Icma.az
close
up
RU
Biləsuvarda Caz rəsmlərdə sərgisi açılıb AZƏRTAC

Biləsuvarda Caz rəsmlərdə sərgisi açılıb AZƏRTAC

Icma.az, Azertag portalına istinadən məlumat verir.

Biləsuvar, 27 noyabr, İlkin Adıyev, AZƏRTAC

Şirvan-Salyan Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə Salyan Dövlət Rəsm Qalereyası tərəfindən Biləsuvar rayon Heydər Əliyev Mərkəzində “Caz rəsmlərdə” yaradıcılıq sərgisi açılıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, dünya şöhrətli cazmen, bəstəkar, pianoçu Vaqif Mustafazadənin xatirəsinə həsr olunan sərginin açılış mərasimində Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov, Şirvan-Salyan Regional Mədəniyyət İdarəsinin rəisi Şahin Şahbazov, hüquq-mühafizə orqanlarının, idarə-müəssisələrin rəhbərləri, rəssamlar, sənətçilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Əvvəlcə şəhidlərin əziz xatirəsi anılıb, Dövlət Himni səsləndirilib.

Çıxışlarda caz-muğam üslubunun banisi, görkəmli bəstəkar və pianoçu Vaqif Mustafazadənin həyat və yaradıcılığı barədə ətraflı danışılıb. Bildirilib ki, Vaqif Mustafazadə dünya caz musiqisinə Azərbaycan muğamının elementlərini daxil edərək, bu janra yeni nəfəs gətirib. Onun yaratdığı musiqi üslubu bu gün də yaşayır və Azərbaycan cazı dünyanın müxtəlif ölkələrində böyük heyranlıqla qarşılanır.

Sərgidə Vaqif Mustafazadə ilə yanaşı, dünya caz ulduzları Frank Sinatra, Nina Simone, Çarlz Lloyd kimi görkəmli caz ifaçılarının portretləri yer alıb.

Sonra sərgiyə baxış olub, rəssamlar öz əsərləri barədə izləyicilərə məlumat veriblər.

Sərgi boyu müxtəlif caz kompozisiyaları ifa olunub.

Qeyd edək ki, Salyan Dövlət Rəsm Qalereyasının təqdim etdiyi “Caz rəsmlərdə” yaradıcılıq sərgisində 6 peşəkar, 12 həvəskar olmaqla, 18 rəssamın, ümumilikdə, 30 əsəri nümayiş olunur. Əsərlər əsasən portret və peyzaj janrındadır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:250
embedMənbə:https://azertag.az
archiveBu xəbər 27 Noyabr 2024 11:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see499

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see272

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see267

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see265

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see258

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see257

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see256

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see245

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see226

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see226

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see224

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see221

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see215

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see214

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see211

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see207

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see202

Restoran biznesi çökür 700 minlik iddia

24 Oktyabr 2026 14:11see202

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see199

Azərbaycanda istehsal olunan dərmanlar SİYAHI

24 Oktyabr 2026 17:56see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri