Icma.az
close
up
RU
Bəzi məktəblərdə 11 ci siniflər dərsə gəlmir Direktorlar nəyin qarşılığında buna göz yumur?

Bəzi məktəblərdə 11 ci siniflər dərsə gəlmir Direktorlar nəyin qarşılığında buna göz yumur?

Icma.az bildirir, Demokrat.az portalına istinadən.

"Təəssüf ki, bəzi məktəblərdə 10–11-ci sinif şagirdlərinin davamiyyətsizliyi artıq sistemli bir problemə çevrilib. Müəyyən məktəblərdə bu proses tədricən adi hala çevrilir və hətta sanki idarəetmənin bir hissəsinə çevrilmiş olur. Direktorlar bu vəziyyətə ya səssiz qalır, ya da onu idarə olunan proses kimi qəbul edirlər".

Bu sözləri AZXEBER.COM-a açıqlamasında Təhsil İşçilərinin Həmrəyliyi Alyansının (TİHA) sədri, təhsil eksperti Əmrah Həsənli 10-11-ci siniflərin dərsdən yayınmasını şərh edərkən deyib.

Ekspert bildirib ki, bəzi məktəblərdə şagirdlərin sistemdə saxlanılaraq dərsə gəlməməsi mexanizmi yaradılıb: "Məktəblərdə şagirdlərin rəsmi olaraq sistemdə saxlanması, lakin faktiki olaraq dərsə gəlməməsi artıq bir növ paralel mexanizm yaradıb: sənəd üzərində məktəbli var, sinifdə isə yoxdur. Bu cür hallarda direktor sanki şagirdi "rəsmi qiyabiyə” çıxarır, halbuki ölkədə dövlət ümumi təhsil məktəblərində qiyabi təhsil forması tətbiq olunmur".

Bəzi hallarda isə məsələ daha ciddi bir forma alır. Bunu demək nə qədər çətin olsa da, müəyyən məktəblərdə direktorun bu prosesdən maddi mənfəət əldə etməyə çalışdığı hallarla da qarşılaşmaq mümkündür. Şagird məktəbə gəlmir, lakin rəsmi sənədlərdə onun adı silinmir. Bunun müqabilində isə valideyn tərəfindən müəyyən məbləğ ödənilir. Bu hal təhsil sistemində kök salmış ən təhlükəli problemlərdən biridir. Faktiki olaraq bu, təhsilin alınıb-satılması deməkdir. Şagird məktəbə gəlmədən, yalnız sonda qiymət alır, attestat əldə edir. Bu isə nə dövlət təhsil strategiyasına, nə də pedaqoji prinsiplərə uyğun gəlir. Təhsilin əsl mahiyyəti burada yox olur.

Ekspert deyib ki, bəzi direktorlar müəyyən maraqlar qarşılığında şagirdlərə icazə verir:

"Əgər məktəb rəhbərliyi bu cür qanunsuz razılaşmalara gedirsə, deməli burada artıq məsuliyyətsizlik yox, məqsədli və planlı fəaliyyət var. Bəzi direktorlar üçün bu vəziyyət iki məqsədə xidmət edir: birincisi, məktəbdə şagird sayı azalmır, yəni məktəbin statistik göstəricisi formal olaraq qorunur. İkincisi, bu prosesdən qeyri-rəsmi gəlir əldə olunur. Bu, sadəcə bir şagirdin məsuliyyətsizliyi yox, təhsilin idarə olunmasında yaranmış ciddi deformasiyadır. Nəticə isə belə olur: məktəblər yalnız sənəd verən qurumlara çevrilir, siniflər isə boş qalır. Təhsil bu mənzərədə formal və səthi görünür.

Bəs bunun qarşısını almaq üçün nə etmək lazımdır? sualına cavab verən ekspert hər bir məktəbin ictimaiyyət qarşısında cavabdeh olduğunu hiss etməli olduğunu bildirib:

"Bu cür halların qarşısını almaq üçün təkcə inzibati tədbirlər deyil, ictimai qınaq, gücləndirilmiş nəzarət və şəffaf hesabatlılıq da olmalıdır. Hər bir məktəb ictimaiyyət qarşısında cavabdeh olduğunu hiss etməli, direktorlar isə sadəcə idarəçi yox, təhsilin daşıyıcısı kimi məsuliyyət daşımalıdır. Əks halda 10–11-ci siniflərin sinif otaqları boş, attestatları isə mənasız kağız parçasına çevriləcək".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:123
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 13 May 2025 18:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəza sərhəddən 5 km aralıda baş verib FOTOLAR

11 Noyabr 2025 18:06see249

Leysan Məmmədovun birmənbə metodu: Xocavənddə 40 evi 2,3 milyona təmir edəcək şirkət kimindir?

12 Noyabr 2025 17:21see228

Qəzaya uğrayan təyyarə ilə bağlı maraqlı məlumatlar KONKRET

12 Noyabr 2025 11:42see162

Paytaxtda oğurluq edənlər saxlanılıb

11 Noyabr 2025 14:22see160

Saatlı Uşaq Musiqi Məktəbinin III sinif şagirdi diplomant adını qazanıb

11 Noyabr 2025 13:47see149

Gürcüstan Azərbaycan vətəndaşlarını ölkədən çıxardı

11 Noyabr 2025 16:11see147

İqtisadiyyat Nazirliyində “Konstitusiya və Suverenlik İli” mövzusunda tədbir keçirilib

13 Noyabr 2025 10:47see147

Qəzaya düşən C130 ABŞ generallarının istəyi ilə yaradılıb TARİXÇƏ

11 Noyabr 2025 19:20see146

Prezident İlham Əliyev Ramiz Mehdiyevlə bağlı danışdı İlk dəfə

12 Noyabr 2025 20:16see137

Kremldə Putin Tokayev görüşü başlayır

12 Noyabr 2025 07:51see135

Çay sağlamlıq üçün təbii dost

12 Noyabr 2025 01:03see135

TFF iki futbolçuya qarşı inzibati tədbirləri dayandırıb

12 Noyabr 2025 16:06see132

FEYXOANIN FAYDALARI VƏ ZƏRƏRLƏRİ

12 Noyabr 2025 17:12see131

Azpul MMC də QANUN POZUNTUSU müştərinin telefon kontakt ına icazəsiz daxil olur

12 Noyabr 2025 22:35see130

Putini gözləyən qorxulu ssenari: tarix bilindi Region yenə qarışacaq

12 Noyabr 2025 07:34see129

Netanyahunun ən yaxın adamlarından biri istefa verdi

12 Noyabr 2025 01:04see128

Ərəblərdən Lukoyl a ağır zərbə: Ələkbərov çətin vəziyyətə düşüb

12 Noyabr 2025 22:31see128

Lavrov qərarı açıqladı: Moskva geri addım atır?

11 Noyabr 2025 20:11see126

Rusiya Qazaxıstana dörd Amur pələngi bağışlayacaq

13 Noyabr 2025 03:49see125

Kənan Məhərrəmov yüksək vəzifəyə təyin edildi

12 Noyabr 2025 17:11see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri