu gün həbsdə olan jurnalistlərə, sivil toplum nümayəndələrinə azadlıq arzu edirəm.

Həbsdə olan siyasətçilərə, o cümlədən Əli Kərimliyə, ünvanlarına səsləndirilən iddialara faktlarla cavab verməyi, günahı yoxdursa, tezliklə azadlıqda olmaqlarını diləyirəm.

Hökumətə sözüm budur ki, “Ramizgate” işində ciddi iddiaları əsaslandıra bilməsələr, daşdan keçən sübutlar, faktlar ortalığa qoymasalar, Dövlət adlanan institutun adına ləkə, nüfuzuna kölgə sala bilərlər. Dövlət isə bizimdir, hamımızındır, dövlətin ciddiliyinə şübhə toxumu düşməsinə imkan vermək olmaz. Ümid edirəm ki, bunu anlayırlar”.

Afət Abbasova

Gununsesi.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:104
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 01 Dekabr 2025 19:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda doğumlar kəskin azaldı rəqəmlər nə deyir?

14 Yanvar 2026 18:32see240

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see239

Çin Rusiya ilə ticarəti beş ildən sonra ilk dəfə azaldır...

15 Yanvar 2026 06:34see196

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see191

Kadırov səhhəti ilə bağlı yayılan şayiələrə belə cavab verdi

14 Yanvar 2026 19:33see184

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see179

Türkiyədə süni intellekt bu yaş qrupundan olan şəxslərə qadağan edilir

15 Yanvar 2026 00:45see173

Bu BÜRCLƏR onları əbədi dəyişdirəcək sevgi ilə qarşılaşacaqlar

14 Yanvar 2026 19:11see160

İsrail bu aviabazadan personalı təxliyə edir

15 Yanvar 2026 04:22see152

Sumqayıt ın Antalya toplanışı

14 Yanvar 2026 21:27see151

Üç ölkə Qəzzanın idarə olunması üzrə Fələstin Komitəsinin yaradılmasını ALQIŞLADI

15 Yanvar 2026 00:28see148

Bizə məlumat verdilər ki, İranda qətllər dayanıb, yoxlayacağıq

15 Yanvar 2026 04:23see147

Astroloqların proqnozu: 2026 cı ildə hansı bürclər ən yaxşı maliyyə perspektivi və gəlirə sahib olacaq?

15 Yanvar 2026 04:21see146

Hərbi bazalar boşaldılır, uçuşlar dayandırılır İrana görə

15 Yanvar 2026 04:37see142

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see140

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see137

Mədəniyyət Nazirliyində “Yüksəliş” müsabiqəsinin qalibi ilə görüş keçirilib

14 Yanvar 2026 18:51see135

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see131

Qaraciyəri toksinlərdən təmizləyən təbii vasitə

15 Yanvar 2026 04:52see131

Bu ərazilərdə mədəni irsə dəyən zərərlə bağlı tədbirlər planı hazırlanacaq

15 Yanvar 2026 00:29see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri