Icma.az
close
up
RU
Bəzi bölgələrdə müəllimlərin 90 faizi orta təhsillidir Nazir

Bəzi bölgələrdə müəllimlərin 90 faizi orta təhsillidir Nazir

Modern.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

"Tədqiqatlarda ayrı-ayrı məktəblər deyil, ölkənin təhsil sistemi ölçülür".

Modern.az xəbər verir ki, bu sözləri elm və təhsil naziri Emin Əmrullayev PISA 2025 nəticələrinin təqdimatı zamanı qeyd edib.

Nazir bildirib ki, tədqiqat çərçivəsində seçilən azsaylı özəl məktəblərin göstəriciləri ümumi nəticəyə ciddi təsir göstərmir:

"Həmin məlumatlar əsasında ayrı-ayrı məktəblər və ya təhsil müəssisələri barədə elmi qənaətə gəlmək düzgün deyil. Əsas məqsəd ümumi təhsil mühitini qiymətləndirməkdir.
Regionlardakı vəziyyətdə hazırkı mənzərə əvvəlki illərdə, xüsusilə 2015-2018-ci illərdə həyata keçirilən diaqnostika, nizam-intizamın bərpası və ibtidai təhsildə mərkəzləşmə istiqamətində atılan addımların nəticələri ilə də əlaqəlidir.

Sertifikatlaşdırma prosesi müəllimlərin hazırlıq səviyyəsinin şagird nəticələrinə təsirini aydın göstərdi. Bəzi bölgələrimizdə müəllimlərin 80-90 faizi ali təhsilli deyil, orta ixtisas təhsillidir. Lakin son illərdə pedaqoji kadrlara qoyulan tələblər sərtləşdirilib, akademik göstəricisi aşağı olan şəxslərin müəllim kimi fəaliyyət göstərməməsi ilə bağlı mühüm qərarlar qəbul edilib. Müəllim heyətinin keyfiyyəti artdıqca şagird nəticələri və bölgələr arasındakı fərqlər də müsbət istiqamətdə dəyişir".

Emin Əmrullayev vurğulayıb ki, təhsildə qəbul edilən qərarların nəticəsi dərhal deyil, zaman keçdikcə özünü göstərir. Onun sözlərinə görə, təhsildə köklü dəyişikliklərin bir anda baş verməsi mümkün deyil.

Nazir mövcud problemlərin etiraf edilməsinin vacibliyini qeyd edərək bildirib ki, bu məsələlər yalnız Elm və Təhsil Nazirliyinin deyil, bütövlükdə cəmiyyətin və milli təhsil sisteminin ümumi problemidir. Onun sözlərinə görə, problemlərin həlli üçün bütün cəmiyyətin birgə səyi vacibdir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:113
embedMənbə:https://modern.az
archiveBu xəbər 08 Sentyabr 2026 17:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see310

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see306

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see292

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see287

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see284

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see271

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see267

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see243

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see241

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see240

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see238

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see238

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see235

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see231

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see222

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see212

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see205

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see202

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see190

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri