Icma.az
close
up
RU
“Bəzi işbazlar hava şəraitindən istifadə edərək insan sağlamlığını riskə atırlar”

“Bəzi işbazlar hava şəraitindən istifadə edərək insan sağlamlığını riskə atırlar”

Avtosfer portalından alınan məlumata görə, Icma.az xəbər verir.

“Qış aylarında havaların soyuq keçməsi insanlarda immunitetin aşağı düşməsi ilə nəticələnə bilir. Qidalanmamızda düzgün seçim etməməyimiz xəstəliklərə yoluxmamıza yol açır. İmkan daxilində qidalanmaya riayət etməliyik”. Avtosfer.az xəbər verir ki, bu sözləri “Yeni Sabah”a açıqlamasında qida eksperti İlkin Şirinov bildirib.

O, qış fəslində xəstəliklərdən qorunmaq üçün düzgün qidalanma üsullarından söz açıb:

“Qış aylarında insanlar daha çox açıq şəraitdə işləyirlər. Belə olan halda damarlarda donma və daralma prosesi baş verir. Ona görə də elə qidalar seçməliyik ki, bu sağlamlığımız bahasına başa gəlməsin. Ən çox yarmalardan hazırlanan sıyıqlar məsləhət görülür. Arpa və yulafdan hazırlanan sıyıqlar insan bədənində toxluq yaradır və bədəni kalori ilə yükləmir. Bununla yanaşı, dəniz məhsulları, balıqdan hazırlanan qidalar tərkibində D vitamini mövcud olduğu üçün məsləhətlidir. Sözügedən məhsullar ürək-damar sisteminə müsbət təsir göstərir. Qoz-fındıq da məsləhət görülür. Bunlardan istifadə insan bədənində olan E vitaminini zənginləşdirir. Ancaq qoz və fındığı günlük 30 qramdan çox qəbul etmək tövsiyə olunmur. Çünki bu çərəzlərdən artıq istifadə mədədə müxtəlif xəstəliklərlə müşahidə oluna bilər. Kök, meyvə quruları, bal kimi qidalar da immuniteti gücləndirir. Həmçinin, müxtəlif yeməklərin hazırlanması və süfrədə sarımsaq, zəncəfil kimi əlavələrdən də istehlak etmək məqsədəuyğundur”.

Ekspert əlavə edib ki, ölü qidalardan uzaq olmaq lazımdır:

“Təbii qidalara üstünlük veririksə, mövsümündə yeyilən kələm, kök, çuğundur salatlarından istifadə etmək olar. Ancaq bir şərt var ki, tərkibinə müxtəlif qatqılardan istifadə etməmək lazımdır. Bu gün bəzi işbazlar hava şəraitindən istifadə edərək insan sağlamlığını riskə atacaq davranış sərgiləyirlər. Havanın soyuq keçməsini bəhanə edərək məhsulları daşıyan avtomobillərin soyuducusunu işə salmırlar. Turşu, ət və toyuq məhsullarını alarkən diqqətli olmaq lazımdır. Çünki müxtəlif satış mərkəzlərində soyuq havanı bəhanə edənlər mağazada soyuducu olmasına baxmayaraq, onu elektrik xəttinə qoşmur və məhsulları belə şəraitdə saxlayırlar. Hazırda zəhərlənmələr ən çox göbələkdən, ondan hazırlanan salatlardan yarımfabrikatlardan baş verir. Bütün bunların ən birinci səbəbi məhsulun saxlanma şəraitidir. Bu məqama fikir verməməklərinin səbəbi isə sağlamlıqlarına soyuqqanlı yanaşmalarıdır”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:164
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 08 Noyabr 2024 20:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see334

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see312

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see276

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see269

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see267

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see259

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see251

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see249

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see239

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see228

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see227

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see226

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see217

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see213

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see213

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see206

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see201

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see197

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see197

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri