Bəzi yerlərdə leysan yağıb FAKTİKİ HAVA
Icma.az, Moderator.az portalına istinadən məlumat yayır.
Azərbaycanda müşahidə edilən faktiki hava şəraiti açıqlanıb.
Bununla bağlı Moderator.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, saat 9:00-a olan məlumata əsasən, əksər rayonlarda hava şəraiti, əsasən, yağmursuz keçib, lakin əvvəlcədən xəbər verildiyi kimi, Bakıda və Abşeron yarımadasında və bəzi şərq rayonlarında axşam saatlarından başlayaraq arabir yağış yağıb, bəzi yerlərdə leysan xarakterli olub.
Düşən yağıntının miqdarı Bakıda 13 mm, Neftçalada 8 mm, Lerikdə 3 mm, Astarada 1 mm olub.
Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 11 dərəcəyədək, Naxçıvan MR-də 3 dərəcə şaxtadan 1 dərəcəyədək isti, Aran rayonlarında 9 dərəcəyədək, dağlıq rayonlarda 2 dərəcə şaxtadan 1 dərəcəyədək isti, yüksək dağlıq ərazilərdə 9 dərəcəyədək şaxta qeydə alınıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:88
Bu xəbər 09 Noyabr 2024 09:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















