Bəzi dairə seçki komissiyalarının tərkibinə dəyişiklik edilib
Oxu.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
"Bəzi dairə seçki komissiyalarının tərkibinə dəyişiklik edilib".
Oxu.Az xəbər verir ki, bu məsələ Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb.
MSK sədrinin müavini Rövzət Qasımovun təqdimatına əsasən, 78 saylı Lənkəran kənd, 5 saylı Babək-Naxçıvan-Culfa seçki dairə komissiyalarının tərkibində dəyişiklik edilməsi qərara alınıb.
MSK katibi Arifə Muxtarovanın təqdimatına əsasən, 21 saylı Nəsimi-Binəqədi dairə seçki komissiyasının da tərkibində dəyişiklik edilib.
Həmçinin, MSK katibi Mikayıl Rəhimovun təqdimatına əsasən 41 saylı Gəncə-Samux- Goranboy, 83 saylı Beyləqan və 103 saylı Şəmkir kənd seçki dairə komissiyalarının da tərkibində dəyişiklik edilib.
Qərar səsverməyə çıxarılaraq qəbul edilib.
Mərahim Nəsib
Baxış sayı:117
Bu xəbər 06 Noyabr 2024 16:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















