Bibiheybət Gəmi Təmiri Zavodunda quraşdırılmış günəş panelləri vasitəsilə 66 min kilovat saatdan çox enerji hasil edilib
Icma.az, Xalq qazeti portalına istinadən məlumat verir.
Ötən ilin oktyabrında AZCON Holding şirkətlərindən olan ASCO-nun “Bibiheybət” Gəmi Təmiri Zavodunda quraşdırılmış günəş panelləri vasitəsilə indiyədək 66 215.3 kilovat-saat (kVt⋅s) enerji hasil edilib.
Təkcə 2025-ci ilin may ayı ərzində 18454.3 kilovat-saat (kVt⋅s) enerji istehsal olunub. Ay ərzində bəzi günlərdə hasilat 800 kVt⋅s həddinə yaxınlaşıb.
Statistikaya görə, indiyədək 65 946.1 kq karbon qazı emissiyasının qarşısı alınıb. Bu isə 3638 ağacın qorunmasına bərabər ekoloji fayda deməkdir. Eyni zamanda, 26 457.8 kq daş kömürə qənaət olunub ki, bu da enerji istehsalında fosil yanacaqlardan istifadəni minimuma endirir.
Qeyd edək ki, “Bibiheybət” Gəmi Təmiri Zavodunda ümumilikdə 512 kvadratmetr əraziyə hər biri 690 Vt olmaqla,162 ədəd günəş paneli quraşdırılıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:72
Bu xəbər 21 İyun 2025 15:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















