Icma.az
close
up
RU
Bəziləri 2 min manat, bəzilər 50 manat... Tolik o müğənnilərdən danışdı

Bəziləri 2 min manat, bəzilər 50 manat... Tolik o müğənnilərdən danışdı

GlobalInfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Son dövrlər bəzi gənc müğənnilər televiziya verilişlərinə qatılmaq üçün onlardan pul tələb edildiyini bildirirlər. İddialara görə, efirlərə çıxmaq istəyən əksər ifaçılar bu problemlə üzləşirlər.

Belə təcrübə yerli kanallarda həqiqətən varmı?

Globalinfo.az-a danışan prodüsser Tarix Əliyev (Tolik) deyib ki, heç bir aparıcı müğənnidən pul tələb etmir.

“İfaçılar şəxsi reklamı üçün televiziyanın müvafiq şöbəsinə ödəniş edir. Pul verənlərin çoxu tanınmaq istəyənlərdir. Bəzən elə adamlar olur ki, pul təklif etsələr də, efirə dəvət etmirəm. Bu gün hansısa müğənni verilişimə çıxıb gündəmə gəlmək üçün kiməsə söz atacaqsa, lazım deyil. Xalq artisti Arif Babayev efirlərə çıxmır, amma bir dəfə zəng edib tələbələrini dəvət etməyi təklif etdi. Dedim, baş üstə! Mənsum İbrahimov, Gülyaz Məmmədova, Təyyar Bayramov, Ehtiram Hüseynov, Babək Niftəliyev də tələbələri ilə gəlib. Mən “Toylar kralı” mahnı yarışması keçirmişəm. Orda heç kimdən bir manat da almamışdım. Amma elə xanım müğənnilər var ki, özünü açıb qoyub ortalığa və efirə pulsuz gəlmək istəyir”.

Tolik tanınan gənc ifaçıların efirlərə pulsuz dəvət aldığını da vurğulayıb:

“Televiziyaların pul istədiyini deyən gənclərə sual vermək lazımdır ki, Üzeyir Mehdizadə, Damla, Hiss ödəniş edir? Görünür, həmin müğənnilər televiziyalar üçün maraqlı deyil. Kanallar da özəl olduqlarına görə seçim öz ixtiyarlarındadır. Verilişimə bir dəfə gələni 10 dəfə çağırmaq məcburiyyətində deyiləm. “Xalq ulduzuyam”, deyirlər. Amma bu, SMS üzərində qurulan yarışdır. Xalqın ulduzu Könül Xasıyeva, Alim Qasımov, Niyaməddin Musayev və onların səviyyəsində olan ifaçılardır. Səs alıb ulduz olanlar yox!”.

Aparıcı efir qiymətlərinin fərqli olduğunu deyib:

“Ödənişlər kanaldan kanala dəyişir. Bəzi verilişlər min manat, bəziləri 2 min manat alırlar. 50-300 manat aralığında pul istəyənlər də olur. Həmin məbləğdən aparıcıya çatmır. Biz maaşımızdan əlavə, sponsorlardan faiz qazanırıq”.

Zaira Akifqızı
Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:207
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 11 Aprel 2025 07:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see301

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see278

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see275

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see268

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see255

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see252

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see245

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see243

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see240

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see226

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see222

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see218

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see215

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see214

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see213

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see210

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see206

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see204

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see201

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri