Icma.az
close
up
RU
Bəzi qəzet redaktorları deyirdi ki, “erməni qardaşlarmız” var, onların xətrinə dəyər...

Bəzi qəzet redaktorları deyirdi ki, “erməni qardaşlarmız” var, onların xətrinə dəyər...

Yeniazerbaycan saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Qulu Kəngərli: Qərbi Azərbaycandan Orta Asiyaya deportasiya olunmuş soydaşlarımızın üzləşdiyi tarixi ədalətsizliklər öz siyasi qiymətini almalıdır

... Onun imzası oxuculara yaxşı tanışdır, 40 ildən artıqdır ki, mətbuatda mövzu fərqi qoymadan çox maraqlı yazıları, bənzərsiz üslubda qələmə aldığı publisistik əsərləri, kitabları ilə geniş oxucu kütləsi qazanıb. Fəaliyyətinin böyük bir dövrünü Azərbaycanın hüdudlarından kənarda xəbər yayımçılığına həsr etsə də, yorulmadan gecə-gündüz ədəbi-tarixi araşdrımalar aparıb, neçə-neçə ölkəni gəzərək milli irsimizin zəngin nümiunələrini üzə çıxarıb, milli adət-ənənələrimizin başqa ölkələrdə təşviqi işində də yaxından iştirak edib.

... Qulu Kəngərli əslən Qərbi Azərbaycandandır, milli təəssübkeşlik, ətən məhəbbəti, soydaşlarımızın taleyi onun üçün prinsipial məsələlərdəndir və tədqiqlərində də bu mövzu qırmızı xətt kimi keçir.

- Ötən əsrin  media nəsli sizi daha çox televiziya və radio jurnalisti kimi xatırlayır, hətta 90-cı illərdə hazırladığınız bədii-publisistik əsərlər üçün darıxanlar da az deyil. Necə oldu ki, ədəbi-bədii redaksiyadan informasiya bölməsində çalışmağı seçdiniz?

- Mənim yaradıcılığımın ilk dövrləri əsasən televiziya ilə bağlı olub. 90-cı illərdə  20 Yanvar faciəsi ilə bağlı “Qanlı şənbəyə gedən yol” filmi çəkmişəm. Kiçiksüjetli digər filmlərim olub. Azərbaycan radiosunda “Bulaq” verilişində mətnlər yazmaqla fəaliyyətimi davam etdirirdim. İşim xoşlarına gəldiyi üçün radioda tam ştatla işə götürdülər. Radio ilə yanaşı, Azərbaycan televiziyasının “Gənclik”, “Hünər” və “Ədəbi dram” redaksiyalarına materiallar verir, vaxtın olanda kiçik xəbərlər də yazırdım. Xəbərlər onları qane etdiyi üçün Televiziya və Radio Verilişləri Komitəsinin rəhbəri xəbərlər redaksiyası ( o vaxt adı belə idi) məni “Son xəbərlər” redaksiyasında işə dəvət etdi. “Son xəbərlər” redaksiyasının baş redaktoru Valid Sənani mənim bu sahədə yaxşı müxbir olacağımı dedi və ədəbi redaksiyadan xəbər bölməsində daha çox çalışmağımı məsləhət gördü. İlk dövlər ehtiyat edirdim, ancaq bir müddət sonra informasiya dəryasına düşdüyümdən xəbər yazmaqdan yorulmurdum. Bu iş, həm də mənə rahatlıq verirdi. Xəbərlər müxtəlif sahələri əhatə edirdi və həmişə yeni nəsə verməyə çalışırdım. O vaxt populyar olan “Günün səsi” proqramına materiallar vermək üçün saysız tədbirlərə gedir, operativliklə axşam efirinə çatdırırdım.

Beləcə, bir neçə ay yorulmaq bilmədən xəbərlər yazmaqla bu sahəni tam mənimsədim. Sonradan məni AZTV-də başqa redaksiyada da işə çağırdılar, ancaq informasiyaya elə aludə olmuşdum ki, başqa redaksiyalara olan təklifləri qəbul etmədim. Jurnalistikaya radiodan başlasam da, yazılı jurnalistika məni özünə daha çox bağladı. Hətta radioda daha böyük perspektivlərim ola bilərdi, 8 il baş redaktorun müavini vəzifəsində çalışmışam. Ancaq informasiya yazmaqla bu səmtdə çalışmağı üstün tutdum.

