Icma.az
close
up
RU
Kriminal aləmə çevrilən məktəblər: Kimdir günahkar?

Kriminal aləmə çevrilən məktəblər: Kimdir günahkar?

Cebheinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Son vaxtlar məktəblilər arasında dava və bıçaqlanma kimi xoşagəlməz halların artması cəmiyyətdə ciddi narahatlıq doğurur.

Gənc yaşda bu cür aqressiv davranışların artması təkcə məktəblərdəki təhlükəsizlik məsələsini deyil, həm də uşaqların psixoloji durumunu gündəmə gətirir.

Məktəblilər arasında dava və bıçaqlanma hallarının artması hansı psixoloji səbəblərlə əlaqəli ola bilər?

Mövzu ilə bağlı “Cebheinfo.az”-a açıqlama verən psixoloq Ülkər Musayeva bildirib ki, məktəblilərdə zorakılığın artması, uşaqların gördüyünü təkrarlayıb onu normal sayması ilə bağlıdır:

“Son zamanlar məktəblilər arasında artan dava və bıçaqlanma halları uşaqların daxili reallığını idarə edə bilməməsi və neqativ davranış modellərini təkrarlaması ilə birbaşa əlaqəlidir. Bu, düşüncə, duyğu və davranış sistemlərinin bir-biri ilə uyğunsuz işlədiyini göstərir.

Burada əsas amillərdən biri məhz “daxili xəritə” anlayışıdır. Yəni reallığın özü deyil, insanın reallığı necə qəbul etdiyidir. Uşaqlar ailədə, sosial mediada və dost çevrəsində şahidi olduqları zorakılığı öz “daxili xəritə”lərinə yerləşdirir, onu həyatın normal və dəyişməz hissəsi kimi qəbul etməyə başlayırlar. Onlar davranışın nəticəsinə deyil, modelinə fokuslanır və gördüklərini təkrarlayırlar”.

Onun sözlərinə görə, hər davranışın arxasında pozitiv bir niyyət dayanır: 

“Zorakı davranış sərgiləyən uşaq əslində içində qəbul olunmaq, güclü görünmək və öz dəyərini sübut etmək ehtiyacını daşıyır. Sadəcə, bu ehtiyaclar səhv kodlanmış formalarla ifadə olunur. Doğru modellər və düzgün yönləndirmə ilə bu enerji konstruktiv bacarıqlara çevrilə bilər”.

Psixoloq qeyd edib ki, sosial mühitin təsiri isə “güzgü neyron” prinsipi ilə izah olunur:

“Uşaqlar ətrafda müşahidə etdikləri davranışları avtomatik olaraq modelləşdirirlər. Aqressiv dost qrupu və zorakılığı romantikləşdirən sosial media məzmunları uşağın neyro-assosiasiyalarında “hörmət, qorxu yaratmaq” kimi yanlış və təhlükəli əlaqələr formalaşdırır.

Ancaq unutmaq olmaz ki, dəyişiklik üçün resurs hər zaman mövcuddur. Hər bir fərd, o cümlədən zorakı davranış sərgiləyən uşaqlar, öz davranışlarını dəyişmək potensialına malikdir. Əsas məsələ onlara alternativ seçimlər təqdim etmək, emosional vəziyyətlərini idarə etməyi öyrətmək və öz dəyərlərini tanımaq üçün şərait yaratmaqdır”.

Gülər
“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:185
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 18 Oktyabr 2025 15:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see340

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see331

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see326

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see299

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see291

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see246

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see244

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see243

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see230

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see226

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see223

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see220

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see214

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see210

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see200

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see199

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see198

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see197

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see186

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri