“Bəzi ölkələrdə tıxac o səviyyəyə çatır ki, sürücülər maşında yatırlar” Elman Nəsirov
Yeniavaz saytından alınan məlumata görə, Icma.az bildirir.
“Əvvəla onu qeyd edim ki, tıxac tək Azərbaycana, tək paytaxt Bakı şəhərinə xas problem deyil. Dünyanın istənilən meqapolisində oxşar situasiya yaşanır. Hətta bəzi ölkələrin paytaxtlarında tıxac o səviyyəyə gəlib çatır ki, sürücülər maşının mühərrikini söndürüb yatırlar və gözləyirlər ki, bir neçə saatdan sonra yollar açılacaq”.
Yeniavaz.com xəbər verir ki, bu sözləri “Sitat.info”ya açıqlamasında deputat Elman Nəsirov deyib.
O bildirib ki, problemin aradan qaldırılması istiqamətində xeyli işlər görülüb:
“Təəssüflə qeyd edirik ki, paytaxt Bakıda da bu sahədə vəziyyət heç ürəkaçan deyil. Baxmayaraq ki, həmin problemin aradan qaldırılması istiqamətində xeyli işlər görülüb, bu qədər körpülər tikilib.
Məqsəd də odur ki, tıxac probleminin müəyyən səviyyədə həllinə nail olaq. Ancaq gözləntilər tam effekt verməyib. Müəyyən müsbət proseslər olub. Təsəvvür edin ki, bu körpülər tikilməsəydi, o zaman bu tıxac məsələsi hansı səviyyəyə gəlib çatardı”.
Deputat bildirib ki, iş saatlarının dəyişdirilməsi tıxac problemini həll edə bilər:
“Ona görə də indi belə təkliflər var ki, dövlət müəssisələrində, ümumiyyətlə, qurumlarda iş saatları dəyişdirilsin. Yəni hamı eyni saatlarda işə getməsin. Səhər saatlarında işə getməklə bağlı iki ay müddətinə bir eksperimentin keçirilməsi nəzərdə tutulur. Bununla da nəticə məlum olacaq”.
Bu mövzuda digər xəbərlər:“Bəzi ölkələrdə tıxac o səviyyəyə çatır ki, sürücülər maşında yatırlar” Elman Nəsirov
21 Sentyabr 2026 13:08
Elman Nəsirov: “Satqınların taleyi bütün ölkələrdə necə olubsa, Azərbaycanda da elə olacaq”
17 Fevral 2026 17:31
Elman Nəsirov: Paşinyan hoqqabazlıqla məşğuldur
11 Aprel 2025 12:10
Elman Nəsirov Həştərxandan foto PAYLAŞDI
05 May 2025 15:19
Baxış sayı:188
Bu xəbər 15 Sentyabr 2026 14:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