İnformasiya sahəsində püxtələşməyim və hazırladığım xəbərlər o vaxtlar “Azərinform” kimi tanınan Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) rəhbərliyinin diqqətini cəlb etmişdi, bir gün məni agentliyə dəvət etdilər, bir qədər söhbətdən sonra onlarla işləməyimi təklif etdilər. Direktor Şamil Şahməmmədov xarici ölkələrdə agentliyin məntəqələrinin açıldığını və mənim də birinə namizəd olduğumu dedi. Azərbaycanın bir nömrəli informasiya agentliyində çalışmaq həqiqətən böyük məsuliyyət və şərəfli iş idi, ona görə də dəvət etdim. Xarici müxbir bürolarında ingilis, fransız, alman və digər dilləri bilmək tələb olunurdu, ancaq mən heç birini bilmirdim. Mənə MDB ölkələri olan Türkmənistan və Özbəkistan arasında seçim etməyimi söylədilər, Özbəkistanın üzərində dayandım. Həm də Orta Asiya regionu daha maraqlı gəldiyi və milli xüsusuiyyətlərimizə uyğun olduğu üçün oranı seçdim.

- Səhv etmiriksə, AZƏRTAC-ın xarici ölkələrdəki ilk müxbir bürolarından birincisi sizə həvalə edilib?

- Bəli, AZƏRTAC-ın xarici ölkələrdə fəaliyyət başlayan ilk müxbir postları arasında birincilərdənəm. Müxbir büromuz Özbəkistanın paytaxtı Daşkənddə yerləşirdi, 1998-ci ildə Daşkəndə gedərək Orta Asiya respublikalarındakı ictimai-siyasi, iqtisadi, sosial, elmi-mədəni, hiumanitar və s. mövzularda tədbirləri işıqlandırmağa başladım. Həmin dövrdə ay ərzində 40-50, sonrlara isə 60-70 material hazırlamaq tələbi qoyulmuşdu, ancaq mən 120 material göndərirdim. Sonradan mən Pakistandan da xəbərlər hazırlamağa başladım və rəhbərlik məni bu ölkə üzrə də müxbir olmağımı məsləhət bildi, 12 il Pakistan üzrə də müxbir çalışdım.

Bu ölkələrdəki mühüm beynəlxalq hadisələr, ölkəmizin siyasi, iqtisadi, mədəni həyatı ilə bağlı səfirliiklərimizin tədbirləri, Azərbaycanın iştirak etdiyi mühüm beynəlxalq  mərasimlərdən materiallar yazırdım. Yaşayış yerim Daşkənd şəhərində olsa da, bir ayağım Qazaxıstanda, bir ayağım Qırğızıstanda olurdu. Tacikistan və Türkmənistandakı tədbirlərdə də qatılırdım, ancaq Özbəkistan, Qırğızıstan və Qazaxıstandakı tədbirlərin sayı daha çox olduğundan bu ölkələrdən hazırladığım materiallar saysız-hesabsızdır. Elə gün olub ki, 6-7 tədbirdə iştirak edərək onları gecə də olsa həmin günün xəbər buraxılışlarına çatdıra bilmişəm. 

Tədbirlərdən hazırladığım xəbərləri AZƏRTAC-a göndərməkdən başqa, həmin ölkələrin mətbuatında öz yazılarımı da mütəmadi davam etdirmişəm. Ən çox Azərbaycan həqiqətlərinin Orta Asiya mətbuatında yayılmasından ibarət olub. Məqalələrimin bir çoxunu min əziyyətlə dərc etdirmişəm, bəzi qəzet və jurnalların, agentliklərin rəhbərləri yazını ya ixtisarla dərc etməyi istəyir, yaxud da ümumiyyətlə dərcinə izacə vermirdilər. Əsas səbəb isə bu ölkələrdəki vəzifədə olan ermənilərlə “üz-göz” olmamaq idi. Bəzi qəzet redaktorları deyirdi ki, “erməni qardaşlarmız” var, onların xətrinə dəyər. Ancaq mən şəxsi münasibətlərimdən istifadə edərək dərc etdiridim. Hətta elə olub ki, bir neçə redaktoru aparıb restoranda “yedirdib-içirdib” birtəhər yola gətirmişəm.

44 günlük  müharibəsi dövründə Özbəkistan və Qırğızıstan mətbuatında 600-dən çox material dərc etdirmişəm. Bura özümün şəxsi yazılarım, Müdafiə Nazirliyinin məlumatları, Dövlət Sərhəd Xidmətinin, digər dövlət qurumlarının, eləcə də dövlət rəsmilərinin materialları da daxildir. Azərbaycan Prezidentinin həmin dövrdə 130-dən çox çıxışı və müsahibələrinin hər birini Özbəkistan və Qırğızıstan mətbuatında tam mətnlə dərc etdirilməsinə nail olmuşam. Hazırda AZƏRTAC-ın müxbiri olmasam da, “Xalq qəzeti”nin əməkdaşı və bir azərbaycanlı kimi öz peşə borcumu layiqincə yerinə yetirməyə çalışıram.

-  Orta Asiya ölkələri ilə Azərbaycan mediası arasında hansı fərqli cəhətləri qeyd etmək olardı, məsələn, çap mediası və informasiya agentlikləri, onlayn media və s...

- Orta Asiya ölkələrinin mətbuatı prinsipsə Azərbaycanın media sahəsinə çox oxşardır, orada da qəzet və jurnallar, informasiya agentlikləri fəaliyyət göstərir, onlayn media son illər çox inkişaf edib, xəbərlərin spesifikası da demək olar ki, eynidir. Bu ölkələrdə çap mediası əvvəlki kimi öz ənənəvi üstünlüyünü qoruyub saxlayır, yəni yazılı medianın sayı kifayət qədər çoxdur. Xüsusilə də Qazaxıstanda çap mediası daha çoxdur. Düzdür, onlayn media xəbər yayımçılığında daha önə keçib, ancaq qəzetlərin öz yeri və rolu, ictimai rəyə təsir imkanları da genişdir. Yeri gəlmişkən, son dövrlərdə qəzetlərdə türk dünyasına inteqrasiyası barədə materiallara geniş yer verilir, müxtəlif nüfuzlu şəxslərlə müsahibələr, materiallar dərc olunur ki, bu da qəzetlərin ictimai-siyasi mövzularda fəal rolunu göstərir.

- İnformasiya bürosunda yorulmadan çalışmaqla bərabər, publisistik fəaliyyətlə, ələxsus da tarixi araşdırmalarınızı da “axsatmadan” davam etdirmisiniz. Hansı əsərləri ərsəyə gətirmisiniz?

- Orta Asiyada yaşadığı müddətdə günlərimi boş keçirmədim, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında xeyli əmək sərf etmişəm. Azərbaycandan Orta Asiyaya sürgün edilmiş, yaxud köçüb gəlmiş adamların,  tanınmış yazıçı-şairlərin, siyasi xadimlərin, incəsənət adamlarının taleyini öyrənərək onlar haqqında kitab nəşr etdirdim. “Keçmiş unudulmayanda tarixə dönür” adlı publisistik kitabımda Mərkəzi Asiyada yaşamş və hazırda yaşayan 50-yə yaxın tanınmış Azərbaycan türkü haqqında heç yerdə rast gəlinməyən faktları, məlumatları üzə çıxarmışam. Səmərqənd şəhərində yaşayan, sonra İndoneziyaya gedərək orada müsəlmançılığı yayan Mövlana Malik İbrahim, Azərbaycandan gəlib ömrünü Buxara fəlsəfi mühitinə bağlayan Mövlana Yusif Qarabaği, böyük filosof Mirzəcan Şirazi, tacik mətbuatının Zərdabisi, Buxarada çap edilən ilk tacikdilli “Buxarai Şarif” qəzetinin naşiri və redaktoru Mirzə Cəlal Yusifzadə, Avropada tanınmış bəstəkar, Səmərqənddə doğulan, Fransada məşhurlaşan Əminulla Hüseynov, onun oğlu, məşhur fransız aktyor və rejissoru Rüstəm Hüseynov, Pakistanın azərbaycanlı prezidenti, Qızılbaş nəslindən olan Ağa Məhəmməd Yəhya Xan və digərlərinin də həyat yolunu araşdıraraq üzə çıxarmışam. “Günahsız günahkarlar” kitabımda Orta Asiyaya sürgün olunmuş azərbaycanlıların acı taleyini qələmə almışam. Qazaxıstanda ALJİR düşərgəsində (Akmolinskiy laqerğ jen izmennikov rodinı) və Karlaqa (Karaqandinskiy laqerğ) sürgün edilən günahsız qadınlarımızın acı taleyindən, məşhur Rəfibəylilər nəslindən Qazaxıstana sürgün olunanların həyatını əks etdirmişəm.

