Icma.az
close
up
RU
Gəncədə kişi gözəllik salonuna hücum etdi: Keçmiş həyat yoldaşına xəsarət yetirdi

Gəncədə kişi gözəllik salonuna hücum etdi: Keçmiş həyat yoldaşına xəsarət yetirdi

Demokrat.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Gəncə şəhərində 1981-ci il təvəllüdlü Musa qısqanclıq zəminində yaranan mübahisə zamanı keçmiş həyat yoldaşı Kəmaləyə (adlar şərtidir – red.) xəsarət yetirib. 
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə 2024-cü ilin iyulun 2-də şəhərin Nəriman Nərimanov prospektində yerləşən gözəllik salonunda baş verib. 
Musa həmin gün saat 17:40-da gözəllik salonuna daxil olub və həmin salonda işləyən arvadı Kəmalənin üzərinə gətirdiyi qatı sulfat turşusunu qəsdən atıb. Bu zaman qadın xəsarət alıb.
Hadisəni törədən Musanın barəsində Cinayət Məcəlləsinin 127.2.2 (xüsusi amansızlıqla, o cümlədən zərərçəkənə ağır iztirablar verməklə və ya sifarişlə, habelə təqsirkar üçün aşkar surətdə köməksiz vəziyyətdə olan şəxs barəsində qəsdən sağlamlığa az ağır zərər vurma), 127.2.3 (ümumi təhlükəli üsulla və ya xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa az ağır zərər vurma) və 221.3-cü (silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunan xuliqanlıq törətmək) maddələri ilə ittiham elan edilib. 
İş üzrə ifadə verən Musa ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib. O bildirib ki, Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə razı deyil: “Çünki ətrafdakı insanlara xəsarət yetirmək niyyətim olmayıb. Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə 221.3-cü maddəsi bir yerdə tətbiq oluna bilməz. Çünki 1 əmələ görə 2 eyni xarakterli maddə qoyulması düzgün deyil. Cinayət Məcəlləsinin 127.2.2-ci maddəsi ilə də razılaşmıram. Belə ki, təkrar deyilən əməl yoxdur. Bundan başqa bildirmişəm ki, zərərçəkmiş şəxs 1 il 9 ay qanunsuz olaraq məni psixi xəstəxanada saxlatdırıb. Oradan çıxdıqdan sonra ətrafdakılar mənə Kəmalənin cavan oğlanla gördüklərini dedilər”.
Təqsirləndirilən şəxs qeyd edib ki, hadisədən 1 ay öncə Kəmaləyə özünü yığışdırması barədə mesaj yazıb: “Daha sonra mənə arvadımın qeyri-etik videolarını göndərdilər. Bundan əsəbləşərək özüm ilə kislata götürərək Kəmalənin işlədiyi gözəllik salonuna getdim. Çöldə salondan insanların çıxmağını gözlədim. Onlar çölə çıxandan sonra içəri girdim və Kəmalənin üzərinə kislata tökdüm”.
İş üzrə zərərçəkmiş Kəmalənin sözlərinə görə, Musa ilə 2008-ci ildən evlidir: “Bu evlillikdən iki övladımız var. Biz 1 ildən çox olar ki, ayrılmışıq. Musa psixiatriya xəstəxanasından qaçandan sonra evə gəldiyi gündən şiddət göstərməyə başladı. Bu səbəbdən də uşaqları götürərək evdən qaçdım. Musa ilə bütün əlaqələrim kəsdim və nömrəsini bloka atdım”. 
Kəmalə qeyd edib ki, gözəllik salonunda stajor kimi işlədiyi vaxt başqa bir xanımın nömrəsindən mesaj gəlib: “Daha sonra Musa həmin nömrədən mesaj yazaraq ailəlikçə başımızı kəsəməklə, öldürməklə hədə qorxu gəldi. Bundan sonra boşanma ilə bağlı ərizə ilə müraciət etdim. 10-15 gün sonra axşam saat 6 radələrində salona gəldi. Həmin vaxt resepşinin arxasında olmuşam. Əlindəki qabı gördükdə qaçmaq istədim. Lakin Musa qabağımı kəsdi, əlində olan qabdakı mayeni üzərimə tökdü. Həmin maye çiyin, kürək və digər nahiyyələrimə töküldü. Hadisədən dərhal sonra pilləkənin yanında boğmağa və döyməyə cəhd etdi. Salonda olan işçilər bizi ayırdı və məni xəstəxanaya apardılar. Həmin vaxtdan müalicələrim davam edir”.
Gəncə Şəhər Məhkəməsinin hökmü ilə Musa 4 il müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ümumi rejimli cəzaçəkmə müəssisində çəkməsi müəyyən edilib. 
Fariz Məlikli
Demokrat.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:112
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 16 Yanvar 2026 19:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see243

Çin Rusiya ilə ticarəti beş ildən sonra ilk dəfə azaldır...

15 Yanvar 2026 06:34see199

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see193

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see181

Türkiyədə süni intellekt bu yaş qrupundan olan şəxslərə qadağan edilir

15 Yanvar 2026 00:45see174

İsrail bu aviabazadan personalı təxliyə edir

15 Yanvar 2026 04:22see153

Sumqayıt ın Antalya toplanışı

14 Yanvar 2026 21:27see152

Bizə məlumat verdilər ki, İranda qətllər dayanıb, yoxlayacağıq

15 Yanvar 2026 04:23see151

Üç ölkə Qəzzanın idarə olunması üzrə Fələstin Komitəsinin yaradılmasını ALQIŞLADI

15 Yanvar 2026 00:28see151

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see148

Astroloqların proqnozu: 2026 cı ildə hansı bürclər ən yaxşı maliyyə perspektivi və gəlirə sahib olacaq?

15 Yanvar 2026 04:21see147

Hərbi bazalar boşaldılır, uçuşlar dayandırılır İrana görə

15 Yanvar 2026 04:37see143

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see141

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see140

Qaraciyəri toksinlərdən təmizləyən təbii vasitə

15 Yanvar 2026 04:52see137

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see136

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see136

Bu ərazilərdə mədəni irsə dəyən zərərlə bağlı tədbirlər planı hazırlanacaq

15 Yanvar 2026 00:29see132

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see130

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri