Bəzi gündəlik vərdişlər beyində dumanlanmaya səbəb olur Həkimdən xəbərdarlıq
Olke.az saytına istinadən Icma.az xəbər verir.
"Bəzi gündəlik vərdişlər beyində "dumanlanmaya" səbəb ola bilər".
Ölkə.az-ın oxu.az-a istinadən xəbərinə görə, bu barədə psixoterapevt Xloya Bin "Real Simple" nəşrinə müsahibəsində danışıb.
O, koqnitiv problemlərə gətirib çıxaran amilləri sadalayıb.
Xloya Bin bildirib ki, beyin "dumanlanmasına" səbəb olan əsas vərdişlərdən biri xroniki yuxu çatışmazlığı və ya qeyri-sabit yuxudur. O qeyd edib ki, həkimlər yuxu çatışmazlığını diqqətin, ayıqlığın, yaddaşın, fikir yürütmənin və ümumi koqnitiv qabiliyyətlərinin pozulması ilə əlaqələndirirlər. Sağlam yuxuya məhəl qoyulmaması düşünmənin yavaşlaması, unutqanlıq, diqqəti cəmləməkdə çətinlik və ya zehni geriləmə hissi ilə nəticələnə bilər.
Psixoterapevt əlavə edib ki, həmçinin birdən çox tapşırıq və diqqətin daim dəyişdirilməsi də beyində "dumanlanmaya" səbəb ola bilər.
"Bir çoxları düşünür ki, mesajlar, e-poçtlar və sosial şəbəkələr arasında keçid etməklə effektiv və məhsuldar işləyirlər, lakin diqqətin bu şəkildə bölünməsi beynin özünü daha "dumanlı" və çaşqın hiss etməsinə gətirib çıxarır", - deyə Xloya Bin bildirib.
Onun sözlərinə görə, həmçinin xroniki stres və orqanizmin əsas tələbatlarını gözardı etmək də koqnitiv funksiyalara mənfi təsir göstərə bilər.
"Hətta yüngül susuzlaşma belə diqqəti cəmləmək və məlumatı yadda saxlamaq qabiliyyətini pisləşdirə bilər. Bəzən məlum olur ki, bədən su, istirahət, diqqəti cəmləmək, stresi azaltmaq kimi əsas ehtiyacları tələb etdiyi üçün beyində "dumanlanma" əmələ gəlib", - deyə həkim xəbərdarlıq edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:163
Bu xəbər 28 Mart 2026 11:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