Ümumilikdə, son 20 ildə 24 kitab yazmışam. Özbək dilinə tərcümə etdirdiyi kitablar isə Azərbaycanın tanınması baxımından müstəsna rol oynayır.

Mənim tarixi araşdırmalarım sırasında öz doğma yurdlarından sürgün olunmuş soydaşlarımızın faciəli həyatı barədə materiallar daha çox üstünlük təşkil edir. Daşkənddə yazdığım ssenari əsasında “Sürgün” sənədli filmi çəkilib. Hazırda üzərində son tamamlama işlərini apardığım “Sürgün” adlı əsərdə çox təsirli məqamlar əks olunub.

- Qərbi Azərbaycan icmasınınn beynəlxalq mühitdə təşviqat resursları getdikcə güclənir, Azərbaycan diasporu və milli mədəniyyət mərkəzləri soydaşlarımızın üzləşdikləri müsibətləri, didərgin düşdüyü doğma torpaqlarına geri qayıdışı istiqamətində fəal iş aparır. Orta Asiyada bu sahədə hansı addımlar atılır?

- İlk növbədə hesab edirəm ki, Qərbi Azərbaycandan Orta Asiyaya deportasiya olunmuş soydaşlarımızın üzləşdiyi tarixi ədalətsizliklər öz siyasi qiymətini almalıdır. Orta Asiyada Azərbaycan Mədəniyyət Mərkəzləri çoxdur, Özbəkistan və Qazaxıstanda mədəniyyət təşkilatlarımız daha çoxdur, onlarla repressiyalara məruz qalmış soydaşlarımızın üzləşdiyi ədalətsizliklər, onların övladlarının öz doğma yurdlarına geri qayıtması və digər istiqamətlərdə daha sıx işləmək lazımdır. Bu istiqamətdə Qərbi Azərbaycan İcması ilə birgə bəzi tədbirlərin təşkilinə də ehtiyac var.

Söhbətləşdi: ELBRUS CƏFƏRLİ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:99
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 16 Avqust 2025 14:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see361

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see236

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see195

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see191

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see183

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see178

AZAL ın təyyarə qəzasının araşdırılması üçün Qazaxıstanla əməkdaşlıq edirik Rusiya XİN

30 Dekabr 2025 20:05see178

Türkiyədə tanınmış reper həbs edildi

30 Dekabr 2025 03:04see170

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see165

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see160

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see156

Yamal 20+20 qolla yüksək liqa oyunçularının elit siyahısına qoşulub

30 Dekabr 2025 03:09see147

2026 cı ildə Bakıda hansı infrastruktur layihələri REALLAŞDIRILACAQ?

30 Dekabr 2025 14:16see145

AİJA qalibləri açıqladı: Qaynarinfo İlin saytı seçildi

29 Dekabr 2025 18:25see144

Yeni ilin məşhur salatı ilə bağlı dietoloqdan xəbərdarlıq

29 Dekabr 2025 11:41see142

ABŞ ın Mərkəzi Kəşfiyyat İdarəsi Venesuela limanına zərbə endirib

30 Dekabr 2025 09:43see141

Ötən həftə 175 yanğın olub, 7 nəfərin meyiti tapılıb

29 Dekabr 2025 10:05see140

Tramp: “F 35”lərin Türkiyəyə satışı ilə bağlı ciddi müzakirələr aparılır

30 Dekabr 2025 05:45see138

Birmarketdən növbəti böyük hədiyyə: Kia K5 Sport qalibə təqdim olundu

30 Dekabr 2025 19:53see136

Tramp Ukraynaya “Tomahawk” raketlərinin tədarükünü şəxsən dayandırdığını deyib

30 Dekabr 2025 02:02see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri