Icma.az
close
up
RU
Bəzi ərazilərdə işıq olmayacaq Siyahı

Bəzi ərazilərdə işıq olmayacaq Siyahı

Icma.az, Turkstan.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması və artan yük tələbatının qarşılanması məqsədilə oktyabrın 8-də paytaxtın və Abşeron rayonunun bir sıra ərazilərində elektrik təsərrüfatında təmir və yenidənqurma işləri aparılacaq.

Turkustan.az xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb.

Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) xidmət ərazisində transformator məntəqəsində (TM) görüləcək təmir işləri ilə əlaqədar saat 10:00-dan 13:00-dək Abbas Mirzə Şərifzadə, Dadaş Bünyadzadə, Mirəli Seyidov, Nazim Hikmət və Tağı Şahbazi küçələri, eləcə də İnşaatçılar prospektinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət tətbiq olunacaq.

Yeni Komplekt Transformator Məntəqəsinin (KTM) quraşdırılması işləri ilə əlaqədar Səbail RETSİ-nə daxil olan Badamdar şossesinin bəzi ərazilərində, eləcə də 2-ci yaşayış massivinin 2-ci dalanında saat 11:00-dan 16:00-dək enerjinin verilişində qısa müddətli fasilə yaranacaq.

Biləcəri Enerji Təchizatı və Satışı İdarəsinin (ETSİ) ərazisində 110/35/6 kV-luq "ETK-4" yarımstansiyasından qidalanan 6 kV-luq ikidövrəli "Binəqədi-1" və "Binəqədi-2" hava xətləri üzrə naqillər yenilənəcək. Yenidənqurma işləri aparılarkən saat 10:00-dan 16:00-dək 10 May küçəsi və Binəqədi kəndinin bir sıra ərazilərində enerjinin verilişi məhdudlaşdırılacaq.

Abşeron RETSİ-nə daxil olan 110/35/10 kV-luq "Masazır" yarımstansiyasında aparılacaq təmir işləri ilə əlaqədar planlı fasilə saat 10:00-dan 15:00-dək rayonun Abşeron, Ağaxan Abdullayev, Akim Abbasov, Alı Mustafayev, İlyas Bayramov, İstiqlaliyyət, Qəzənfər Əlizadə, Mirvari Dilbazi, Mübariz İbrahimov, Rəşad Hüseynov, Rizvan Həşimov, Şıxəli Qurbanov və Turqud Xəlilbəyli küçələrini də əhatə edəcək.

Bununla yanaşı, bir sıra rayon elektrik şəbəkələrində (EŞ) yarımstansiyalarda və müxtəlif gərginlikli hava elektrik verilişi xətlərində təmir, eləcə də xətlərə toxunan ağacların budanması işləri aparılacaq.

İmişlidə yerləşən 110/35/10 kV-luq "İmişli" yarımstansiyasında görüləcək təmir işləri zamanı şəhərin Heydər Əliyev və Zəfər prospektləri, eləcə də Bülbül, Həzi Aslanov, Məhəmməd Əsədov, Pənah Həsənov və Tofiq İsmayılov küçələrinin bir hissəsində saat 10:00-dan 12:00-dək elektrik enerjisinin verilişində məhdudiyyət tətbiq olunacaq.

Həmçinin 110 kV-luq "Xudat-Yalama" hava xəttində və 110/35/10 kV-luq "Yalama" yarımstansiyasında həyata keçiriləcək təmir işləri ilə əlaqədar saat 14:00-dan 17:00-dək Xaçmazın Aslanoba, Dalğalı, Günəşli, Xanoba, Meşəli, Samurçay, Tağaroba, Vələmir, Xuray, Yalama və Zuxuloba, Qusarın isə Düztahir, Gilahoba, Haçatala, Həzrəoba, Qaratoba, Torpaqkörpü, Xuluqoba və Əniqoba kəndlərinin bəzi ərazilərində enerjinin verilişində qısa müddətli fasilə yaranacaq.

Ağdaşda bəzi 10 kV-luq hava xətlərində təmir işləri aparılarkən Mürsəl və Orta Ləki kəndlərində enerjinin verilişi saat 11:00-dan 16:00-dək məhdudlaşdırılacaq.

Göyçayın Alıkənd, Çərəkə, Hüngütlü, Xəlitli, Qaraxıdır, Qaraman, Ləkçılpaq, Mallı Şıxlı, Mırtı, Yalman və Yeniarx kəndlərinin bir sıra ərazilərində bəzi 10 kV-luq hava xətlərinə toxunan ağacların budanması və Komplekt Transformator Məntəqələrində (KTM) aparılacaq təmir işləri ilə əlaqədar saat 12:00-dan 17:00-dək enerjinin verilişində qısa müddətli fasilə yaranacaq.

Mingəçevirdə 6 kV-luq hava xəttinə toxunan ağacların budanması və təmir işləri ilə əlaqədar planlı fasilə saat 10:00-dan 14:00-dək şəhərin 20 Yanvar, Müslüm Maqomayev və Nəriman Nərimanov küçələrini əhatə edəcək.

Görüləcək işlər yekunlaşdıqdan sonra həmin ərazilərdə abonentlər daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunacaqlar.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:166
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 08 Oktyabr 2026 08:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see387

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see259

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see258

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see251

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see250

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see249

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see247

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see244

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see243

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see242

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see232

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see225

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see223

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see222

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see222

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see222

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see222

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see221

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see220

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see218
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri