“Bəzi sürücülər bunları yalnız özlərinə aid qərar kimi qəbul edir”
Icma.az, Bakivaxti saytına istinadən bildirir.
“Balakən rayonunda baş vermiş və dörd nəfərin həyatını itirməsi ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi bir daha göstərir ki, yol hərəkəti qaydalarına əməl etmək şəxsi seçim deyil, hər bir hərəkət iştirakçısının üzərinə düşən hüquqi və mənəvi məsuliyyətdir”.
Bakıvaxtı.az xəbər verir ki, bu fikirləri Baş DYP İdarəsinin şöbə rəisi polis polkovnik-leytenantı Rövşən Tağıyev bildirib.
“Təəssüf ki, bəzi sürücülər təhlükəli sürəti, riskli ötməni və digər qayda pozuntularını yalnız özlərinə aid qərar kimi qəbul edir, bununla yaratdıqları təhlükənin miqyasını nəzərə almırlar. Halbuki ümumi istifadədə olan yollarda verilən yanlış qərarın nəticəsi heç vaxt yalnız həmin sürücü ilə məhdudlaşmır. Bir sürücünün məsuliyyətsiz davranışı qaydalara riayət edərək öz yolu ilə hərəkət edən insanların həyat və sağlamlığını da təhlükə altına qoyur.
Yol hərəkətində hər bir sürücü öz davranışının mümkün nəticələrini nəzərə almalı, digər insanların həyat və sağlamlığına təhlükə yarada biləcək hərəkətlərdən çəkinməlidir”, - deyə R.Tağıyev vurğulayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:145
Bu xəbər 11 Avqust 2026 16:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















