İş yerlərinin məhdudluğu işəgötürənlərin mövqeyini gücləndirir ŞƏRH
Demokrat.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
“Bu gün, təəssüf ki, insanların böyük əksəriyyəti, yəni sahibkar olmayan, muzdlu işçilər həyatlarını şəxsi rahatlıqlarına və sosial ehtiyaclarına uyğun deyil, mövcud iş yerlərinin diktə etdiyi şərtlərə uyğun qurmağa məcburdurlar. İnsanlar harada və necə yaşamaq istədiklərinə görə yox, harada iş tapa bildiklərinə görə qərar verməli olurlar. Bu isə əmək bazarında sağlam münasibətlərin formalaşmasına mane olur”.
Bunu Demokrat.az-a açıqlamasında sosioloq Əhməd Rəhmanov deyib.
O, bildirib ki, iş yerlərinin məhdudluğu işəgötürənlərin mövqeyini gücləndirir və bu da bir çox hallarda işçilərin istismarına yol açır:
"İşçi alternativinin az olması səbəbindən uzun iş saatları, qeyri-sabit əmək müqavilələri, əlavə ödənişsiz iş yükü və digər qeyri-ədalətli şərtlərlə barışmaq məcburiyyətində qalır. Digər tərəfdən, əmək bazarına nəzarətin əsasən sənədlər üzərindən aparılması real vəziyyəti əks etdirmir. Faktiki yoxlamaların, effektiv monitorinq mexanizmlərinin zəifliyi sosial bərabərliyin pozulmasına səbəb olur. Bu vəziyyət həm işçilərin hüquqlarının qorunmasını çətinləşdirir, həm də əmək bazarında qeyri-rəsmi münasibətlərin genişlənməsinə şərait yaradır".
Sosioloq bildirib ki, əgər bu sahədə sistemli və real nəzarət mexanizmləri gücləndirilməzsə, mövcud sosial bərabərsizlik dərinləşəcək və gələcəkdə daha ciddi sosial-iqtisadi problemlərə yol aça bilər".
Əfsanə Kamal
Demokrat.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.

Bu mövzuda digər xəbərlər:Yeni əməkdaşlıqlar Azərbaycanın beynəlxalq mövqeyini gücləndirir ŞƏRH
24 İyun 2025 18:54
Azərbaycan Mərkəzi Asiya regionunda mövqeyini gücləndirir ŞƏRH
19 Noyabr 2025 16:04
“Regionlarda iş yerlərinin azlığı daxili miqrasiyanı sürətləndirir” ŞƏRH ETDİ
24 Dekabr 2025 17:00
Bu addım Azərbaycanın regiondakı geosiyasi mövqeyini gücləndirir ŞƏRH
08 Avqust 2025 18:26
İş yerlərinin 74.7 faizi paytaxtdadır
10 Sentyabr 2025 16:47
Baxış sayı:54
Bu xəbər 27 Dekabr 2025 21:43 mənbədən arxivləşdirilmişdir

Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur

Günün ən çox oxunanları