Icma.az
close
up
RU
“Bəzi legionerlərə klubumuz haqda düzgün məlumat verilmir” Müsahibə

“Bəzi legionerlərə klubumuz haqda düzgün məlumat verilmir” Müsahibə

Qol.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

“Kəpəz”in baş məşqçisi Azər Bağırovun QOL.az saytına müsahibəsi

- “Kəpəz”ə gəlişinizdən sonra komandanın oyununda yaxşı mənada dəyişikliklər olsa da, qış fasiləsinə 9-cu pillədə yollandınız. Mövsümün 2-ci yarısı üçün hansı planlarınız var? Nələri dəyişmək fikrindəsiniz?

- Bəli, oyun planında dəyişikliklərimiz çoxdur. Məsələn, biz hətta “Qarabağ”la oyunun ilk hissəsində yaxşı futbol göstərdik. İkinci hissədə “Qarabağ” taktiki baxımdan bəzi dəyişikliklər etdi. Biz isə onları edə bilmədik. Çünki əlimizdə material yoxdur. “Qarabağ” ikinci planı işə salanda bizdə o imkan olmadı. Mən “Kəpəz”ə gələndən sonra çempionatda 13 oyun keçirmişik. İlk 3-4 turda çatışmazlıqlarımız çox idi. Bu da normaldır. Hazırda çatışmayan cəhətlərimiz hücum xəttindədir. Bizə yaxşı vingerlər lazımdır. Son turlarda o qədər qol epizodlarını boşa vermişik ki, bəlkə də çempionatda heç kimdə bu qədər olmayıb. Buna görə də bəzi dəyişiklik etmək istəyirik. Yəqin ki, qış transfer pəncərəsi zamanı bunu həyata keçirəcəyik. Hücum xəttinə rəng qatmaq istəyirik. Texniki və taktiki baxımından dəyişikliklər edəcəyik ki, rəqiblər üçün sürprizlərimiz olsun.

- Heyət baxımından necə, dəyişiklik çox olacaq? Komandadan bir neçə oyunçunun getdiyi haqda xəbərlər yayılıb.

- Heyətdə də dəyişiklik edəcəcəyik. Hazırda klub tərəfindən rəsmi açıqlama yoxdursa, deməli, gedənlər yoxdur. Bu gün kimlərinsə getməyini və gəlməyini rəsmi şəkildə klub elan etməlidir. Bir məşqçinin hansısa futbolçu haqda nəsə deməsi, fakt deyil. Fakt o vaxt olur ki, artıq hər şey rəsmiləşir.

- Onda sualı belə qoyaq ki, Lassana Ndiaye və Redon Mihana mövsümün 2-ci yarısı üçün planlarınıza daxildir?

- Mihananı planlarımda görmürəm. Çünki əvəzedici heyətə göndərmişdik. Digər oyunçular barəsində isə klub özü məlumat versə, daha yaxşı olar. Bunlar hamısı müzakirə olunmalıdır. Komandadan gedənlər olacaq, amma adlar məlum deyil.

- Transfer işləri necə gedir, razılaşdığınız oyunçular var?

- Dünən gecə saat 2-yə qədər bununla bağlı işləmişik. Axtarışlar gedir. Əsasən hücum xəttini gücləndirmək istəyirik. Bəzi oyunçulardan cavab gözləyirik. Bu gün futbolçuların “Kəpəz”ə gəlməsi rahat şəkildə olmur. Bəzi oyunçuları bəyənirsən, maddi tərəfdən də razılaşırsan, amma adam iddialı klubda oynamaq, turnir cədvəlində yuxarı pillələrdə olmaq istəyir.

- Klubun sponsorunun olmaması transfer işinə necə təsir edir? Hazırda “Kəpəz”də maliyyə durumu necədir?

- Şükür ki, son aylarda klubun maliyyə tərəfdən heç bir problemi yoxdur. Klub bütün öhdəlikləri yerinə yetirib. Bu gün bonuslar da qaydasında verilir. Sadəcə, legionerlərin bir az kaprizləri olur. Bəziləri bölgəyə getmək istəmir, bəzilərinə düzgün məlumat verilmir. Məsələn, deyirlər ki, stadionları yoxdur. Amma bu gün “Kəpəz”in təbii örtüklü iki meydançası var. Əsas meydançamız da hazır olacaq.

- “Sabah”ın futbolçusu Şakir Seyidovu yenidən icərəyə götürəcəksiniz?

- Danışıqlar gedir. Ona da vaxt lazımdır. Biz istəyərik ki, yaxşı futbolçu komandamıza köməklik etsin. Çünki heyətimiz geniş deyil. Özünüz də görürsünüz ki, 4 gündən bir eyni heyətlə oynamaq çətindir. Bu, çempionata da zərbə vurur. Ona görə də istəyirik ki, heyətimizi genişləndirək. Ən aşağısı komandada eyni zəviyyədə oynayan 16-17 futbolçumuz olmalıdır.

- Mövsümün 2-ci yarısında "Kəpəz"i bu durumdan çıxarmaq mümkün olacaq?

- Mən komandanı götürəndə artıq seleksiya olunmuşdu. Biz 4 futbolçu gətirdik. Onlar komandanın gücünə güc qatdılar. Hazırda çempionatda öz naxışlarını qoyurlar. Yəni transfer sarıdan düzgün nöqtəyə vurmuşuq. Hər şey pillə-pillə olmalıdır. Mən yeni gələndə “Kəpəz” hərtərəfli şəkildə rəqiblərinə uduzurdusa, bu gün biz çox komandanı daha artıq qaçmağa vadar edirik, meydanda mübarizə görünür, pressinq edirik. Həm də bir komandanı ki, sıfırdan yığmamısansa, vaxta ehtiyac var. “Araz-Naxçıvan”da 12-13 günə komanda yığmışdıq. Amma hər şey sıfırdan olmuşdu. Komanda yığmaq sırf yaxşı oyunçuları bir yerə toplamaq deyil. Komanda yığmaq bir-birini tamamlayan futbolçuları bir yerə cəmləmək deməkdir. İstədiyimiz transferləri edə bilsək, məncə, qışdan sonra “Kəpəz”də canlanma, yeni komanda görə biləcəksiniz.

- Çempionatdakı fasilə zamanı “Qarabağ”la yoldaşlıq oyunu keçirəcəksiniz. Digər rəqibiniz bəllidir?

- Hələ dəqiqləşməyib. Böyük ehtimalla 1-ci liqa komandası olacaq. Oyunu yanvarın 13-nə planlaşdırırıq, amma rəqib hələ bilinmir.

- Hücumçu Orxan Əliyevə az şans verdiyiniz üçün münasibətinizin korlandığı və onun komandadan göndərilə biləcəyi ilə bağlı da xəbərlər var.

- Orxanla münasibətimiz korlanmayıb. Bir futbolçunun zəif və güclü oyunları olur. Orxan da bəzi oyunlarda yaxşı oynayıb. Mənim vaxtımda daha çox meydanda olub. Bir futbolçu zəif çıxış edəndə onu dalbadal meydana buraxmırsan. Bu, normal haldır. Futbolçunu “rəndələməlisən”. Bu, futbolçunun ziyanına yox, xeyrinədir.

Ramiq Ağaməmmədov

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:70
embedMənbə:https://qol.az
archiveBu xəbər 27 Dekabr 2024 13:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakı Sumqayıt yolu ilə bağlı PROBLEM Dayanacaq olsun

09 Dekabr 2025 16:57see260

Zəngəzur dəhlizinin inşasına başlanacağı tarix AÇIQLANDI

10 Dekabr 2025 16:30see205

Odessa planı fiaskoya uğradı KONKRET

10 Dekabr 2025 17:19see204

Azərbaycan xarici ölkələrə yumurtanı neçəyə satır?

09 Dekabr 2025 22:08see203

“Qarabağ” “Ayaks” oyunu başladı CANLI (YENİLƏNİR)

10 Dekabr 2025 21:49see172

bp nin insan hüquqlarına maarifləndirici dəstəyi

09 Dekabr 2025 11:05see169

DTX də başlanılan cinayət işi Aslan Həsənova HÖKM OXUNDU

09 Dekabr 2025 09:17see162

Günün canlı yayımlanacaq matçları TV AFİŞA

09 Dekabr 2025 10:21see155

Warner Bros. üçün 108 milyard dollarlıq təklif

11 Dekabr 2025 00:43see153

Araz Naxçıvan ın Kəpəz üzərindəki qələbəsi VİDEO

09 Dekabr 2025 20:20see140

ABŞ Zelenskinin sülh müqaviləsi üçün daha sərt şərtlər irəli sürüb

09 Dekabr 2025 16:12see140

Bakıda qəza münaqişəyə çevrildi

10 Dekabr 2025 09:38see136

ÇL: Qarabağ ın rəqibi yenə məğlub oldu, Qalatasaray Fransadan əliboş dönür

10 Dekabr 2025 02:09see131

Albaniyada faciəvi şəkildə həlak olan dənizçi Biləsuvar sakini imiş FOTO

09 Dekabr 2025 23:54see130

Vanda Nara keçmiş əri ilə görüşdü FOTO

10 Dekabr 2025 00:37see129

Sahil Kərimli: “Orta Dəhliz bölgənin əhəmiyyətini daha da artırır” FOTO

09 Dekabr 2025 22:43see127

İlham Əliyev və Rixard Raşinin görüşü əməkdaşlığı dərinləşdirmək planlarını təsdiqlədi

09 Dekabr 2025 18:24see125

İsa Həbibbəylidən baldızı oğlunun güllələnmə xəbərinə maraqlı Reaksiya

09 Dekabr 2025 10:10see123

Ermənistanda SENSASİYA: Müharibə vaxtı onları Azərbaycan ordusu öldürməyib

10 Dekabr 2025 03:13see122

Meteuş Koxalski: “Çox əsəbiyəm”

11 Dekabr 2025 01:30see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri