Icma.az
close
up
RU
Bəzi deputatlarımız bələdiyyə üzvü olmağa həvəslənib QARŞIDAN SEÇKİ GƏLİR

Bəzi deputatlarımız bələdiyyə üzvü olmağa həvəslənib QARŞIDAN SEÇKİ GƏLİR

Icma.az, Lent az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Çiçəyi burnunda” Milli Məclisin köhnə-yeni deputatları “qan eləyirlər”. Sosial şəbəkələrdə “yaxşı oğlan”, “yaxşı qız” olmaq üçün yarışa girən deputatların qəfildən yadlarına düşüb ki, danışmaq lazımdı. Amma bu danışmaq zəhrimar bir az çətin məsələdi. Buna Məşədi İbad demiş, bir növ adətkar olmaq lazımdı. Yoxsa bu elə “deputat olmaq” (deputatlarımızından biri müsahibəsində deyirdi ki, “hamı məndən soruşur ki, sən necə deputat oldun?” Dərinə getməsək, kim soruşubsa, hal əhli olub)))) məsələsi qədər tez həll olunan deyil.

Danışmaq özü bir sənətdi. Özü də elə bu birbaşa deputatın sənətidi. Yəni, dünyanın hər yerində bu adamların işi-gücü danışmaqdı. Amma burda çox incə məqam var, məsələni də elə bu incə məqam həll eləyir.

Deputatın sosial şəbəkə istifadəçisindən fərqi peşəkar danışmağı bacarmaqdı. Danışmaq o zaman peşə olur ki, danışan əsaslandırılmış, məntiqli, savadlı, faktlarla və statusuna uyğun danışa bilsin. Belədə danışmaq olur peşəsinin öhdəsindən gəlmək. Sadaladığımız parametrlər olmadan danışmağa isə el arasında “ağzına gələni danışmaq” deyirlər, bu isə avaralıq əlamətidi.

Məsələ ondadır ki, parlamentdəki büdcə müzakirələrində deputatların bir-birinin bəhsinə etdikləri çıxışlarında səsləndirdikləri “sosial məsələlər” barədə hökumətin dəfələrlə açıqlamaları olub. Burdakı aydın xətt heç də deputatların xoş olmayan və daha çox sosial şəbəkələrdəki “danışsaydılar, bir az əylənərdik” imicindən qurtulmaq istəyi də deyil. Görünən odu ki, son dövrlərdə məmurların “deputatların şəxsi xahişlərini yerinə yetirməmələri” ilə bağlı dolaşan fikirlər doğrudur. Heç kimə sirr deyil ki, bəzi deputatlar üçün “seçici şikayətləri” məmurlarla görüşlər və daha çox şəxsi xahişlərin edilməsi üçün vasitədir. Görünən odur ki, indi məmurlar “şəxsi xahişlər” məsələsində o qədər də ürəyi yumşaq davranmırlar, nəticədə Milli Məclisdəki çıxışların ünvanına çevrilirlər.

Yeri gəlmişkən, son müzakirələrdə “amansız” olan deputatları COP 29 günlərindən istifadə edərək, Azərbaycana gəlmiş, daim Azərbaycan xalqının heysiyyətinə toxunan çıxışlar edən konqresmen Frenk Peloniyə münasibətdə bu qədər aktiv görmədik. Hələ onu demirik ki, Milli Məclisin 55 üzvünün öz adına qeydiyyatdan keçmiş İctimai Birliyi var. İctimai Birlik sədri kimi onlar Azərbaycan xalqının Frenk Peloniyə qarşı ictimai etirazının ön sırasında olmağa borclu idilər.

Deputat axır ki özünü “su çəkən”, “yol çəkən”, “kanalizasiya təmizləyən” obrazından çıxarmalıdır. Milli Məclisin işi konseptual yanaşma ortaya qoymaq, parlament diplomatiyasını gücləndirmək, siyasi və qlobal müstəvidə baş verənlərə münasibət bildirməkdir. Qanunların yeni dövrün tələblərinə cavab verməsi ilə bağlı təşəbbüslərlə çıxış etməkdir.

Bizim deputatların bəziləri isə deyəsən, bələdiyyə üzvü olmağa həvəsləniblər. Məhəlli problemləri həll etməyə bu qədər həvəsli olan insanların potensialını Milli Məclisdə xərcləmələri heyifdi. Yeri gəlmişkən, qarşıdan da bələdiyyə seçkiləri gəlir...

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:97
embedMənbə:https://lent.az
archiveBu xəbər 28 Noyabr 2024 13:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see307

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see238

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see224

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see194

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see182

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see179

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see165

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see164

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see161

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see160

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see160

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see158

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see156

Qızıl daha da bahalaşdı QİYMƏTİ 4900 DOLLARI DA KEÇDİ

22 Yanvar 2026 23:57see155

Qarnın çıxmasının səbəbi piy deyilmiş Açıqlama

23 Yanvar 2026 05:06see149

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see147

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see145

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see144

Alimlər günün ən çox yorğunluq yaradan dəqiqəsini açıqlayıblar

23 Yanvar 2026 08:53see143

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri