Icma.az
close
up
RU
“Bəzi qurumlar ləğv edilə bilər” İxtisarlar qaçılmazdır KONKRET

“Bəzi qurumlar ləğv edilə bilər” İxtisarlar qaçılmazdır KONKRET

Icma.az bildirir, Konkret.az portalına istinadən.

“Büdcə resursları məhdudlaşdıqca dövlət xərclərinə yanaşma da dəyişir. Dövlət qulluqçularının əməkhaqqı sistemində aparılan dəyişikliklərə yalnız bonusların ləğvi kimi baxmamalıyıq. Burada dövlət maliyyəsinin idarə olunmasına yanaşmanın dəyişməsi görünür. Büdcə imkanları üzərində təzyiq artdıqca hökumət xərcləri daha ciddi nəzarətdə saxlamağa və mövcud vəsaitdən daha səmərəli istifadə etməyə məcbur olur.  Əvvəllər əməkhaqqından əlavə ödənilən fərdi, kollektiv və bayram mükafatlarının yeni sistemdə baza vəzifə maaşlarına inteqrasiya edilməsi dövlət qulluqçusunun gəlirinin daha sabit formalaşmasına imkan verir”.

Bu sözləri beynəlxalq idarəetmə sistemləri üzrə mütəxəssis Asif İbrahimov KONKRET.az-a açıqlamasında səsləndirib:

“Eyni zamanda bu, dövlət qurumlarında rəhbərliyin sərəncamında olan mükafatlandırma imkanlarının əvvəlki formatda davam etmədiyini göstərir.  Burada əsas məsələ dövlət büdcəsinin artıq əvvəlki kimi geniş imkanlara malik olmaması deyil, mövcud resursların daha ciddi prioritetləşdirilməsidir. Büdcə xərcləri yüksək olaraq qalır, lakin hər bir xərc istiqamətinin səmərəliliyi daha ciddi qiymətləndirilir. Dövlət artıq yalnız əlavə maliyyə ayırmaqla problemi həll etməkdən daha çox, mövcud resursları yenidən bölüşdürmək mərhələsinə keçir.

Mən uzun müddətdir hesab edirəm ki, Azərbaycanda bir-birinin funksiyalarını müəyyən dərəcədə təkrarlayan, oxşar və paralel səlahiyyətlər həyata keçirən qurumların sayı və strukturu yenidən qiymətləndirilməlidir. Bəzi qurumların funksiyalarının birləşdirilməsi, bəzilərinin ləğvi, ayrı-ayrı strukturların isə daha çevik idarəetmə modelinə keçirilməsi dövlət xərclərinin optimallaşdırılmasına imkan verə bilər. Amma burada çox ciddi sosial məsələ də var. Dövlət sektorunda çalışan insanların sayı kifayət qədər böyükdür.  Bu, muzdlu məşğulluğun təxminən 50-55 faizidir.

Ona görə də dövlət qurumlarının mexaniki şəkildə ləğvi və ya birləşdirilməsi yalnız inzibati qərar deyil, həm də əmək bazarına təsir edən ciddi iqtisadi prosesdir. Bir qurumun ləğvi və ya bir neçə qurumun birləşdirilməsi nəticəsində müəyyən sayda insanın işsiz qalması, həmin insanların əmək bazarına keçidi və yeni iş yerlərinin yaradılması məsələsi paralel həll edilməlidir”.

Ekspertin sözlərinə görə, burada Azərbaycanın iqtisadi modelinin yaratdığı həssaslıq da nəzərə alınmalıdır.

“Dövlət sektorunda məşğulluğun böyük olması bir tərəfdən sosial sabitlik yaradır, digər tərəfdən iqtisadiyyatın dövlət resurslarından və büdcə xərclərindən asılılığını artırır. Dövlət sektorunda struktur optimallaşdırması aparılarkən özəl sektorun həmin əmək resurslarını qəbul etmək imkanları da nəzərə alınmalıdır. Bu səbəbdən qarşıdakı dövrdə dövlət sektorunda struktur dəyişikliklərinin və müəyyən sahələrdə ixtisarların artması ehtimalını istisna etmək olmaz. Lakin bunun miqyası və nəticəsi əvvəlcədən müəyyən edilmiş iqtisadi göstəricilərdən, dövlət qurumlarının funksional auditindən və əmək bazarının yeni iş yerləri yaratmaq qabiliyyətindən asılı olacaq. Qənaət yalnız insan resurslarının azaldılması demək deyil. Əgər iki dövlət qurumu eyni və ya yaxın funksiyaları həyata keçirirsə, məsələ həmin qurumlardan birində çalışan insanların ixtisar edilməsindən əvvəl funksiyaların özünün optimallaşdırılmasıdır. Əsas məqsəd daha az xərclə daha çox nəticə əldə etmək olmalıdır”.

A.İbrahimov vurğulayır ki, hökumətin fiskal siyasətində əsas dəyişiklik də məhz burada görünür.

“Dövlət xərclərinin artırılması imkanlarından xərclərin optimallaşdırılmasına keçid getdikcə daha böyük əhəmiyyət qazanır. Bu, büdcə intizamının gücləndirilməsini tələb edir. Lakin qənaət mexaniki ixtisarlarla məhdudlaşmamalı, idarəetmə funksiyalarının, dövlət proqramlarının, subsidiya və transfertlərin, eləcə də dövlət qurumlarının fəaliyyət nəticələrinin kompleks qiymətləndirilməsi əsasında aparılmalıdır. Əks halda büdcəyə qənaət etmək məqsədilə aparılan ixtisarlar dövlət xidmətlərinin keyfiyyətinə, institusional yaddaşa və peşəkar kadrların saxlanılmasına mənfi təsir göstərə bilər. Ona görə qarşıdakı mərhələdə əsas sual nə qədər işçinin ixtisar ediləcəyi deyil, dövlətin hansı funksiyaları hansı resursla və hansı nəticə ilə həyata keçirəcəyidir.

Yeni əməkhaqqı sistemi də bu daha geniş fiskal transformasiyanın bir hissəsi kimi qiymətləndirilməlidir. Qarşıdakı dövrdə dövlət qurumlarının funksional baxımdan yenidən qiymətləndirilməsi, paralel strukturların birləşdirilməsi, xərclərin optimallaşdırılması və əmək resurslarının daha səmərəli bölüşdürülməsi istiqamətində qərarların gündəmə gəlməsi mümkündür. Əsas məsələ bu prosesin necə həyata keçiriləcəyidir. İslahatın məqsədi sadəcə dövlət xərclərini azaltmaq yox, daha çevik, daha məhsuldar və nəticəyönümlü dövlət idarəçiliyi formalaşdırmaq olmalıdır”.

Aynurə İsmayıl

KONKRET.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:135
embedMənbə:https://konkret.az
archiveBu xəbər 24 Sentyabr 2026 17:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see452

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see290

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see280

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see278

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see265

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see257

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see251

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see250

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see235

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see233

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see221

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see220

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see220

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see218

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see218

NYMEX əmtəə birjasında təbii qazın qiyməti artıb

07 Noyabr 2026 09:07see217

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see211

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see207

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see201

“Çıraq” platformasından indiyədək hasil edilən neft və qazın həcmi açıqlanıb

07 Noyabr 2026 10:27see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri