Icma.az
close
up
RU
Bəzi məqsədli şəxslər bələdiyyələri fəaliyyətsiz, yararsız, sadəcə torpaq satan qurum kimi tanıdır

Bəzi məqsədli şəxslər bələdiyyələri fəaliyyətsiz, yararsız, sadəcə torpaq satan qurum kimi tanıdır

Icma.az, Bizimyol portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Bələdiyyələr demokratik bir təsisatdır və vətəndaşların seçdikləri, formalaşdırdıqları bir qurumdur. Yerli əhəmiyyətli, sosial-iqtisadi məsələlərin həllində rol oynayan orqanlardır. Azərbaycanda bələdiyyələrin fəaliyyəti ilə bağlı həyata keçirilən tədbirlər göstərir ki, Azərbaycan dövləti bələdiyyələrin formalaşmasında və inkişaf etdirilməsində maraqlıdır”.

Bu barədə Bizimyol.info xəbər portalına Milli Məclisin deputatı Tahir Rzayev danışıb. Deputat qeyd edib ki, bələdiyyələrin birləşdirilməsi də məhz bu məqsədə hesablanıb: “Bundan əvvəl 2 dəfə belə islahat aparılıb və bələdiyyələrin sayı 2747-dən 1606-ya endirildi. Son dəfə qanunla təsdiq olunan bələdiyyələrin birləşdirilməsi prosesi gələcək inkişaf üçün əhəmiyyətli olacaq”-deyə deputat bildirib.

Tahir Rzayev

Tahir Rzayev qeyd edib ki, Azərbaycanda bələdiyyə institutu 1999-cu ildən artıq fəaliyyətdədir. Bu dövr ərzində həm uğurlar qazanılıb, həm də bələdiyyələrin fəaliyyətində müəyyən nöqsanlar müşahidə olunub. Deputatın fikrincə, bu da təbii vəziyyətdir.

“Dövr dəyişir, ölkə inkişaf edir. Bu proseslə əlaqədar insanların da tələbatı nəinki ildən ilə, aydan-aya, hətta günbəgün artır. İnsanlar daha əvvəlki kimi yaşamaq istəmirlər. Onlar daha rahat həyat, daha nümunəvi xidmət, daha yüksək qayğı və diqqət tələb edirlər”-deyən Tahir Rzayev hesab edir ki, bu proseslərdə bələdiyyələr öndə gedən orqan hesab olunurlar və insanlar bələdiyyələrdən müəyyən problemlərin həllini tələb edirlər.

“Bir çox bələdiyyələr məsələlərə öz əsasnamələri və qanunlar çərçivəsindən yanaşdıqlarına görə, öhdəliklərində olan işi yerinə yetirə bilirlər. Bunun üçün yaxşı nümunələr var.

Bir çoxları bu gün bələdiyyələri fəaliyyətsiz bir qurum kimi qələmə verməyə çalışır. Bu, düzgün yanaşma deyil. Çünki yaxşı nümunəvi bələdiyyələrin işi göstərir ki, onlar daima insanlarla təmasdadırlar, təkliflərini bildirirlər və həyata keçirilməsi üçün müəyyən tədbirlər görürlər”-deyə deputat bildirib.

Bələdiyyələri “torpaq satan orqan” kimi tanıtmaq məsələsinə gəldikdə, deputat qeyd edib ki, bələdiyyələri “torpaq satan qurum” kimi qələmə vermək düzgün deyil.

Tahir Rzayevin sözlərinə görə, əslində bələdiyyələr torpaqları satmaq və onların istifadə olunması məqsədiylə icarəyə vermək hüququna malikdirlər və bu proses qanunla tənzimlənir.

“Təəssüflər olsun ki, bəziləri qanunvericiliyin tələbinə əməl etmədikləri üçün insanlar arasında mənfi imic yaradır. Bəziləri həbs olunur, bəziləri haqqında inzibati tədbirlər görülür. Bu, həyatın qanunudur. Çünki vəzifə öhdəliklərindən sui-istifadə edən insan varsa, nöqsanlarına görə cavab verməli və hüquqi çərçivədə məsuliyyətə cəlb olunmalıdır”-deyə Tahir Rzayev əlavə edib.

İradə Cəlil, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:112
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 02 Dekabr 2024 14:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hökumət kənd təsərrüfatı, qida və sənaye sektoruna daha çox diqqət ayırmalıdır

24 Dekabr 2025 15:21see278

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see193

Yağışlı Bakı yollarında son vəziyyət SİYAHI

25 Dekabr 2025 08:36see174

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see161

İsrail Trampın sülh planının ikinci mərhələsinə bu şərtlə razıdır

25 Dekabr 2025 05:45see159

Xarici ticarət: ixrac və idxal azalır

24 Dekabr 2025 23:42see157

Yaponların uzunömürlü olmasının səbəbi AÇIQLANDI

24 Dekabr 2025 01:01see155

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see152

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see147

“Avromed Company” MMC nin baş ofisində media nümayəndələri üçün Bakı şəhərinin tibbi tarixinin formalaşma mərhələlərinə həsr olunmuş təqdimat keçirilib

24 Dekabr 2025 20:16see144

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see142

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see140

Avtomobil almaq istəyənlər üçün VACİB XƏBƏR Gələn ildən bu qədər bahalaşacaq

24 Dekabr 2025 19:20see140

Quba məktəbliləri sağlam qidalanma vərdişləri barədə məlumatlandırılıblar

24 Dekabr 2025 13:04see138

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see137

Türkiyədə Liviyanın Baş Qərargah rəisinin olduğu təyyarə ilə radar əlaqəsi kəsilib

23 Dekabr 2025 23:06see137

“Yaxınlaşıb dedi ki, ərim səni sevir”

24 Dekabr 2025 00:44see136

Xəbərdarlıq edildi: 55 dərəcə şaxtaya hazırlaşın

25 Dekabr 2025 01:15see135

İmkanı olmayanlara pulsuz mal qara verilməsi ilə bağlı AÇIQLAMA

25 Dekabr 2025 04:48see132

Hökumə Əliyevaya həsr edilən film yenə təxirə düşdü SƏBƏB

24 Dekabr 2025 12:09see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri