Biləsuvarda şəhidlərin xatirə turnirində 300 dən çox güləşçi mübarizə aparıb
Icma.az, Azertag portalına istinadən məlumat verir.
Bakı, 8 sentyabr, AZƏRTAC
Ötən həftə Biləsuvarda Vətən müharibəsi şəhidləri İqbal Astanlı və Babək Mahmudlunun xatirəsinə həsr olunmuş turnir keçirilib.
Azərbaycan Güləş Federasiyasından AZƏRTAC-a bildirilib ki, yarışda 330-dan artıq güləşçi mübarizə aparıb. U-15 yaş qrupu üzrə keçirilən turnirdə yunan-Roma güləşi üzrə Aqil Abbasov (38 kiloqram), Hacı Hüseynzadə (41 kiloqram), Fərid Ağayev (44 kiloqram), Azər Hüseynov (48 kiloqram), Emin Salmanov (52 kiloqram), Yusif Məmmədov (57 kiloqram), Asiman Məmmədov (62 kiloqram), Murad Novruzzadə (68 kiloqram), Anar Hüseynli (75 kiloqram) və İsmayıl Məmmədov (85 kiloqram) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.
Sərbəst güləş üzrə isə Məhəmməd Həsənli (38 kiloqram), Hüseyn Nuruzadə (41 kiloqram), Lətif Hüseynov (44 kiloqram), Mansur Akiykulu (48 kiloqram), Əkbər Haqverdiyev (52 kiloqram), Ramal Süleymanlı (57 kiloqram), İsmayıl Əlizadə (62 kiloqram), Kamil Bədəlov (68 kiloqram), Nuran Həsənli (75 kiloqram) və Cavid Əliyev (85 kiloqram) çempion olublar.
Qeyd edək ki, yarışda fərqlənən güləşçilər U-15 yaş qrupu üzrə milli komandalara cəlb olunacaq və təlim-məşq toplanışlarında iştirak edəcəklər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:141
Bu xəbər 08 Sentyabr 2026 16:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















