Icma.az
close
up
RU
Статья не опубликована
Bıçaqlanma hadisəsi cəmiyyətə siqnal olmalıdır ETN yanında İctimai Şura üzvü

Bıçaqlanma hadisəsi cəmiyyətə siqnal olmalıdır ETN yanında İctimai Şura üzvü

Icma.az, Aznews.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Ucar rayon sakini çoxsaylı kəsilmiş-deşilmiş yaralar diaqnozu ilə fevralın 4-də Ucar Rayon Mərkəzi Xəstəxanasının Təcili və Təxirəsalınmaz Tibbi Yardım şöbəsinə yerləşdirilib. Hadisə həmin gün saat 08:10 radələrində Ucar rayonunun Rəstəcə kənd tam orta məktəbində baş verib. Məktəbin 9-cu sinif şagirdi sinif yoldaşına xəsarət yetirib. AzNews.az hadisəyə Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın katibi Günay Əkbərovanın münasibətini öyrənib.

G. Əkbərova bildirib ki, son illərdə məktəblilər arasında zorakılıq, bıçaqlanma hallarının artması cəmiyyət üçün ciddi siqnal olmalıdır:

“Hər dəfə belə xəbərləri eşidəndə bir müəllim və bir valideyn kimi içim sızlayır. Çünki bu, təkcə bir şagirdin cinayət törətməsi məsələsi deyil, bütövlükdə ailənin, cəmiyyətin və dəyərlərimizin haradasa zəiflədiyinin göstəricisidir. Bu hadisələrin kökündə nə dayanır? Məktəb öz yerində, amma uşağın tərbiyəsi ilk növbədə ailədə formalaşır. Valideyn övladı ilə yetərincə ünsiyyət qurmasa, onu dinləməsə, ona dəstək olmasa, həmin uşaq özünə başqa bir yol tapacaq. O yol isə çox vaxt zorakılıq, aqressiya və ya cəmiyyətə qarşı üsyan şəklində olur”.

O qeyd edib ki, biz valideynlər çox vaxt düşünürük ki, "evə çörək gətirmək" və uşağın maddi ehtiyaclarını qarşılamaq bizim əsas vəzifəmizdir.

“Amma ən vacib məsələni – onların emosional ehtiyaclarını unuduruq. Övladlarımız bizə nə hiss etdiklərini danışmağa çalışanda, "işim var, sonra danışarıq" deyirik. Onların problemləri bizə kiçik görünür, amma onlar üçün böyük bir dünyanın çöküşü ola bilər. Valideynin diqqətindən kənar qalan uşaq isə öz dərdini başqasında axtarır – bəzən yanlış çevrədə, bəzən isə zorakılıq və aqressiya ilə…

Digər tərəfdən, sosial medianın təsiri, internetdə asanlıqla yayılan şiddət dolu videolar, oyunlar və qeyri-sağlam nümunələr uşaqlara təsir edir. Valideynlər çox vaxt övladlarının internetdə nə izlədiyini, kimlərlə ünsiyyətdə olduğunu bilmir. Uşaq evdə dinlənilməyəndə, onu anlayan birini tapmayanda, aqressiyasını məktəbdə, küçədə, dostlarının arasında ifadə etməyə çalışır. Bu problemlərin qarşısını almaq üçün biz – müəllimlər və valideynlər – bir yerdə hərəkət etməliyik. Məktəblərdə təkcə dərs keçməklə iş bitmir. Şagirdlərin psixoloji və emosional durumuna diqqət ayırmalı, məktəbdə təhlükəsiz mühit yaratmalıyıq. Valideynlər isə övladlarına zaman ayırmalı, onları yalnız "dərs oxu" deyə sıxmaqla yox, dost kimi yanaşıb, həqiqətən dinləməklə böyütməlidirlər. Uşaqlar aqressiv doğulmur. Onlar sevgisiz və diqqətsiz qaldıqda aqressiyanı seçirlər. Əgər biz onları başa düşməsək, onları cəmiyyətə və zorakılığa təslim etmiş oluruq. Gəlin, övladlarımızı daha yaxşı dinləyək, onlara sevgi və anlayış göstərək ki, sabah acı xəbərləri oxumayaq”.

Rəfiqə NAMAZƏLİYEVA,
AzNews.az


Warning: Invalid argument supplied for foreach() in /home/aznewsaz/www/classes/tpl.class.php(70) : eval()'d code on line 91

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:47
embedMənbə:https://www.aznews.az
archiveBu xəbər 06 Fevral 2025 17:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hikmət Babaoğlu: Ruben Vardanyanın ömürlük həbs cəzasına məhkum edilməsi çox ədalətli qərar olar

19 Dekabr 2025 20:44see251

Burak Yılmaz 4 gün əvvəl ayrıldığı kluba qayıtdı RƏSMİ

19 Dekabr 2025 18:56see239

Elm və musiqi eyni səhnədə: NDU nun dəvəti ilə Umut Yıldız Naxçıvanda

19 Dekabr 2025 11:28see234

Nazirlik Qarabağ Toxum şirkətində maliyyə nöqsanı AŞKARLADI

20 Dekabr 2025 16:33see209

“Azərbaycanın bank sistemi Ermənistanın bank sistemi ilə müqayisədə zəifdir” DEPUTAT

19 Dekabr 2025 14:13see176

Avtomobil nəhəngi 37 min avtomobili geri çağırır

20 Dekabr 2025 11:09see157

Azərbaycanda Balıqçılıq haqqında yeni qanun qəbul olunacaq

19 Dekabr 2025 11:26see156

Çexiya təşəbbüsü davam edəcək...

20 Dekabr 2025 04:22see146

Türkiyə Super Liqası: Antalyaspor səfərdən xalsız döndü

20 Dekabr 2025 02:06see146

Məhkəmə Hüquq Şurasının nümayəndə heyəti Albaniyada təcrübə səfərində olub

19 Dekabr 2025 18:52see144

Ərzaq bazarında qiymət artımı inflyasiyanı necə üstələyir?

20 Dekabr 2025 11:53see142

Fotoqraflar nadir qurbağaların ölümünə səbəb oldular FOTO

19 Dekabr 2025 18:05see141

Zelenski istedadlı sənətkardır Putindən həmin videoya münasibət

19 Dekabr 2025 13:59see138

Neftçi Yevlaxa yola düşdü

19 Dekabr 2025 19:11see138

Özbəkistan Azərbaycanla tarixi filmlər istehsalına başlayır “Dirik tarix” layihəsi

19 Dekabr 2025 17:14see136

Prezidentin MDB ölkələri liderlərinin qeyri rəsmi sammitində iştirakı gözlənilir

21 Dekabr 2025 00:59see135

La Liqa: “Valensiya” və “Malyorka” sülhlə ayrılıblar

20 Dekabr 2025 02:06see134

KİV: Pentaqon ardıcıl səkkizinci ildir KONKRET

20 Dekabr 2025 00:35see134

Türkiyə və HƏMAS nümayəndələri Qəzza razılaşmasının ikinci mərhələsini müzakirə ediblər

20 Dekabr 2025 21:11see133

Saçların daha sürətli uzanmasını təmin edən TƏBİİ YAĞLAR

20 Dekabr 2025 02:36see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri