Icma.az
close
up
RU
Bəzi məhsullar bahalaşacaq SİYAHI

Bəzi məhsullar bahalaşacaq SİYAHI

Icma.az bildirir, Bizim media portalına istinadən.

Əsas taxıl ixracı dəhlizləri ilə bağlı yenidən artan narahatlıqlar və mühüm kənd təsərrüfatı regionlarında əlverişsiz hava şəraiti iyul ayında qlobal ərzaq qiymətlərini son üç ildən artıq müddətin ən yüksək səviyyəsinə çatdırıb.
Hansı məhsullar bahalaşıb?
BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) bu gün açıqladığı hesabata əsasən, təşkilatın qlobal ərzaq qiymətləri indeksi iyul ayında əvvəlki ayla müqayisədə 0,6% artıb. Artıma əsasən taxıl, şəkər və bitki yağları üzrə qiymət yüksəlişi təkan verib. 
 

MÖVZU İLƏ BAĞLI:
Ət yenə BAHALAŞDI: Quzu ətinin kilosu 26 manata çatdı


Qlobal ərzaq bazarlarında diqqət hazırda ABŞ–İran qarşıdurmasının yaratdığı ilkin şokdan sonra məhsuldarlıqla bağlı risklərə, ticarət qeyri-müəyyənliyinə və davam edən əlverişsiz hava şəraitinə yönəlib.
Rusiya və Ukrayna arasında hücumların intensivləşməsi Qara dəniz regionundan taxıl ixracı ilə bağlı narahatlıqları artırır.
Bu amil iyun ayında buğda qiymətlərinin son iki ilin ən yüksək səviyyəsinə yüksəlməsinə səbəb olub. Eyni zamanda, Avropada müşahidə olunan güclü istilər taxıl sahələrinə ciddi zərər vurur və region tarixinin ən zəif məhsul mövsümlərindən biri ilə üzləşə bilər. ABŞ-ın əsas kənd təsərrüfatı bölgələrində davam edən quraqlıq isə qarğıdalı və soya istehsalı üçün əlavə risk yaradır.
Analitiklər hesab edirlər ki, güclü El-Ninyo hadisəsi (Sakit Okean sularının temperaturunun artmasına təkan verən fenomen – red.) ehtimalı, gübrə tədarükündəki fasilələr və İran ətrafındakı geosiyasi gərginlik fonunda yüksələn enerji qiymətləri qlobal ərzaq bazarını yeni istehsal və tədarük riskləri ilə üz-üzə qoyur. 
Bu amillər yaxın aylarda ərzaq qiymətləri üzərində təzyiqin davam etməsinə səbəb ola bilər.
Mövzuyla bağlı Bizim.Media-ya danışan iqtisadçı Natiq Cəfərli deyib ki, ölkəmizdə ərzaq və qeyri-ərzaq qiymətlərində infilyasiyanı müşahidə edirik:
“Hər kəs bilir ki, biz idxaldan asılı ölkəyik. Belə vəziyyətdə dünyada qiymətlər qalxırsa, deməli bizim ölkəmizdə də qiymətlər yüksələcək. Gündəlik ərzaq məhsullarının yarıdan çoxunu idxal edirik, qeyri-ərzaqda asılılıq daha böyükdür. Dərmanlarda 90-95, geyimdə 80 faizə yaxın,məişət avadanlıqları - elektrotexnikada 100 faiz idxaldan asılıyıq. Ona görə də qlobal bazarda istənilən qiymət artımı anındaca ölkəmizin istehlak bazarına təsir edir. Bu mənada yaxın zamanda qeyd edilən məhsullarda qiymət artımını görə bilərik”.
Surxay Atakişiyev, Bizim.Media

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:150
embedMənbə:https://bizim.media
archiveBu xəbər 10 Avqust 2026 13:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see775

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see518

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see307

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see282

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see277

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see261

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see250

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see237

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see235

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see231

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see225

Milli Qəhrəmanın oğlu: “Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır“

08 Noyabr 2026 11:23see225

Komedixana nın aktrisasının 10 il əvvəlki görünüşü (Foto)

08 Noyabr 2026 09:30see223

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see218

Slovakiyada Zəfər Günü təntənəsi

08 Noyabr 2026 06:49see208

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see196

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see187

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see183

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see179

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri