Icma.az
close
up
RU
Mərakeş Şahzadəsi 132 134 nömrəli Təhsil Kompleksində olub

Mərakeş Şahzadəsi 132 134 nömrəli Təhsil Kompleksində olub

Bakivaxti saytına istinadən Icma.az xəbər verir.

Rabat Mədəni İrsinin Qorunması Fondunun prezidenti, Mərakeş Krallığının Şahzadəsi Lalla Hasnaa Azərbaycana işgüzar səfəri çərçivəsində 132–134 nömrəli Təhsil Kompleksini ziyarət edib.

Bakıvaxtı.az xəbər verir ki, tədbirdə elm və təhsil naziri Emin Əmrullayev, mədəniyyət nazirinin müavini Murad Hüseynov, Heydər Əliyev Fondunun Beynəlxalq əlaqələr departamentinin rəisi, millət vəkili Soltan Məmmədov, Mərakeş Krallığının gənclər, mədəniyyət və kommunikasiya naziri Mohammed Mehdi Bensaid, Mərakeş Krallığının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Məhəmməd Adil Embarş, Rabat Mədəni İrsinin Qorunması Fondunun Baş katibi Nouzha Alaoui, eləcə də digər rəsmilər və məktəb kollektivi iştirak ediblər.

Çıxış edən elm və təhsil naziri Emin Əmrullayev qeyd edib ki, bu gün UNESCO-nun Assosiasiyalı Məktəblər Şəbəkəsinin üzvü olan 132–134 nömrəli Təhsil Kompleksi ilə Rabatın Oum El Banine məktəbi arasında başlayan qardaşlaşma proqramı mədəni mübadilə, ortaq dəyərlər və təhsil əməkdaşlığına əsaslanan yeni bir mərhələnin əsasını qoyur. Nazir vurğulayıb ki, Rabat Mədəni İrsinin Qorunması Fondu, Heydər Əliyev Fondu, Elm və Təhsil Nazirliyi və Mədəniyyət Nazirliyinin birgə tərəfdaşlığı ilə həyata keçirilən bu təşəbbüs növbəti tədris ilindən etibarən Bakının və Rabatın beş məktəbini əhatə edəcək. Nazir bildirib ki, bu təşəbbüs şagirdləri mədəni irslərini araşdırmağa, qorumağa və paylaşmağa təşviq etməklə yanaşı, onlar arasında mədəni dialoqu gücləndirəcək.

Səfər çərçivəsində şagirdlər tərəfindən qardaşlaşma proqramının təməli olan “Mən irsimi kəşf edirəm – Bakı” adlı təhsil proqramı təqdim olunub. Eyni zamanda, Rabatın Oum El Banine məktəbinin şagirdləri tərəfindən ünvanlanan videomesaj nümayiş etdirilib.

Səfər çərçivəsində Şahzadə sinif otaqlarında tədris prosesi ilə də tanış olub, şagirdlərlə söhbət edib və onların təqdimatlarını dinləyib. Eyni zamanda, məktəbin Tarix Muzeyi təqdim olunaraq Azərbaycan tarixi barədə məlumat verilib.

Tədbir şagirdlər tərəfindən hazırlanan Rabat və Bakı şəhərlərinin görkəmli abidələrinə həsr olunmuş rəsmlərin sərgisi, musiqili konsert proqramı və xatirə şəkillərinin çəkilməsi ilə yekunlaşıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:250
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 07 May 2025 16:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see357

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see259

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see245

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see233

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see225

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see223

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see220

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see217

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see211

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see208

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see196

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see188

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see187

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see186

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see182

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see179

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see178

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see168

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see168

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri