Icma.az
close
up
RU
Menu

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Qadınlarla kişilərin maaşları arasında fərq nədən qaynaqlanır?

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Bəzi yeniyetmə gəncləri kriminal aləmə nə sövq edir? SORĞU

Bəzi yeniyetmə gəncləri kriminal aləmə nə sövq edir? SORĞU

Icma.az, Sia Az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Son illərdə bəzi gənclərin və yeniyetmələrin kriminal aləmə yönəlməsi cəmiyyətdə ciddi narahatlıq doğurur. Sosial, iqtisadi və psixoloji səbəblər bu tendensiyanın formalaşmasında mühüm rol oynayır. Ailə, məktəb və dövlətin birgə təsiri gənclərin düzgün istiqamətləndirilməsində və məsuliyyətli vətəndaş kimi yetişməsində həlledici əhəmiyyət kəsb edir. Bununla bağlı SİA-nın əməkdaşı vətəndaşların fikrlərini öyrənməyə çalışıb.

Şəhər sakini İsrayıl Məmmədov: "Fikrimcə, yeniyetmələrin və gənclərin bu aləmə həvəsinin yaranması onların ətraf mühitindən asılıdır. Çünki hal-hazırda Azərbaycana baxsaq, kriminallıq çoxdur, təbliğ edənlər də çoxdur. Məsələn, sosial şəbəkələrdə bəzən elələrinə elə baxırlar ki, mən də onlar kimi niyə də olmayım deyə düşünürlər. Buna misal olaraq deyə bilərəm ki, adicə mənim məktəbimdə bu aləmə, kriminallığa, kriminal insanlara pərəstiş edən çox adam var idi. Yəni, Azərbaycana bununla bağlı tərtibat bir az yaxşı deyil, dəyişmək lazımdır. Bunun da iki səbəbi var. Birincisi texnologiyadır. Yəni, texnologiyanın inkişaf etməsi telefonlarda, kömpüterlərdə mafiya oyunlarının oynanılması, sonra sosial şəbəkələrdə belə videoların təbliğ edilməsinə fikrimcə, dövlət tərəfindən nəzarət edilməlidir".

Şəhər sakini İsmayıl Əsədov: "Hesab edirəm ki, kriminal əməllərə gənclərin yönəlməsinin səbəbi həm də düzgün rol modellərinin olmamasıdır. Uşaqların ətrafında nümunəvi şəxslərin olmaması, media və sosial şəbəkələrdə bəzən səhv mesajların verilməsi onları səhv yollara istiqamətləndirir. Əgər gənclərə maraqlı və faydalı fəaliyyətlər təqdim etsək, onların kriminal aləmə marağı azalacaq. Eyni zamanda, gənclərə kiçik yaşlardan sosial məsuliyyətin öyrədilməsi, etik və hüquqi biliklərin aşılanması da çox önəmlidir. Mənim təcrübəmdə belə hallar göstərir ki, təhsil və məşğulluq imkanlarının genişləndirilməsi gənclərin düzgün yola yönəlməsində əsas faktordur".

Şəhər sakini Sədaqət Əlimuradova: "Kriminal aləmə yönəlmənin əsas səbəblərindən biri sosial və psixoloji təzyiqlərdir. Gənclər bəzən diqqət və sevgi çatışmazlığını bu cür əməllərlə kompensasiya etməyə çalışırlar. Eyni zamanda, dost mühiti, yəni ətrafdakı şəxslərin pis nümunələri də böyük rol oynayır. Valideynlərin və müəllimlərin rolu bu vəziyyətin qarşısını almaqda çox önəmlidir. Mən müşahidə etmişəm ki, uşaq və yeniyetmələrə motivasiyaedici proqramlar, psixoloji dəstək və sosial layihələr təqdim edildikdə, onların kriminal fəaliyyətlərə meyli əhəmiyyətli dərəcədə azalır".

Şəhər Sakini Müşviq Mehdizadə: "Ümumiyyətlə, bu mövzu ilə bağlı xəbərlərə tez-tez rast gəlmirəm, amma ümumiyyətlə deyə bilərəm ki, gənclərin arzuolunmaz sahələrə, vərdişlərə yiyələnməsinin arxasında fikrimcə, duran əsas səbəblərdən biri onların asudə vaxtlarının mənalı və xüsusilə olaraq hədəflənmiş – yəni, reqülasiya səviyyəsində hədəflənmiş istiqamətlərə yönəldilməsində boşluqların olmasıdır. Çünki boş zamanlarımızda bizim məşğul olmaq istədiyimiz fəaliyyətləri ya biz özümüz seçməliyik, ya da ki, sosial çevrəmizdə faydalı ola biləcək şeylər bizə malikləndirilmək yolu ilə ötürülməlidir ki, biz bu sahəyə yönələk. Bu məsələ ilə bağlı erkən yaşlardan orta məktəb dərslərində öyrədilməli olan əlavə bir şey də media savadlığı məsələsidir. Media savadlığı məsələsində sosial medianın düzgün və məqsədyönlü şəkildə istifadəsi, ondan sadəcə əyləncəli obyekt kimi deyil, həm də intellektual və mənəvi formada inkişafın dəstəkləyici “driver”i kimi istifadə etməyi öyrənmək lazımdır".

Şəhər sakini Mütəllim Heybətov: "Ailədən gələn tərbiyə çox önəmlidir. Mən bunun fərqindəyəm, uşaqların düzgün istiqamətlənməsi ailədən başlamalıdır. İkincisi, nəsil dəyişir və zamanla gənclər daha az bilincli olurlar. Təəssüf ki, çox vaxt cəmiyyətin və ailənin üzərinə düşən tərbiyə işi yetərli səviyyədə deyil. Gənclərin əməllərini düzgün istiqamətləndirmək və gələcək nəsli kriminal aləmdən qorumaq üçün təbliğat olmalıdır. Bu təbliğat radioda, televiziyada, sonra isə birbaşa ailədə həyata keçirilməlidir. Ailə ilk və əsas tərbiyə yeridir, məktəb isə bu tərbiyəni gücləndirməlidir. Məktəblərdə sosial və etik dəyərlərin aşılanması, gənclərin məsuliyyət hissi ilə böyüməsi vacibdir. Tərbiyə və nəzarət sistemli şəkildə qurulmazsa, gənclərin yanlış əməllərə yönəlməsi qaçılmaz olur. Bu səbəbdən həm ailələr, həm məktəblər, həm də dövlət strukturları gənclərin inkişafını ciddi şəkildə izləməli və düzgün yönləndirməlidirlər. Nəzarət və düzgün təbliğat nəticəsində gənclərin kriminal fəaliyyətlərə meyli əhəmiyyətli dərəcədə azalacaq".

Şəhər sakini Səkinə Qorçuyeva: "Fikrimcə, kriminal aləmə yönəlmənin səbəbləri çoxşaxəlidir: iqtisadi çətinliklər, ailədə və cəmiyyətdə qayğı və nəzarətin olmaması, düzgün tərbiyə imkanlarının məhdudluğu. Gənclər bəzən özlərini qəbul edilməmiş və təcrid olunmuş hiss etdikdə asanlıqla səhv yollara düşürlər. Dövlətin, məktəbin və ailənin birgə fəaliyyəti bu problemi azaltmağa kömək edə bilər. Sosial layihələr, gənclər mərkəzləri və mentor proqramları bu baxımdan çox önəmlidir. Bundan əlavə, cəmiyyətin onlara göstərdiyi diqqət və dəstək, gənclərin özünü dəyərli hiss etməsinə səbəb olur ki, bu da kriminal aləmə marağı azaldır".

Şəhər sakini Nizami Babaşov: "Bəzi gənclərin kriminal aləmə yönəlməsinin əsas səbəblərindən biri onların düzgün istiqamətləndirilməməsidir. Uşaqların həm ailədən, həm də məktəbdən düzgün tərbiyə almaması, boş vaxtlarının səmərəli təşkil edilməməsi onları asanlıqla pis əməllərə yönləndirir. Bununla yanaşı, sosial bərabərsizlik və işsizlik də rol oynayır. Gənclər özlərini qiymətləndirilmiş və uğurlu hiss etmədikdə, kriminal yol onları cəlb edir. Mənim müşahidəmə görə, gənclər ictimai fəaliyyətlərdə iştirak etdikdə, idman və yaradıcılıqla məşğul olduqda kriminal aləmə maraqları əhəmiyyətli dərəcədə azalır".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:162
embedMənbə:https://sia.az
archiveBu xəbər 03 Sentyabr 2025 15:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see367

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see289

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see270

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see250

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see249

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see233

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see227

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see224

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see214

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see211

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see206

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see204

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see203

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see201

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see200

Qadınlarla kişilərin maaşları arasında fərq nədən qaynaqlanır?

10 Noyabr 2026 18:56see199

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see195

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see188

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see179

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri