Biatlon üzrə 10 qat dünya çempionu məhkəmə qarşısına çıxacaq
Oxu.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Fransalı biatlonçu Culiya Simon oğurluq və dələduzluq ittihamı ilə oktyabrda məhkəmə qarşısına çıxacaq.
Oxu.Az xəbər verir ki, bu barədə "Le Dauphine Libere" nəşri məlumat yayıb.
Qeyd olunub ki, Simon 2023-cü ildə onlayn alış-veriş etmək üçün başqalarının bank kartlarından istifadə etməkdə şübhəli bilinərək həbs edilib. Biatlonçuya qarşı iş iki şikayət əsasında açılıb. Şikayətçilər idmançının komanda yoldaşları olub. Dəymiş ziyan 1000 avro (təxminən 2000 manat - red.) məbləğində qiymətləndirilir.
Simon ittihamları rədd edərək, cinayətləri onun adından naməlum şəxslərin törətdiyini iddia edib.
Qeyd edək ki, 28 yaşlı Culiya Simon biatlon üzrə onqat dünya çempionudur.

Biatlon üzrə dünya çempionatı ləğv olundu
15 İyun 2025 16:42
Biatlon əfsanəsi, 23 qat dünya çempionu Yohannes Byoya futbol oyunu baha başa gəldi
19 Sentyabr 2025 21:04
Netanyahu korrupsiya işi üzrə məhkəmə qarşısına çıxacaq
13 Fevral 2025 12:02
Ançelotti məhkəmə qarşısına çıxacaq
28 Mart 2025 14:49
Poqbanın qardaşı məhkəmə qarşısına çıxacaq
26 Noyabr 2024 16:11

