Icma.az
close
up
RU
Bəzi müəllimlər bu prosesi ağır keçirəcək Əməkdar müəllim

Bəzi müəllimlər bu prosesi ağır keçirəcək Əməkdar müəllim

Icma.az, Redaktor.az portalına istinadən məlumat yayır.

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin təsdiqlədiyi Əmək Məcəlləsində və "Təhsil haqqında" Qanunda dəyişiklik edilməsi barədə qanuna əsasən, uşaq musiqi, incəsənət, rəssamlıq məktəblərində işləyən təhsilverənlərin nəzəri və praktiki biliklərinin attestasiya yolu ilə deyil, xüsusi qaydalar üzrə sertifikasiya əsasında qiymətləndirilməsi aparılacaq.

Əməkdar müəllim Sona Əliyeva Redaktor.az-a açıqlamasında bildirdi ki, musiqi və incəsənət məktəblərində sertifikasiyanın tətbiqi əslində gözlənilən bir qərar idi. Onun sözlərinə görə, uzun illər bu sahə toxunulmaz, görünməz yer kimi qalmışdı:

"Odur ki, gözlə görünən imkişaf da yox idi. Bu gün bir çox məktəbdə metodika köhnədir, müəllimlərin peşəkar inkişafı sistemli şəkildə qurulmayıb və ən əsası isə nəticə ölçülmür. Dövlət isə artıq "diplomu varsa, işləsin” yanaşmasından uzaqlaşır və "nəticə verirmi" sualını önə çıxarır. Hər sahədə olduğu kimi burada da, sertifikasiya müəllimlərin bilik və bacarıqlarını qiymətləndirmək üçündür. Bu doğrudur. Amma məsələ təkcə bununla bitmir. Düşünürəm artıq burada fərqli məqsəd var, sistemi daha effektiv və nəticəyönümlü hala gətirmək".

Müsahibimiz əlavə etdi ki, bu qərar öz üzərində işləyən, metodikasını yeniləyən, şagirdlə real nəticə göstərən müəllimlər üçün böyük şansdır:

"İllərlə sadəcə “staj” hesabına sistemdə qalanlar üçün isə bu proses asan olmayacaq. Amma bu, istənilən islahatın təbii nəticəsidir. Bəziləri deyir ki, sənəti imtahanla ölçmək olmaz. Bu fikir kökündən reallığı əks etdirmir. Sertifikasiya sənətkarı deyil, müəllimi qiymətləndirir. Müəllimin funksiyası isə ilham yaratmaqdan əvvəl bilik ötürməkdir. Metodika, nəzəri hazırlıq və pedaqoji bacarıq ölçülə bilən göstəricilərdir. Təbii ki, burada risklər də var. Bu prosesin uğuru birbaşa tətbiq mexanizmlərindən asılıdır. Əgər meyarlar formal xarakter daşıyarsa və ya süni şəkildə yumşaldılarsa, sertifikasiya sadəcə statistik prosedura çevriləcək.
Digər tərəfdən, bu mexanizm cəza aləti kimi deyil, inkişaf aləti kimi də qurulmalıdır. Paralel olaraq müəllimlərin hazırlanması, təlim proqramları və metodiki dəstək gücləndirilməlidir. Əlbəttə ki, ilk mərhələdə müəyyən çətinliklər olacaq. Bəzi müəllimlər bu prosesi ağır keçirəcək. Amma əgər sistem prinsipial şəkildə tətbiq olunarsa, yaxın bir neçə il ərzində incəsənət təhsilində real keyfiyyət dəyişikliyi görmək mümkün olacaq. Sertifikasiya incəsənət təhsilində illərlə yığılan struktur problemlərə gecikmiş cavabdır. Dövlət artıq kəmiyyət deyil, keyfiyyət üzərindən maliyyələşdirmə modelinə keçidin siqnalını verir", - deyə Əməkdar müəllim vurğuladı.

Xədicə BAXIŞLI

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:191
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 01 May 2026 19:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see727

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see331

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see296

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see293

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see271

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see268

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see254

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see248

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see238

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see232

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see231

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see228

Athena Gökhan illərdir dəyişmədiyi saç rəngini dəyişdi Yeni görünüşü təəccübləndirdi

07 Noyabr 2026 21:40see213

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see212

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see206

Fransanı NATO dan çıxarmaq istəyir

08 Noyabr 2026 03:56see200

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see194

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see193

Komedixana nın aktrisasının 10 il əvvəlki görünüşü (Foto)

08 Noyabr 2026 09:30see185

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri