Biləsuvarda gəlini tərəfindən öldürülən qadının qətli kameraya düşübmüş Dəhşətli DETALLAR FOTO
Icma.az, Bizim media portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Biləsuvarda ahıl qadının qətli ilə bağlı yeni təfərrüatlar açıqlanıb.
Biləsuvar rayonunda gəlini tərəfindən qətlə yetirildiyi iddia olunan 72 yaşlı Almaz Cəfərova ilə bağlı yeni detallar məlum olub.
Bizim.Media-nən yerli bürosunun əldə etdiyi məlumata görə, 4 oğlu və 2 qızı olan Almaz Cəfərova uzun müddət tək yaşayırmış.
Onun oğlan övladlarının Rusiya Federasiyasında yaşadığı bildirilir. Bir müddət əvvəl isə gəlini Gülbəniz Həsənzadə Rusiyadan Azərbaycana gələrək mərhumla eyni evdə yaşamağa başlayıb.
Yaxınlarının sözlərinə görə, ahıl qadın tənha yaşadığı üçün evə təhlükəsizlik kameraları quraşdırılıb. Hadisədən təxminən 40 gün sonra ailə üzvləri kamera görüntülərinə baxarkən Almaz Cəfərovanın qətlə yetirildiyini aşkar ediblər.
Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.
Sabutay, Bizim.Media, Cənub bürosu
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:65
Bu xəbər 15 Dekabr 2025 13:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















