Icma.az
close
up
RU
Bəzilərinin müxalifətçiliyi qumar oyunlarına bənzəyir Asif Adildən sensasion yazı

Bəzilərinin müxalifətçiliyi qumar oyunlarına bənzəyir Asif Adildən sensasion yazı

Icma.az, Moderator.az saytına istinadən bildirir.

Hər-hansı bir xarici dilin öyrənilməsi prosesinin effektivliyi fasiləsiz və davamlı şəkildə məşğul olmaqdan asılı olduğu kimi, maarifçilik işinin də səmərəliliyi onun davamlı şəkildə aparılmasından asılıdır. Müxtəlif hadisələr ilə zəngin olan siyasi münasibətlər müstəvisində isə maarifçiliyin əhəmiyyəti daha artıqdır. Çünki, məhz siyasi maarifçilik fərd və kütləni qərəzli manipulyasiyalardan və kimlərinsə torlarına düşməkdən qoruya bilər. Dünya ölkələrinin təcrübəsi açıq şəkildə onu göstərir ki, cəmiyyətdə aktiv şəkildə siyasi maarifçiliyin aparılmasına qarşı ilk növbədə çıxış edən tərəf məhz siyasi radikallar olur. Ona görə ki, sözügedən fəaliyyət növü onların bütün emosional manipulyasiyalarını ifşa edir. Emosional təzyiq mexanizmlərindən məhrum olmuş radikalçılıq isə dişsiz balıq kimi səni yalnız qıdıqlaya bilər.

Bilavasitə yazının əsas mövzusuna keçmədən öncə bəzi siyasətçilərin fəaliyyətini məhz qumar oyunları ilə müqayisə etməyimizə aydınlıq gətirək. Öncə onu vurğulayaq ki, əlçatan və populyar müqayisələrin aparılması təhlil olunan problemin mahiyyətini daha rahat anlamağa kömək edir. Məhz elə buna görə də ədəbiyyatda yazıçılar obrazlı müqayisələrə olduqca çox müraciət edirlər.  

Odur ki, Hollivudun məşhur “21”, “Kazino” və “Ouşenin 11 dostu” kimi filmləri yada salaraq çalışaq qumar oyun və oyunçularına məxsus əsas xüsusiyyətləri müəyyən edək. Əlbəttə ki, burada ilk növbədə blef, konkret situasiyalarda bir neçə standart fəndin istifadə olunması, qısa müddət ərzində əziyyətsiz böyük pula sahiblənmək arzusu, psixoloji oyunlar, eyni oyun masanın ətrafında gizli tərəfdaşının mövcudluğu, formalaşmış obraz və nəhayət korporativ çevrə kimi məsələlər ağıla gələ bilər.

Qeyd olunanlar rahatlıqla bizim bəzi siyasətbazlarımızı xarakterizə etmək üçün istifadə oluna biləcək amillərdir. Diqqət yetirin, radikal yönümlü siyasi populistlər ucuz siyasi divident və ictimaiyyətin diqqətini müvəqqəti də olsa qazanmaq üçün öz kirli ritorikalarında ölkə rəhbərliyinin və ya tanınmış şəxslərin adlarını çəkir, habelə müxtəlif pozucu oyun və intriqalara qoşulurlar. Bu cür addımlar yalnız qumarbazın blefləri ilə müqayisə oluna bilər. Ancaq unutmayaq ki, məhz atdıqları bleflərin nəticəsində onların bəziləri indi həbsxana həyatı yaşayır, eyni oyun masanın ətrafında olan tərəfdaşları isə heç nə olmamış kimi öz oyunlarını davam etdirirlər.

Konkret situasiyalarda bir neçə standart fəndin istifadə olunması da radikal təfəkkürlü populist siyasətçilərinin sevimli üsuludur. Misal olaraq, açıq rəqabətdən yayınmaq və beynəlxalq təşkilatlar tərəfindən iqtidarı tənqid etmək üçün münbit şərait formalaşdırmaq, habelə qalmaqal xarakterli situasiyaları yaratmaq üçün radikal düşərgə daim və israrla boykot metodundan istifadə edir. Yeri gəlmişkən, radikal təfəkkürlü siyasətbazların digər ən sevimli standart metodlarından biri məhz şantajdır. Baxdığımız film və oxuduğumuz kriminal xəbərlərdən bilirik ki, şantaj məfhumu da qanunsuz qumar aləmində ən çox yayılmış təzahürlərdəndir.

Qısa müddət ərzində əziyyətsiz böyük pula sahiblənmək ehtimalı qumar oyunlarını cəlbedici etdiyi kimi, heç şübhəsiz ki, eyni səbəbdən də siyasət sahəsi bəzi “alverçi” düşüncəli məsuliyyətsiz insanlar üçün cəlbedici gəlir. Təhsildə, şəxsi inkişafda və ya hətta işçi kimi çalışdıqları yerdə heç bir tutarlı uğur qazanmadan əsassız böyük xülyalar ilə siyasətə pənah gətirənlər müəyyən müddət sonra müxtəlif avantüralara qoşulurlar. Qoşulduqları hər bir növbəti avantüra isə onları daha dərin və daha qaranlıq olan quyununun dibinə sürükləyir.

Bəllidir ki, destruktiv və radikal siyasətin əsas aləti emosional ritorikadır. Məhz bu cür ritorika vasitəsilə manipulyasiyalar aparılır, bunun nəticəsində isə fərd və kütlənin baş verən konkret hadisə ilə bağlı adekvat reaksiya vermək bacarığı kütləşir. Adekvat reaksiya vermək bacarığını itirmiş fərd isə dərhal manipulyasiyanın qurbanına çevrilir. Eyniliklə qumar oyunlarında da emosional manipulyasiyaların nəticəsində təsir altında olan oyunçu vəziyyəti idarə edə bilmir və səhv addımlar atmağa başlayır.

Hətta fəal siyasətdən uzaq olan insan belə sadəcə bəzi proseslərin gedişatına diqqət yetirən zaman görə bilir ki, “barışmaz” düşərgənin korporativ çevrəsi var və onlar eynilə qumar oyunlarında olduğu kimi, öz aralarında aparılmış rolların bölgüsünə uyğun olaraq razılaşdırılmış şəkildə müəyyən siyasi kombinasiyaları həyata keçirirlər.

Vətəndaş bütün bu sadə siyasi həqiqətləri bilməlidir ki, özünün xəbəri olmadan belə xain oyunlarının passiv olsa da iştirakçısına çevrilməsin.  

Asif Adil

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:87
embedMənbə:https://moderator.az
archiveBu xəbər 11 Sentyabr 2025 16:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Londonda Cənubi Qafqazda sülh və regional təhlükəsizlik məsələləri müzakirə olunub

28 Yanvar 2026 06:56see469

Dəhşətli müharibənin astanasındayıq: ölkə sərhədlərini aşacaq Türk ekspert

28 Yanvar 2026 01:54see286

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

29 Yanvar 2026 13:17see222

Saat 10:00 da qaz kəsiləcək Bu ərazilərdə

28 Yanvar 2026 09:42see218

PAŞA Bank səhmlərinin 5% ni hərraca çıxaracaq

28 Yanvar 2026 11:10see203

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see200

Ən çox şikayət olunan bankları hansı cəza gözləyir?

28 Yanvar 2026 15:56see189

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see184

Kapital Bank liderliyini qoruyur

28 Yanvar 2026 14:45see181

Bu sərvətlərə qarşı ehtiyatsız davransanız, 2 ilədək həbs olunacaqsınız

28 Yanvar 2026 19:29see169

Nazirlə İlon Mask arasında qarşıdurma yaranıb

28 Yanvar 2026 18:42see163

Bakıya tramvay gətirən nazirlik: Hamının tıxacda qaldığı əraziləri unudub...

28 Yanvar 2026 18:07see157

Ağıllı insanların əksəriyyəti həyatın 5 sadə qaydasını çox gec anlayır PSİXOLOQ

28 Yanvar 2026 15:54see157

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see152

Yağ ləkələrindən bu üsullarla xilas olun

29 Yanvar 2026 05:19see148

Niyə hər şeyə inanmalısan? QNET haqqında oxuyun

28 Yanvar 2026 14:32see147

İşıqda yatmaq infarkta səbəb olur

28 Yanvar 2026 02:09see147

Çay saatına çox yaraşan limonlu, zəncəfilli keks

28 Yanvar 2026 07:12see140

Çexiyada siyasi qalmaqal: Prezident şantaj edildi, müxalifət istefa tələb edir

28 Yanvar 2026 03:39see139

Tramp: ABŞ əl Malikinin baş nazir olacağı halda İraqı dəstəkləməyəcək

28 Yanvar 2026 02:10see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri