Icma.az
close
up
RU
BIAF 2025 Bakı Beynəlxalq İncəsənət Festivalı öz səfirlərinin adlarını bəyan edir

BIAF 2025 Bakı Beynəlxalq İncəsənət Festivalı öz səfirlərinin adlarını bəyan edir

Apa.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Heydər Əliyev Fondunun və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə 31 oktyabr - 16 noyabr tarixlərində keçirilən BIAF 2025 Bakı Beynəlxalq İncəsənət Festivalı rəsmi səfirlərini məmnuniyyətlə elan edir: əfsanəvi skripkaçı və dirijor Dmitri Sitkovetski, müğənni və bəstəkar AISÉL, həmçinin, Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin bədii rəhbəri və baş dirijoru maestro Fuad İbrahimov.

BİAF 2025 festivalı haqqında

BIAF (Baku International Arts Festival) Azərbaycanda musiqi, teatr və rəqsi bir araya gətirən əlamətdar mədəni tədbirdir. Festival Bakını ənənələrin və müasirliyin, klassik akademizmin və aktual tendensiyaların qovuşduğu dünya incəsənətinin canlı səhnəsinə çevirir.

Builki proqrama genişmiqyaslı tamaşalar, konsertlər və premyeralar daxildir:

31 oktyabr – Behzod Abduraimov (fortepiano)

M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyası

Filarmoniyada keçirilən festivalı virtuoz texnikası və interpretasiyalarının dərinliyi ilə tanınan görkəmli pianoçu Behzod Abduraimov (Özbəkistan) maestro Fuad İbrahimovun rəhbərlik etdiyi Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri ilə birlikdə açacaq.

1-2 noyabr - «TITIZÉ - A Venetian Dream» / Daniele Fintsi Paska (İsveçrə)Azərbaycan Dövlət Akademik Musiqili Teatrı

"Cirque du Soleil"dəki quruluşları ilə tanınan əfsanəvi rejissor Daniele Fintsi Paska akrobatika, teatr və musiqini özündə birləşdirən "TITIZÉ — Venesiya Xəyalı" poetik tamaşasını təqdim edəcək.

1–2 noyabr — «Delay the Sadness» / Sharon Eyal Dance (Fransa)

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı

Şaron Eyal, adı müasir rəqsdə inqilab sinoniminə çevrilmiş uzaqgörən xoreoqrafdır. Onun rəqsləri ənənəvi çərçivəni aşaraq hər dəfə tamaşaçını hipnotik vəziyyətə salır. 2025-ci ilin sentyabr ayında Almaniyada "Delay the Sadness" tamaşasının premyerası olub və dünya premyerasından dərhal sonra Bakıda təqdim olunacaq.

7 noyabrYulian Sitkovetski - 100.

M. Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyası

Tanınmış skripkaçı, dirijor və bəstəkar Dmitri Sitkovetski, atası - əfsanəvi musiqiçi Yulian Sitkovetskinin anadan olmasının 100 illiyi münasibətilə xüsusi proqram hazırlayıb. Yulian Sitkovetskinin Bax və Paqanini əsərlərinin ifaları gənc nəsil üçün etalon rolunu oynayır. Konsertdə beynəlxalq müsabiqələrin qalibləri və dünyanın müxtəlif ölkələrindən istedadlı ifaçılar - Liana Qurdjia, Ayaka Uçio, Nəzrin Aslanlı və Murad Adıgözəlzadə də çıxış edəcəklər.

8–9 noyabr — «Hamlet - Prince of Denmark» / EX Machina / Robert Lepage / Côté Danse / Guillaume Côté (Kanada)

Azərbaycan Dövlət Akademik Musiqili Teatrı

Məşhur kanadalı ustadlar Robert Lepaj və xoreoqraf və rəqqas Giyom Kote tərəfindən Şekspirin "Hamlet – Danimarka şahzadəsi" pyesinin xoreoqrafik interpretasiyası. Klassik dram hərəkət, müasir texnologiyalar və illüziyaların gücü ilə canlanır və hər kəsi qəhrəmanların mürəkkəb və ziddiyyətli dünyasına qərq edir.

14–15 noyabr — Gesher Theatre, «Anna Karenina» (İsrail, Fransa)

Azərbaycan Dövlət Akademik Musiqili Teatrı

Tanınmış rejissor Rimas Tuminasın Geşer Teatrı üçün hazırladığı əfsanəvi “Anna Karenina” tamaşası, Lev Tolstoyun məhkum ehtiras və faciəli tale haqqında romanının dərin, psixoloji və ifadəli bir interpretasiyasıdır.

15–16 noyabr — «Bahar ayini»/ Yang Liping Contemporary Dance (Çin)

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı

Çinin aparıcı xoreoqraflarından biri, „Şərqin Pina Bauşu“ ləqəbini almış Yan Lipinq Stravinskinin məşhur əsərinin yeni bir interpretasiyasını təqdim edir. İnsan bədəninin yenidən doğuluşun simvoluna çevrildiyi güclü vizual və emosional bir vəhy. Həyatın təsirli poeziyası, işıq və qaranlığın qarşıdurması, qədim Çin simvolikasının Avropa klassik musiqisi ilə qovuşduğu valehedici bir ritual.

16 noyabr — Festivalın bağlanışı: Polad Bülbüloğlunun 80 illik yubiley mərasimi

M. Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyası

Festivalın yekun konserti Xalq artisti Polad Bülbüloğlunun 80 illik yubileyinə həsr olunub. Səhnədə Dmitri Sitkovetski (skripka) və Fuad İbrahimovun dirijorluğu ilə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri çıxış edəcək. Proqramda Polad Bülbüloğlunun musiqiləri və onun yaradıcılığından və dövründən ilhamlanan əsərlər səslənəcək.

BIAF 2025-in səfirləri

Dmitri Sitkovetski görkəmli skripkaçı, dirijor və bəstəkardır. Onun Bax, Brams və Prokofyevin əsərlərinin interpretasiyaları dünyanın ən mötəbər səhnələrində səslənir.

"Mənim üçün Bakı incəsənətin xüsusilə səmimi şəkildə səsləndiyi bir şəhərdir. BIAF-ın bir hissəsi olmaq - klassikanı və müasirliyi mədəniyyətlərin canlı dialoqunda birləşdirmək deməkdir", - deyə Dmitri Sitkovetski qeyd edib.

Maestro Fuad İbrahimov öz nəslinin ən görkəmli dirijorlarından biri, Azərbaycanın Əməkdar artisti, alt ustası, Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin dirijoru, Bakı Kamera Orkestrinin baş dirijoru və Münxen Yeni Filarmoniyasının baş dirijorudur. O, həmçinin beynəlxalq müsabiqələr laureatıdır.

"BIAF sadəcə bir festival deyil. Bu, Azərbaycanın klassik musiqinin yaşadığı, incəsənətin nəfəs aldığı və yeni ideyaların doğulduğu bir ölkə olduğunu göstərmək missiyasıdır", - deyə maestro Fuad İbrahimov qeyd edib.

AISÉL (Aysel Məmmədova) Bakının müasir musiqiçilər nəslini təmsil edən müğənni və bəstəkardır. "BIAF incəsənətin müxtəlif dillərinin görüşdüyü ilham bayramıdır. Mən fəxr edirəm ki, Bakı dünyanın hər yerindən sənətçilər və tamaşaçılar üçün cazibə qüvvəsinə çevrilir", - deyə AISÉL bildirib.

Bakı Beynəlxalq İncəsənət Festivalı klassika ilə müasirliyin, sənətkarlıq və təcrübənin qovuşduğu bir məkana çevrilir və Bakını əsl ilham paytaxtına çevirir.

Biletlər www.biaf.az-da

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:122
embedMənbə:https://apa.az
archiveBu xəbər 26 Oktyabr 2025 14:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see317

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see247

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see225

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see183

Sülh Şurası BMT yə alternativ olacaq?

23 Yanvar 2026 20:16see182

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see169

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see167

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see164

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see163

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see163

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see160

Qarnın çıxmasının səbəbi piy deyilmiş Açıqlama

23 Yanvar 2026 05:06see149

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see147

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see147

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see145

Göyçayda sahibkarın 5 milyonluq soyuducu anbarı 35 minə hərraca çıxarıldı VİDEO

23 Yanvar 2026 14:10see144

Alimlər günün ən çox yorğunluq yaradan dəqiqəsini açıqlayıblar

23 Yanvar 2026 08:53see143

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see140

Bakı Sumqayıt qatarının 4, 15, 20 və 28 iyun üçün hərəkət qrafiki açıqlanıb CƏDVƏL

23 Yanvar 2026 05:36see139

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri