Sevmək və sevilmək üçün bütün varını verməyə hazırdır
Axsham.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
“Bəzən insani keyfiyyətlərə görə şükür edək. Neqativə beyin daha meyillidir. Narsist insanlar da az deyil. Özünə güvənsizlikdən əziyyət çəkənlər də var. Kifayət qədər müdrikləşə bilmirik. Bu yaşıma qədər sevgisizlikdən, sevə və sevilə bilməməkdən əziyyət çəkən insanlar görmüşəm. Bunların arasında maddi imkanı yaxşı olan da var. Bizdə olan insani duyğuları yaşamaq üçün bütün var-dövlətini verməyə hazır olarlar ki, sevə-sevilə bilsinlər, duyğulana bilsinlər, başqasına, həyata, heyvanlara qarşı empati hiss etsinlər".
Axşam.az xəbər verir ki, bu sözləri müğənni Çingiz Mustafayev deyib. Video yayımlayan sənətçi insani keyfiyyətlər, sevgi, empatiya və çətin vəziyyətdə olan insanlardan bəhs edib.
O, neqativə meyilli olduğumuzu, narsist və özünə güvənsizlikdən əziyyət çəkən insanların az olmadığını vurğulayıb. Müğənni bu yaşına qədər sevgisizlikdən, sevə və sevilə bilməməkdən əziyyət çəkən insanlarla rastlaşdığını bildirib. Onun sözlərinə görə, onların arasında maddi imkanı yaxşı olanlar da var:
"Çətin bir dövr keçirən dostlarıma vacib bir söz demək istəyirəm. İnsanın ruhu sıxılanda, çıxılmaz yolda olanda problemləri tez həll edəcəyini vəd edən birinə inanmaq asan olur - insan təki özünü yaxşı hiss etsin deyə hər şeyə razılaşa bilər. Ona görə də kömək üçün kiməsə müraciət etməzdən və pul ödəməzdən əvvəl bir az dayanıb düşünün: bu insan sizə həqiqətən kömək edə bilərmi? Qərarı yalnız hisslərinizə qapılaraq verməyin - özünüzə də, sağlam düşüncənizə də qulaq asın. Bəzən belə məqamlarda insan təkcə pulunu itirmir, vəziyyəti daha da qəlizləşdirir”.
Baxış sayı:58
Bu xəbər 23 Noyabr 2026 14:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















