Icma.az
close
up
RU
Bıçaqlayan da bizdəndir, bıçaqlanan da

Bıçaqlayan da bizdəndir, bıçaqlanan da

Ses qazeti saytına istinadən Icma.az xəbər verir.

Uşaq tərbiyəsi və uşaq təhsili bir-biri ilə əlaqəli olan anlayışlardır. Bu aspektdən məktəb-valideyn əməkdaşlığı da mühümdür. Uşaq tərbiyəsi gözəl əxlaq, nümunəvi insan və müsbət insani dəyərlərə aparan prosesdir. Müəyyən bir fənn üzrə bilik, bacarıq və təcrübə əldə etmək isə təhsil anlayışına daxildir. Yəni valideynin evdə başladığı tərbiyə metodu məktəbdəki təlim-təhsil metodu ilə uyğunlaşmalıdır, biri digərinin təməlidir çünki. Təhsilin tətbiqi mexanizmi yaxşı ola bilər, tərbiyə də qüsursuz verilə bilər, amma nəticə qaneedici olmaz. Təəssüf ki indi məktəblərdə təhsil uğurlarından çox zorakılıq xəbərləri gündəmə gəlir.

Məktəbdə zorakılıq son illər çox rastlaşdığımız vəziyyətdir. Zorakılıq, bnəzi hallarda bullinq daha güclü bir uşağın zəif və ya kiçik uşağa, həmçinin bir qrup uşağın təklədiyi bir uşağa qarşı kobud davranışıdır. Bullinq, alçaltmaq, təhqir etmə, uşağı təkləmək, haqqında yalan uydurmaq, əşyalarına zərər vermək, izləmək, fiziki və psixoloji təzyiq göstərmək formalarında özünü büruzə verir. Oğlanlar adətən bir nəfər tərəfindən, qızlar isə qrup həmyaşıdı tərəfindən bullinqə məruz qalır.

Bullinq digər kollektivlərdə də baş verir, lakin məktəblərdə buna rast gəlmək daha təhlükəli vəziyyətin xəbərçisidir. Bəzən zorakılığı və bullinqi yeniyetməlik zamanı baş verən təbii proses kimi xarakterizə edirlər. Lakin zorakılığı heç bir halda böyümə dövrünə xas bir xüsusiyyət hesab etmək olmaz. Əgər uşağınız zorakılığın qurbanı olarsa, bullinqə məruz qalarsa bu onda bərapası mümkün olmayan emosional və psixoloji travmaya səbəb ola bilər.

Ümumiyyətlə şagirdin bullinqə məruz qalması məsələsi həmişə aktual olan məsələdir. Bəzən mediadan kənar qalan hadisələr də olur ki uşaqların təhlükəsizliyi səbəbindən gizli saxlanır. Qızlara qarşı cinsi qısnama edən məktəbli oğlanlar, bullinq edən həmyaşıdı olan qızlar əksər hallarda yaşlarının az olması səbəbindən cəzasız qalırlar. Ən yaxşı halda valideynlər məktəbə çağırılıb xəbərdarlıq edilir, ən pis halda məktəbdən xaric edilərək başqa məktəbə göndərilir. Beləcə ayaqlı bəla məktəb-məktəb dolaşır.

Məktəblərdə ən böyük boşluq nədir, bilirsinizmi? Müəllim avtoritetinin yoxa çıxması. Müəllim kimi ali bir ünvanı sıxışdıra-sıxışdıra yazıq görkəmə saldılar. Müəllimi elə yazıqlaşdırdılar ki, uşağa söz deməyə risk etmir. Daha müəllim nə təhsil verir, nə təlim verir, nə də tərbiyə. İşi-gücü səhərdən-axşamacan lüzumsuz kağız-kuğuz işlərini bitirmək, jurnal yazmaq, summativ yoxlamaqdır. Başını qaldırıb sinifə baxa bilmir ki, nə baş verdiyini görsün. Onun bu halı ailəsindən tərbiyə, nəzarət görməyən şagirdlər üçün göydəndüşmə fürsətdir.

Cinsi zorakılıqlar, təcavüz, pedofiliya, narkomaniya faktları da məktəblərimizdə yetərincədir. Şagirdinə cinsi orqanını çəkib göndərən direktorlar da gördük, şagirdinin bədəninə toxunmağa cəhd edən müəllimlər də. Bütün bu hallar aşkarlandıqca yalnız bir açıqlama verilir: “Tədbir görülür”. Bəs hanı o tədbirlərin nəticəsi? Niyə düzəlmir məktəblərdəki vəziyyət? Şagirdlər müəllimin üzünə üfürür siqaretin tüstüsünü. Bütün səlahiyyətləri əlindən alınmış müəllim nə edəcək bu vəziyyətdə?

Məktəblərdə özbaşınalıq baş alıb gedir. Şagirdlər məktəbə təsbehlə, bıçaqla gəlir. Kəpənək deyilən bıçaq növü ilə qısnama, hədələmə hərəkətləri etməyə meylli olan nəsil yetişib. Onlar bıçaqla lovğalıq edirlər, qısnama zamanı hədə-qorxu gəlmək üçün istifadə edirlər. Məktəblilərin üzərindən dəfələrlə beşbarmaq deyilən təhlükəli alət aşkarlanıb, məktəblilər bir-birini yaralayır, bir-birini öldürür, bundan daha faciəvi vəziyyət ola bilərmi?

Uşaqlar saytlardan zorakılıq təbliğ edən oyunların simvolu olan silahları sifariş edirlər. Daha sonra sifariş edilən silahları məktəbə gətirib sinif yoldaşlarına paylayırlar. Məktəblər və məktəb rəhbərliyi zorakılıq nümayiş etdirən uşaqları asanlıqla müəyyən edə bilir. Bunun üçün sinif rəhbəri, məktəb psixoloqu, məktəblinin dostu var. Xüsusilə də məktəbdə çalışan psixoloqlara çox mühüm vəzifə düşür. Belə uşaqların nəzarətdə saxlanılması, onların ailələrinin məlumatlandırılması, kəsici və deşici, zərəverici alətlərin məktəbə daxil olması ilə bağlı ciddi tədbir görülməsi zəruridir. Hər nə qədər müvafiq nazirlik bununla bağlı tədbir görüldüyünü desə də baş verən hadisələr sübut edir ki əslində vəziyyət təhlükəli həddi çoxdan ötüb.

Səbəblər çoxdur, amma deməliyik ki, bu hadisələrdə ən böyük məsuliyyət və günah valideynlərin üzərinə düşür. Məktəbdəki şagirdlər valideynlərin əsəridir, onların verdiyi tərbiyəni nümayiş etdirir. Bir sözlə şagird ailənin məktəbdəki inikasıdır. Biz uşağımıza tərbiyə verməsək, heç bir məktəb, heç bir müəllim onu düzəldə bilməz. Sağlam gələcək psixi və fiziki cəhətdən sağlam uşaqlar deməkdir. Bugünkü vəziyyət onu deməyə əsas verir ki, biz gələcəyimizi artıq itiririk. Təəssüf ki, bu, belədir.

Zənnimcə, sırf məktəbdəki hadisələrlə bağlı ciddi cəza sistemi yaratmaq lazımdır. Maarifləndirici, tənbehedici söhbətlərlə bu problemlər həll edilməycək, illərdir bunun şahidi oluruq. Bullinq cinayət hesab edilmir və bu da uşaqları arxayınlaşdırır, onları tərbiyə edə bilməyən valideynləri rahatlaşdırır. Bullinq edən uşaqların valideynləri ən uzağı məktəbə çağırılır, danlanır. Nəticə olurmu? Əlbəttə ki yox. Uşaqlar atdığı addımın nələrə səbəb olacağını anlamalıdır nəhayət. Onlar bilirlər ki, etdiklərinə görə uzaqbaşı danlanacaqlar, amma əvəzində çəkib paylaşdıqları video ilə baxış sayı, aktivlik əldə edəcəklər.

Cinayət Məcəlləsinin 20-ci maddəsinə görə, əgər 14 yaşı tamam olmuş uşaqlar qəsdən adam öldürməyə, qəsdən sağlamlığa az ağır və ağır dərəcəli zərər vurma, zorlama, soyğunçuluq, quldurluq, adam oğurlamağa, seksual xarakterli zorakılıq hərəkətlərinə, hədə-qorxu ilə tələb etməyə, talama məqsədilə qanunsuz olaraq avtomobil və ya başqa nəqliyyat vasitəsi ələ keçirməyə, terrorçuluğa, adamları girov götürməyə, ağırlaşdırıcı hallarda əmlakı qəsdən məhv etməyə, narkotik vasitələri və ya psixotrop maddələri talamağa və digər cinayətlərə görə cinayət məsuliyyətinə cəlb edilə bilərlər. Onlar islah-əmək koloniyalarına göndərilirlər.

Bəs bullinq edən uşaqlar necə olur? Onlar haqqında hansı tədbirlər görülür? Təcrübə göstərir ki heç bir tədbir göstərilmir. Söhbətlə, tənbehlə düzəlməyəcək bu uşaqlar, buna əmin olun. Daha sərt tədbirlər görülməlidir . Bullinqə məruz qalan və özünü öldürən – yüksəklikdən atlayan, kəndirdən asılan, dərman içən uşaqların həyatının yarıda qırılmasının bir cəzası olmalıdır.

Lalə Mehralı

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:221
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 16 Dekabr 2024 14:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Freydin anatomiyası ilə Haydeqqerin ontologiyası arasında

10 Sentyabr 2026 22:27see288

Tez yuxuya getmək yuxu çatışmazlığının əlaməti ola bilər Nevroloq xəbərdarlıq etdi

10 Sentyabr 2026 22:16see282

Ağdərədə minaya düşən gənc müalicəsini evdə davam etdirəcək

11 Sentyabr 2026 16:25see228

Keçmiş general Netanyahunun həyat yoldaşından 843 min dollar tələb edir

11 Sentyabr 2026 05:01see220

Süni kirpiklər gözlər üçün risk yaradır Araşdırma

11 Sentyabr 2026 17:03see216

Uşaqlarda qarın ağrısının adi və cərrahi səbəbləri

11 Sentyabr 2026 15:27see214

2026 2027 ci illərdə sosial şəbəkələrdə effektivliyin artırılması

11 Sentyabr 2026 12:49see213

“Azəri Çıraq Günəşli” yataqlar blokunun ikinci həyatı

12 Sentyabr 2026 01:58see209

Alimlər Teylor Sviftə gözlənilməz bir mükafat verdilər...

11 Sentyabr 2026 21:20see209

Məni ad günlərinə çağırmayın , deyən Röya onun doğum günündə (Fotolar)

11 Sentyabr 2026 17:12see204

Bakıda 18 yaşlı qızın meyiti tapıldı

11 Sentyabr 2026 18:26see201

PISA da “Sinqapur sindromu” Şəmil Sadiq yazır

11 Sentyabr 2026 01:22see191

Qızılın qiyməti ardıcıl üçüncü həftəni itkilərlə tamamlamağa hazırlaşır

11 Sentyabr 2026 21:28see186

Müəllim əməliyyatdan sonra öldü

11 Sentyabr 2026 09:12see186

Siqal Rusiyadakı 7 milyon dollarlıq malikanəsini satışdan çıxardı Səbəb təəccüblüdür

12 Sentyabr 2026 04:01see183

Qriqori Leps boşanarkən əmlak bölən kişiləri tənqid etdi

12 Sentyabr 2026 04:47see176

Sergey Bezrukov 5 min rublluq əsginasın içinə “həbs edildi”

12 Sentyabr 2026 03:34see175

Daşqınların Nepal iqtisadiyyatına vurduğu ziyan açıqlandı

11 Sentyabr 2026 22:22see174

Trampdan İran bəyanatı Qərarından peşman deyil

11 Sentyabr 2026 04:09see173

Payızda orqanizmə güc verən 3 MƏHSUL

11 Sentyabr 2026 04:56see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri