Icma.az
close
up
RU
Menu

“Qərb İlham Əliyevin yürütdüyü siyasətin və siyasi qətiyyətin qarşısında məğlub oldu

Aviasiya sektorunda baqaj sistemləri ilə bağlı problemlər həll olunur

Bakı aeroportundan 70 dən çox istiqamətə uçuşlar həyata keçirilir

Bu gün bütün dünya Azərbaycanı eşitmək məcburiyyətindədir

Nazir: Azərbaycandan Ermənistana yüklərin Gürcüstan dəmir yolları ilə tranzit qiyməti nisbətən yüksəkdir

“Rus Evi” ilə bağlı ən son təmaslar bir neçə həftə əvvəl olub Bayramov

Məşhur bir hiylə paltaryuyan maşınınıza zərər verə bilər

Dövlət Məşğulluq Agentliyi yeni layihə çərçivəsində ASCO ilə əməkdaşlıq edəcək

ABŞ bank sektorunda rekord artım: Kapitallaşma 2,37 trilyon dollara çatıb

Türkiyə MN: Ukrayna Rusiya arasında davam edən münaqişə PUA istifadəsinin artmasına səbəb olub

İlhamə Quliyeva müsahibə verdi və ağladı

İranla müharibə riski bütün regionu alova bürüyə bilər ŞƏRH

Türkiyədə tanınmış şəxslər saxlanıldı Terror təşkilatına kömək edirmişlər... FOTO

Kağız üzərində məntiqli, reallıqda mürəkkəb fikirlər... Şagird günahkardır, yoxsa təhsil sistemi?

63 yaşlı həkim ürəktutmadan vəfat etdi FOTO

İsrail ordusu Hizbullahın təlim mərkəzinə zərbələr endirdi

Aktau şəhərində AZAL aviaşirkətinə məxsus sərnişin təyyarəsinin qəzaya uğramasının ildönümü ilə bağlı tədbir keçirilib

Milad Bayramı nədir? İnsanlar bu günü necə qeyd edir?

Pulu özünə çəkən 4 bürc Hər işləri bərəkətli olur

Roma nın Raspadori planı

Bəzi dairələrin iki qonşu dövləti bir birinə qarşı qoymaq cəhdi iflasa uğradı RƏY

Bəzi dairələrin iki qonşu dövləti bir birinə qarşı qoymaq cəhdi iflasa uğradı RƏY

Icma.az, Sherg.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"Bəzi dairələr Azərbaycan-İran əlaqələrinə xələl gətirmək üçün şayiələrə əsaslanan məlumatlar yayıb". Bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 27-də İran İslam Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Müctəba Dəmirçilunun etimadnaməsini qəbul edərkən bildirib. Dövlət başçısı İranla İsrail arasında baş vermiş qarşıdurma ilə əlaqədar Azərbaycanın öz mövqeyini ifadə edən ilk ölkələrdən biri olduğunu deyərək, bu gərginliyi qınadığını vurğuladı və qarşıdurma zamanı həlak olan İran vətəndaşları ilə bağlı bir daha başsağlığını ifadə edib. İranla İsrail arasında bu gərginliklə əlaqədar bəzi dairələrin və media təmsilçilərinin Azərbaycan-İran əlaqələrinə xələl gətirmək üçün şayiələr və yalanlara əsaslanan məlumatlar yaydığını deyən Prezident İlham Əliyev bütün bunların tamamilə cəfəngiyat olduğunu bildirib. Müctəba Dəmirçilu İran İslam Respublikasının ali rəhbərlərinin də Azərbaycanla münasibətlərin inkişafına xüsusi diqqət göstərdiyini vurğulayıb.


Politoloq Sultan Zahidov Sherg.az-a söyləyib ki, İran–İsrail eskalasiyası zamanı bəzi dairələr əvvəlcədən Azərbaycan–İran münasibətlərində gərginlik yaratmaq niyyəti ilə reallığa uyğun olmayan, adekvatlıqdan uzaq destruktiv şayiələr yaymağa başladılar:


“Hətta iddia olundu ki, guya Azərbaycan ərazisindən İran istiqamətində raketlər və təyyarələr göndərilib. Ancaq bu kimi iddiaların hər biri uydurma və reallığa uyğun olmayan şayiələrdir. Azərbaycan dəfələrlə rəsmi bəyanatlarında bildirib ki, ölkəmiz heç vaxt öz ərazisindən hər hansı üçüncü bir dövlətin digər bir dövlətə, xüsusilə də dost və qonşu bir ölkəyə qarşı istifadə etməsinə imkan verməz. Azərbaycan üçün bu, milli maraqlara uyğun bir siyasət deyil. İndiyədək Azərbaycanın təkcə bir problemi olub. O da Ermənistanın işğalçılıq siyasəti nəticəsində yaranan münaqişə idi. Həmin məsələ artıq Azərbaycanın öz hərbi gücü və siyasi iradəsi ilə, heç bir xarici dövlətin iştirakı olmadan həll edilib. Əgər Azərbaycan belə bir siyasət yürütməyə meyilli olsaydı, həmin vaxtlarda da üçüncü dövlətlərin dəstəyini istəyərdi. Belə olan halda, bu gün niyə belə bir addım atsın? Azərbaycan ərazisi yalnız dost dövlətlərlə əməkdaşlıq, dostluq və inkişaf üçün bir platforma ola bilər. Burada söhbət təkcə Azərbaycandan getmir. Yəni heç bir ağıllı dövlətin milli maraqları üçün uyğun sayılmaz ki, öz ərazisini başqa bir dövlətə qarşı istifadə olunmasına şərait yaratsın. Bu, nə praqmatik siyasətdir, nə də realpolitik yanaşmadır”.


Ekspert deyib ki, Azərbaycan bir dövlətə imkan verib digərini hədəf almağın həmin dövləti açıq şəkildə düşmən kimi görmək olduğunu yaxşı bilir:

“Bu baxımdan, Azərbaycanın xarici siyasətindəki çoxvektorluq, neytrallıq və balans prinsipləri belə addımlara tamamilə ziddir. Eyni zamanda Azərbaycanın qonşular və digər dövlətlərlə qurmağa çalışdığı normal dostluq münasibətlərinə də uyğun deyil. Bununla belə, bəzi dairələr bu vəziyyətdən istifadə edərək iki qonşu dövləti bir-birinə qarşı qoymağa çalışdılar. Lakin düşünürəm ki, onların bu cəhdi tamamilə iflasa uğradı. Həm Azərbaycan, həm də İran arasında dərin bir etimad mövcuddur. İran rəsmilərinin Azərbaycana səfəri bunu bir daha sübut etdi. Prezident İlham Əliyevin İran səfiri Müctəba Dəmirçilunu təyin edərkən söylədiyi fikirlər də bu etimadı təsdiqlədi. Düşünürəm ki, bundan sonra ölkələrimiz arasında əməkdaşlıq üçün daha geniş imkanlar yaranacaq”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:110
embedMənbə:https://sherg.az
archiveBu xəbər 27 İyun 2025 16:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Qərb İlham Əliyevin yürütdüyü siyasətin və siyasi qətiyyətin qarşısında məğlub oldu

26 Dekabr 2025 08:47see264

Aviasiya sektorunda baqaj sistemləri ilə bağlı problemlər həll olunur

25 Dekabr 2025 16:01see250

Bakı aeroportundan 70 dən çox istiqamətə uçuşlar həyata keçirilir

26 Dekabr 2025 10:31see239

Bu gün bütün dünya Azərbaycanı eşitmək məcburiyyətindədir

26 Dekabr 2025 09:03see224

Nazir: Azərbaycandan Ermənistana yüklərin Gürcüstan dəmir yolları ilə tranzit qiyməti nisbətən yüksəkdir

25 Dekabr 2025 17:55see208

“Rus Evi” ilə bağlı ən son təmaslar bir neçə həftə əvvəl olub Bayramov

26 Dekabr 2025 16:18see202

Məşhur bir hiylə paltaryuyan maşınınıza zərər verə bilər

25 Dekabr 2025 18:54see188

Dövlət Məşğulluq Agentliyi yeni layihə çərçivəsində ASCO ilə əməkdaşlıq edəcək

26 Dekabr 2025 10:48see178

ABŞ bank sektorunda rekord artım: Kapitallaşma 2,37 trilyon dollara çatıb

26 Dekabr 2025 06:57see171

Türkiyə MN: Ukrayna Rusiya arasında davam edən münaqişə PUA istifadəsinin artmasına səbəb olub

25 Dekabr 2025 13:26see166

İlhamə Quliyeva müsahibə verdi və ağladı

26 Dekabr 2025 05:07see164

İranla müharibə riski bütün regionu alova bürüyə bilər ŞƏRH

25 Dekabr 2025 19:06see162

Türkiyədə tanınmış şəxslər saxlanıldı Terror təşkilatına kömək edirmişlər... FOTO

25 Dekabr 2025 13:26see154

Kağız üzərində məntiqli, reallıqda mürəkkəb fikirlər... Şagird günahkardır, yoxsa təhsil sistemi?

26 Dekabr 2025 00:28see153

63 yaşlı həkim ürəktutmadan vəfat etdi FOTO

26 Dekabr 2025 12:06see146

İsrail ordusu Hizbullahın təlim mərkəzinə zərbələr endirdi

26 Dekabr 2025 15:22see142

Aktau şəhərində AZAL aviaşirkətinə məxsus sərnişin təyyarəsinin qəzaya uğramasının ildönümü ilə bağlı tədbir keçirilib

26 Dekabr 2025 07:15see141

Milad Bayramı nədir? İnsanlar bu günü necə qeyd edir?

25 Dekabr 2025 22:54see141

Pulu özünə çəkən 4 bürc Hər işləri bərəkətli olur

26 Dekabr 2025 03:26see136

Roma nın Raspadori planı

25 Dekabr 2025 23:10see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri