Icma.az
close
up
RU
“Bavariya” prezidenti: “Biz satış klubu deyil, transferlər edən klubuq”

“Bavariya” prezidenti: “Biz satış klubu deyil, transferlər edən klubuq”

Idman.biz saytına istinadən Icma.az xəbər verir.

“Bavariya”nın prezidenti Herbert Hayner Maykl Olisenin gələcəyi ilə bağlı “Real Madrid”in rəhbəri Florentino Pereslə apardığı söhbətin təfərrüatlarını açıqlayıb.

İdman.Biz xəbər verir ki, klub rəhbəri bu barədə “t-online” nəşrinə müsahibəsində danışıb. Onun sözlərinə görə, ötən yay Madriddə olarkən Pereslə görüşündə 24 yaşlı fransalı futbolçunun gələcəyi də müzakirə olunub.

“Əlbəttə, Maykl Olise haqqında da danışdıq. Peres məni əmin etdi ki, ‘Real Madrid’ yayda nə onun özü, nə də agenti ilə danışıqlar aparıb”, – Hayner bildirib.

Son transfer pəncərəsi dövründə Olisenin Madrid klubuna keçəcəyi ilə bağlı xəbərlər yayılıb. Hətta “L'Equipe” nəşri futbolçunun Fransa millisindən komanda yoldaşları Kilian Mbappe və İbrahima Konatenin onu “Real Madrid”ə keçməyə razı salmağa çalışdıqlarını yazıb.

Bununla belə, “Bavariya” fransalı futbolçunu buraxmaq niyyətində deyil. Onun Münhen klubu ilə müqaviləsi 2029-cu ilin iyun ayının sonunadək qüvvədədir.

“Biz bu məsələdə rahatıq. Maykl Olisenin 2029-cu ilədək müqaviləsi var. Məqsədimiz onun uzun müddət ‘Bavariya’da qalması və ‘Real Madrid’ məsələsinin ümumiyyətlə gündəmə gəlməməsidir”, - klub prezidenti qeyd edib.

Haynerdən “Bavariya”nın Olise üçün 250 və ya 300 milyon avroluq təklifi qəbul edib-etməyəcəyi də soruşulub. O, cavabında klubun keçmiş baş icraçı direktoru Karl-Haynts Rummeniqenin sözlərini xatırladıb:

“Biz satış klubu deyil, transferlər edən klubuq”.

“Bavariya” prezidenti futbolçu seçərkən yalnız maliyyə amilinin nəzərə alınmadığını, onun oyun üslubu, xarakteri və şəxsiyyətinin də vacib olduğunu vurğulayıb. O, Olisenin Münhendə özünü rahat hiss etdiyini və klubda sahib olduqlarının fərqində olduğunu bildirib.

Qeyd edək ki, Maykl Olise 2024-cü ilin yayında “Kristal Pelas”dan 53 milyon avro qarşılığında “Bavariya”ya transfer olunub. O, ötən mövsüm bütün turnirlərdə 52 oyuna çıxaraq 22 qol vurub və 31 məhsuldar ötürmə edib. Cari mövsümdə isə 15 matçda 12 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:94
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 18 Noyabr 2026 13:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see384

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see376

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see372

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see368

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see366

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see346

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see346

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see330

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see327

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see326

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see311

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see309

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see302

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see293

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see278

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see272

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see263

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see223

Sabunçu rayonunda YAP ın yaradılmasının 34 illiyi münasibətilə ağacəkmə aksiyası keçirilib

20 Noyabr 2026 21:11see223

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see213
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri